Sergey Yuran: "Heç kim mənim yerimə qərar verə bilməz"

15.03.2012 | 5304 dəfə oxunub

"Simurq" klubunun sabiq baş məşqçisi Sergey Yuran Rusiya mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, Yuran müsahibəsi zamanı bir sıra məsələlərə aydınlıq gətirib:


- Demişdiniz ki, "Simurq"la müqavilə şərtlərinizi ictimaiyyətə təqdim edəcəkdiniz. Bu sözü yerinə gətirdiniz?
- Bəli, təqdim etdim. Çoxları inanmadı, çünki düşünürdülər ki, mən "Simurq"la astronomik məbləğ müqabilində müqavilə bağlamışam. Buyurun, baxın. Müqavilə şərtlərini gördükdə çox təccübləndilər. "Bu məbləğə görə keçmisən "Simurq"a? - deyə sual verdilər. Mənim Azərbaycanda aldığım maaş heç də yüksək məbləğ deyildi. Hətta orta, yerli standartlara uygun idi. Qarşıma vəzifə qoyulmuşdu ki, güclü kollektiv yaradım. Hansı ki bu, daha əvvəl komandada yox idi.

- "Simurq"dakı fəaliyyətinizin uğursuz olduğunu düşünmürsüz?
- Bu, məni narahat etmir. Mən orada hörmət qazanmışdım. Azərbaycan Premyer Liqasının iddialı klubları Zaqatalaya qarşılaşmalardan 2 gün öncə gəlirdi - "Neftçi", "Qarabağ" və "Xəzər Lənkəran". Onlar digər komandalarla görüşlər üçün səfərə yalnız oyun günü gedirdilər.

- "Simurq" sizin karyeranızda nəticə verməyən ilk komanda oldu...
- Məncə, təcrübə vacibdir. Bizim ölkədə bu çətindir. Əgər nəticə varsa, işləyirsən, nəticə yoxdursa, öyrənirsən, fikirləşirsən. Ancaq bizdə belə asılılıq yoxdur. Bunu izah etmək mümkün deyil. Bəlkə də daha çevik olmalısan. Məndə belə xarakter yoxdur. Mən ağa qara deyə bilmərəm. Kimsə mənim yerimə qərar verə bilməz. Məsələn, "Sergey bu futbolçuları götür, onlar da məşq etsin". Bu, mənim anlayışıma uyğun deyil.

- Azərbaycanda işlədiyiniz zaman ərzində məşqçiliklə yanaşı, futbolçulara dost ola bildinizmi?
- Məncə, buna edə bilmişəm. Hətta mən Zaqatalanı tərk edəndə bəzi yerli futbolçular mənə təşəkkür etdi. Mən "Simurq"a gələnə qədər komandada təlim-məşq toplanışı keçmirdi. Mənim gəlişimdən sonra bu gerçəkləşdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail