Qurban Qurbanov "Bazel"lə oyundan danışdı

16.09.2021 | 1877 dəfə oxunub

“Azarkeşlərə ürəkdən təşəkkür edirəm. Çox möhtəşəm ab-hava var idi”. Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 1-ci turunda “Bazel”lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

İsveçrə klubunu Bakı Olimpiya Stadionunda qəbul edən Ağdam təmsilçisi qolsuz bərabərliklə kifayətlənib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Bu gün çatışmayan bir qol idi. Çox sürətli və dinamik komandaya qarşı oynadıq. İlk hissənin 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişatında bəzi dəyişikliklər etdik və rəqibə istəyi kimi oynamaq fürsəti vermədik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram. Hər futbolçumuz əziyyət çəkməlidir”.

49 yaşlı mütəxəssis qələbə qazanmağı çox istədiklərini bildirib: “Qarşıdakı görüşlərdə buna nail olacağımıza inanıram. Futbolçularda yorğunluq hiss etmədim və bu səbəbdən iki dəyişikliklə kifayətləndim. Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər. Bu, məni qane edirdi. Oyunçular bir-birilərini yaxşı anlayırdılar. Onların 90 dəqiqə oynamağa gücləri çatdı. Futbolçulardan razı qaldım. Belə oyunlarda qol vurmaq üçün həddindən artıq istəkli oluruq. Bəzən qapıçının yaxşı oyunu buna mane olur”.

Qurbanov “növbəti dəfə hücumçu transferi etmək istəyirsinizmi” sualına belə cavab verib: "Bu, mənə ən çox verilən sualdır. Rəqib "Neftçi" ilə oyuna baxıb və İbrahima Vadjiyə qarşı xüsusi diqqət ayırdı. Komandamda hücumçulardan başqa digər oyunçular bombardir olsa, buna təəccüblənmərəm. Hazırda transfer dönəmi bitib. Ən azı yanvaradək gözləyəcəyik. Bu gün komandamdakı hər futbolçudan razıyam”. 

Təcrübəli baş məşqçi qrupdan çıxmaq şansları barədə bunları diqqətə çatdırıb: “Hər turnirdə maksimum nəticə əldə etmək niyyətindəyik. Son 4-5 ildə futbol elə səviyyəyə çatıb ki, istənilən komanda düşünmədiyimiz nəticəni əldə edir. Hər komanda bizə qarşı ciddi hazırlaşır. Qrupdakı rəqiblər arasında böyük fərqin olduğunu deyə bilmərik. Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq. Sonadək mübarizə aparıb, ən yaxşı nəticəni qazanmağa çalışacağıq”.

Mütəxəssis Xayme Romeronun zədə səbəbindən hissənin sonunda əvəzləndiyini bildirib: "Qaspar hələlik idman formasından çox uzaq idi. İndilərdə formasını bərpa etməyə başlayıb. Bu səbəbdən Marko Veşoviçi oyuna daxil etdik. Bacarıqlı və universal futbolçudur”.

Baş məşqçi görüşün sonlarında fərqlənə bilməyən Ramil Şeydayev haqda da danışıb: "Çox əziyyət çəkən və işgüzar futbolçudur. Qol ona daha da inam gətirə bilərdi. Siz necə təəssüfləndinizsə, mən də o hissləri keçirdim (gülür). Ona inanıram. Mənim üçün futbolçunun olduğu kluba hörmət etməsi və işgüzar olması önəmlidir. Ramil də həmin oyunçulardandır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.10.2021

22.10.2021

21.10.2021

19:28  “Qarabağ” - "Qayrat" - HEYƏTLƏR

20.10.2021

01:25  "İnter" - "Şerif" - 3:1 VİDEO

01:15  "Portu" - "Milan" - 1:0 VİDEO

01:09  PSJ - "Leyptsiq" - 3:2 VİDEO

19.10.2021

18.10.2021

11:20  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:04  "Yuventus" - "Roma" - 1:0 VİDEO

00:02  "Napoli" - "Torino" - 1:0 VİDEO

17.10.2021

13.10.2021

12.10.2021

03:10  Latviya - Türkiyə - 1:2 VİDEO

11.10.2021

00:44  İspaniya - Fransa - 1:2 VİDEO

00:37  İtaliya - Belçika - 2:1 VİDEO

07.10.2021

11:45  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

06.10.2021

11:43  Günün oyununa necə baxaq? - TV AFİŞA

05.10.2021

04.10.2021

03.10.2021

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail