Çixrazde: "Simurq" heç də yaxşı vaxtlarını yaşamır"

15.03.2012 | 5289 dəfə oxunub

Zaqatalanın "Simurq" klubunun baş məşqçisi Giorgi Çixradze sabiq komandası "İnter"in rəsmi saytına müsahibə verib. Stadium.az müsahibəni təqdim edir: 


- Öncə yeni təyinatınız münasibətilə sizi təbrik edir və yeni iş yerinizdə sizə uğurlar arzulayırıq. 

- Çox sağ olun.

- Bilmək istərdik, iki mövsümdən artıq çalışdığınız “İnter” klubundan ayrılmaq çətin olmadı? 

- Əlbəttə, ayrılmaq çox çətin oldu. Bu müddət ərzində komandaya alışmışdım. Deyim ki, “İnter”də işləməyə kömək edən yaxşı atmosfer hökm sürür. Burada çox yaxşı kollektiv var və bu klubla məni həmişə isti münasibət və xatirələr bağlayacaq.

- “İnter”ə gəlişinizin təşəbbüskarı Kaxaber Sxadadze olmuşdu. Maraqlıdır, sizin bu yeni təyinatınıza necə yanaşdı? 

- Kaxaber çox hörmətlə yanaşdı. Etiraf edim ki, “İnter”də çalışdığım ilk gündən o, qeyd etmişdi ki, əgər mənə hər hansı bir təklif edilərsə, o zaman buna anlaşıqlıqla yanaşacaq və mənim gedişimdə heç bir problem yaranmayacaq. Səmimi desəm, bunadək mənə bir neçə dəfə təklif göndərilmişdi, lakin mən onları heç nəzərdən keçirməmişdim.

- Yeni təyinatınızdan nə gözləyirsiniz? 

- Səmimi desəm, “Simurq”a dəvət mənim üçün yeni çağırışdır. Klubun rəhbərliyi mənə müraciət etdi və onlara kömək etmək qərarına gəldim. Hazırda bu komanda özünün heç də yaxşı vaxtlarını yaşamır və mən onu toparlamağa çalışacağam, mübarizə bacarığı olan kollektiv yaratmağa cəhd göstərəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail