Elmar Baxşıyev: "Tək qapıçının üstünə düşmək istəməzdim"

07.03.2022 | 3319 dəfə oxunub

“Bilirdik ki, bizi çətin oyun gözləyir. “Qarabağ”ın reklama ehtiyacı yoxdur. Çempionatın vahid lideridir. Matçdan öncə də komandanı ağır oyuna hazırlamışdıq. İnanırdıq ki, komanda “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə biləcək".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 18-ci turunda bu gün səfərdə "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:5 hesablı məğlubiyyəti belə şərh edib: "İlk hissədə düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdıq. Əlbəttə, bir daha vurğulayım ki, “Qarabağ” imkan verdiyi qədər. İkinci hissədə rəqib tempi artırandan sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan istifadə etdi. Ümumi qırılma nöqtəsinin olduğunu deməzdim. Omarın meydandan çıxması müəyyən təsir etdi. Qarşılaşmadan əvvəl onun üzərində dayanmışdıq. Qırılma nöqtəsi “Qarabağ”ın bizə göstərdiyi təzyiqdən irəli gəldi. Onlar imkan verdiyi qədər oynadıq. Tək qapıçının üstünə düşmək istəməzdim. Kimsə səhv etməlidir ki, qapında qol olsun. Nicat inandığım qapıçıdır və qarşıdakı görüşlərdə də üzərində dayanacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail