"XL"dan rəsmi açıqlama: Cüneyt Biçer getdi, Yunis Hüseynov gəldi

15.03.2012 | 5221 dəfə oxunub

“Xəzər Lənkəran” klubu yeni baş məşqçi ilə anlaşıb.

Stadium.az klubun rəsmi saytına isitənadən xəbər verir ki, bu vəzifəyə ölkəmizin əfsanəvi futbolçusu və təcrübəli PRO kateqoriyalı mütəxəssis Yunis Hüseynov təyin olunub. Onunla bu gün “Xəzər Lənkəran”nın ofisində 2 illik müqavilə imzalanıb.

Yunis Hüseynov 1965-ci ildə Gəncədə anadan olub. O, futbolçu karyerasını yerli “Kəpəz”də başlayıb, daha sonra 1984-cü ildən Bakının “Neftçi” klubunda çıxış edib. Bununla birgə 1993-1998-ci illərdə Azərbaycan milli yığmasının da üzvü olub. 1998-ci ildə o, yenidən “Kəpəz” klubuna keçib və bu komanda ilə Çempionlar Liqasının təsnifat mərhələsində və Avrokubokda oynayıb.

Yunis Hüseynov hücumçu mövqeyində oynayıb və futbolçu karyerası ərzində 2 dəfə (1994 və 1998 illərdə) ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülüb. O, “Neftçi”nin heyətində 1992 və 1996-cı illərdə ölkə çempionu, 1997-ci ildə gümüş, 1995 və 1999-cu illərdə isə bürünc mükafatçısı titullarının sahibidir. Həmçinin Hüseynov 1995, 1996 və 1999-cu illərdə Azərbaycan Kubokunun qalibi olub.

Futbolçu karyerası ərzində Hüseynov 66 dəfə rəqib qapısına yol tapıb, onun adı Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirlər siyahısında 23-cü yerdədir.

Yunis Hüseynov məşqçi karyerasına Yevlaxın “Karvan” klubunda başlayıb. Məhz onun rəhbərliyi altında adıçəkilən komanda 2004/05 və 2005/06 mövsümlarında Azərbaycan çempionatının bürünc və gümüş mükafatçısı olub. 2006-cı ildə Avrokuboklara vəsiqə qazanan “Karvan” hətta Slovakiyanın “Spartak” (Tırnava) komandasına qalib gələrək mərhələ adlayıb.

2007-ci ildə Yunis Hüseynov Bakının “Standard” klubunun sükanı arxasına keçib, ancaq birazdan yenidən “Karvan”a dönüb və bu klubdan 2008/09 mövsümün axırında ayrılıb. Həmin vaxtdan heç yerdə rəsmi işləməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail