Samir Abbasov: "Bu məsələ üstündə durmaq lazımdır"

15.12.2021 | 3935 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIV turunda “Qəbələ” ilə keçirilən oyun barədə qarşılaşmadan sonra fikirlərini bildirib:

“Çətin səfər oyununa gəlmişdik. İki yaxşı komanda üz-üzə gəldi. Biri yüksəlişdə, biri enişdə idi. Qələbə qazanmağı çox istəyirdik ki, qış tətilinə yaxşı əhval-ruhiyyədə gedək. Oyun çox xoşuma gəldi. Futbolçularımı təbrik elədim. Udmadığımız üçün üzülüblər. Bugünkü oyun bizim üçün bir stimul oldu".

Çalışdırıcı kapitan Emin Mahmudovun penaltini qaçırmasını belə dəyərləndirib: "Çox maraqlı hadisədir. Emin son vaxtlar məşqdən sonra penalti vuranda qapıçılarımız bunu bilirdilər, dəf edirdilər. Onunla zarafatlaşırdıq ki, zərbəni dəyiş, o da dəyişmişdi. Amma necə oldusa, bu dəfə də eyni qaydada vurdu. Doğrudan da, bu məsələ üstündə durmaq lazımdır".

Abasov mövsümün ilk yarısındakı performansdan narazılıq bildirib: "Qış fasiləsinə kimi etdiklərimizdən razı deyilik. Həm nəticədən, həm də qeyri-stabil oyundan narazıyam. Qorxuram deməyə ki, bunu normal qəbul edirəm. Yay fasiləsində komandaya gələn və gedənlər oldu. Ötən mövsüm Sabir Burqinlə Namik Ələskərov bir-birinə yaxşı uyğunlaşmışdılar. Tyaqo Bezerra ilə Namik Ələskərovu eyni tərəziyə qoymaq olmaz. Amma komanda yoldaşları ilə uyğunlaşma problemi yaşaması problemə yol açır. Tyaqonun bu gün qaçırdığı 3 epizodun hamısında Namik, bəlkə də, qolla tamamlayardı. Amma onun məşqlərdə etdikləri tam fərqlidir. Təəssüf ki, yaş da öz sözünü deyir".

Baş məşqçi qapıçı Kamran İbrahimovun çıxışından da məmnun qalmadığını etiraf edib: "Bu, bizim tanıdığımız Kamran deyil. Bu günü təcrübəsizliyinə verək. "Keşlə" ilə matçda buraxılan qolu da qeyd etməliyəm. Bizim işimiz şans vermək, onun arxasında durmaqdır. Əgər bu şansdan istifadə edəcəksə, qapıda duracaq. Elə oyunçu var ki, məşqdə kral kimi olur, oyunda təşvişə düşür. Kamrana bu gün elə də təzyiq olmadı. Ancaq təcrübəsizliyi və həyəcanı hiss olunurdu".

Abasov qış fasiləsində bir neçə yerli futbolçu almaq istədiklərini vurğulayıb: "Transfer məsələsində əsasən yerlilərin üzərində durmuşuq. Amma vəziyyətlə əlaqədar mümkünsüz kimi görünür. İstədiyimiz yerli futbolçular var ki, onlarla balansı düzəltmək istəyirik" (apasport.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail