Mahir Emreli "Legiya"dan ayrılır?

16.12.2021 | 3668 dəfə oxunub

“Legiya”nın idman direktorunun müavini Pavel Tomçik Azərbaycan millisinin Varşava təmsilçisində oynayan üzvü Mahir Emreliyə azarkeşlərin hücum etməsi barədə danışıb. 

Stadium.Az xəbər verir ki, klub rəsmisi ölkə çempionatında “Visla” (Plotsk) ilə oyundan sonra varşavalı azarkeşlərin hücumuna məruz qalaraq xəsarət alan Mahir və braziliyalı Lukinyasla fərdi söhbətlər aparıldığını söyləyib. O, Polşa mətbuatına açıqlamasında deyib: 

“Mahir Emreli və Lukinyasla danışmışıq. Onlar klubdan böyük dəstək alıblar. İdman baxımından heç də yaxşı an deyil. Biz futbolçuları və onların ailələrini dəstəkləməyə daha çox diqqət yetiririk. Ancaq bu kimi hallar kömək etmir”.

Pavel Tomçik Emreli və Lukinyasın “Legiya” ilə müqaviləyə xitam verərək komandadan ayrılacağı barədə yayılan məlumatlarla bağlı sualları da cavablandırıb. O, bu xəbərləri təkzib etməyib: 

“Müqavilə məsələlərinə gəlincə, biz danışıqlar aparırıq. Hələlik təfərrüatları şərh etmək istəmirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail