Murad Musayev: "Parlaq oyun alındı"

10.04.2022 | 3224 dəfə oxunub

"Parlaq oyun alındı. Emosiyalar çox idi. Tərəflər bir-birinə güzəştə getmirdi. Həqiqətən komanda olduğumuzu göstərdik. Əlimizdən gələni edərək, çalışaraq qələbə qazandıq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 22-ci turunda "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, Avrokuboka vəsiqə qazanmaq şansları ilə bağlı söyləyib: "Bu dəqiqə nəyisə dəyərləndirmək istəmirəm. Hər oyuna final kimi yanaşmaq lazımdır. Mayın 21-də xalları saymaq lazımdır. Məşqlərimizə köklənməliyik. Məqsədimiz hər gün daha yaxşı olmalıyıq".
 
Mütəxəssis futbolçuları növbəti tur "Neftçi" ilə oyuna necə hazırlayacağı ilə əlaqədar bildirib: "Əlbəttə, çətin matç olacaq. Maraqlı oyun gözləyirəm. Bu komanda ilə matçlar xoşuma gəlir. Oyunlar nə qədər çətin olursa, bu qədər də maraqlı olur".
 
M.Musayev komandanın qapıçısı Yusif İmanovun oyununu belə şərh edib: "Yusif şanslarından yaxşı istifadə etdi. Növbəti oyun qapıda kimin olacağını demək çətindir. Hazırda fikrimcə, bu gün meydana çıxan optimal heyətimiz idi. Səlahət Yusifə çox kömək edir. Qarşıda məşq prosesləri çoxdur. Oyuna yaxın qərar verəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail