Yunis Hüseynov: "Xəzər Lənkəran" kimi komandaya baş məşqçi təyin olunduğum üçün çox şadam"

15.03.2012 | 4992 dəfə oxunub

Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" türkiyəli mütəxəssis Cüneyt Biçerlə yollarını ayırıb və komandaya Yunis Hüseynov baş məşqçi təyin edilib.

Təcrübəli mütəxəssis təyinatla bağlı təsüratlarını Stadium.az-la bölüşdü. Hüseynov əməkdaşımızla söhbətdə bunları dilə gətirdi:

"Əvvəlcə onu deyim ki, "Xəzər Lənkəran" kimi bir komandaya baş məşqçi təyin olunduğum üçün çox şadam. Klub rəhbərliyi dünən mənimlə əlaqə saxladı. Danışıqların sonunda qarşılıqlı razılıq əldə edildi və bu gün 2 illik müqavilə imzaladıq".

Hüseynov yeni komandasındakı hədəfi ilə bağlı da fikir bildirib: "Bildiyiniz kimi, "Xəzər Lənkəran" hər zaman mübarizə apardığı hər yerdə maksimum nəticə əldə etməyə çalışır. Biz də qarşımıza bunu məqsəd qoymuşuq. Həm Premyer Liqada, həm də Azərbaycan kubokunda sona qədər irəliləmək istəyirik. Çalışacağıq ki, həm Premyer Liqada çempionluq yaşayaq, həm də Azərbaycan kubokuna sahib çıxaq".

Yunis Hüseynov köməkçilərinin bu gün müəyyənləşəcəyini bildirib.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail