"Bu gün ən çox qol epizodları yaratdığımız matçlardan biri idi"

20.11.2021 | 3508 dəfə oxunub

"Futbolçularımı təbrik edirəm. Bu gün qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu. Oyuna və topa nəzarət etdik. Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur. Bu gün ən çox qol epizodları yaratdığımız matçlardan biri idi. Rəqibin sürətli əks-hücumları var. Komandam diqqətli oynadı. Sənan Qurbanova növbəti görüşlərdə uğurlar arzulayıram".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "ev"də "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis görüşün sonunda zədələnən Maksim Medvedin durumunun normal olduğunu bildirib.

Qurbanov minimal hesablı qələbə qazanmaları barədə danışıb: "Belə oyunlar çox olub. İstənilən halda qol dəqiqliyini yaxşılaşdırmaq olar. Bəzən minimal sayda imkanımız olsa da, 2-3 qol vurmuşuq. İnanıram ki, futbolçular daha diqqətli olacaqlar. Narahatlıq olduğunu deməzdim. Dinamikanı sona qədər qorumaq üçün daha bir neçə məşq edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail