FİFA rəsmiləri “Şəfa” stadionunun qazonunu dəyişdirməyi tələb etdi

17.02.2011 | 3874 dəfə oxunub

rnrn

rnrnrnrnrnrn

Bu gün AFFA-nın Futbolrnakademiyasında 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildərnAzərbaycanda təşkil olunacaq dünya çempionatının yerli Təşkilat Komitəsininrnsədri, AFFA-nın baş katibi Elxan Məmmədov, FİFA-nın Yarışların KeçirilməsirnDepartamentinin mütəxəssisi Oliver Voqt və beynəlxalq futbol qurumunun mediarnüzrə nümayəndəsi Monika Huserin iştirakı ilə mətbuat konfransı keçirilib.
rn
rnStadium.az xəbər verir ki
, əvvəlcə E.Məmmədov qızlar arasındarnDÇ-2012-nin hazırlıq işləri ilə bağlı məlumat verib: «Bildiyiniz kimi, bu,rndünya çempionatı ilə əlaqədar FİFA nümayəndə heyətinin ölkəmizə artıq üçüncürnsəfəridir. Əvvəllər olduğu kimi, bu dəfə də səfərin məqsədi qızlar arasında DÇ-2012-yərnhazırlıq işləri ilə tanışlıqdır. Məlumatınız var ki, AFFA tərəfindən hazırda 3rnstadion – Mərdəkandakı Dalğa İstirahət Mərkəzinin ərazisində,rnBayıl və 8-ci kilometr qəsəbələrində – inşa edilməkdədir. FİFA nümayəndələri burnstadionlarda olublar və görülən işlərdən razı qaldıqlarını bildiriblər».
rn
rnSonra Oliver Voqt fikirlərini bildirib: Buradakı əsas işimiz stadionların vəziyəti ilə tanışlıq oldu.rnMüşahidələrimə əsasən deyə bilərəm ki, AFFA tərəfindən inşa olunan stadionlardarnvəziyyət yaxşıdır və çox işlər görülüb. Azərbaycanda keçiriləcək dünyarnçempionatının qadın futbolunun inkişafına böyük təkan verəcəyinə inanıram.
rn
rnDaha sonra E.Məmmədov, O.Voqt və M.Huser jurnalistlərin suallarınırncavablandırıblar.
rn
rn- Ümumilikdə, dünya çempionatına hazırlıqla bağlı hansı işlərinrngörülməsi planlaşdırılır?
rnE.M.:
-  Stadionlar haqda artıq məlumat verdik.rnAFFA-nın inşa etdirdiyi 3 stadionun biri – Mərdəkandakı Dalğa İstirahət Mərkəzinin ərazisində tikilənrnarenanın açılışı bu il, digər 2 stadionun isə 2012-ci ildə olacaq. Onu da qeydrnedim ki, FİFA-nın tələblərinə əsasən, dünya çempionatının oyunlarınınrnkeçirilməsi üçün 4 stadion kifayətdir. AFFA-nın inşa etdirdiyi stadionları vərn«Şəfa» stadionunu nəzərə alsaq, oyunları keçirmək üçün problemimiz olmayacaq.rnDÇ zamanı məşqlər üçün isə 17 meydançaya ehtiyac var. Artıq 10 belə meydançanınrnhazır olduğunu deyə bilərəm.
rn- Şəfa stadionunun sünirnörtüyünün FİFA-nın tələblərinə cavab vermədiyini bilirik. Bu məsələ öz həllinirnnecə tapacaq?
rnO.V.:
- Digər stadionlarla yanaşı, Şəfada da olduq. Həqiqətən də, Şəfanın süni örtüyününrnyenilənməsinə ehtiyac var. Bununla bağlı həmin stadionda bir daha yoxlamarnaparacağıq.
rnE.M.: - Şəfa stadionununrnsüni örtüyü ilə bağlı İnter klubunun rəhbərliyirnilə də görüşümüz olub. Süni örtüyün dəyişməsinin vacibliyini klubun prezidenti cənabrnNikolovun da diqqətinə çatdırmışıq. Örtük dəyişməli, FİFA-nın tələblərinə uyğunrnolaraq, 2 ulduz sertifikatı alınmalıdır. Yeri gəlmişkən, bugünlərdə FİFArnMərdəkandakı Dalğa İstirahət Mərkəzinin ərazisindərnAFFA tərəfindən inşa olunan stadionun süni örtüyünə ən yüksək olan 2 ulduzrnsertifikatı verib.
rn- Qızlar arasında DÇ-2012-nin talismanı ilə bağlı hansı yeniliklər var?
rnO.V.: - Hazırda FİFA ilə AFFA arasında bu məsələ ilə bağlırndanışıqlar aparılır. Təxminən 2-3 həftəyə məsələyə tam aydınlıq gəlməlidir.rnAmma indi dəqiq vaxt söyləyə bilməyəcəyəm.
rn- İnfrastrukturdan əlavə, FİFA-nın daha hansı tələbləri var?
rnO.V.: - Tələblər çoxdur; buraya mətbuat, televiziya yayımı,rnazarkeşlərlə iş və sair daxildir. Lakin bir az əvvəl də qeyd etdiyimiz kimi,rnbudəfəki səfərimizin məqsədi stadionlarla tanışlıqdır.
rn- Media üzrə hansı işlərin görülməsini vacib sayırsınız?
rnM.H.: - Sözün açığı, media ilə bağlı hələ ki konkret layihərnyoxdur. Ancaq yaxın gələcəkdə bir çox işlərin görülməsini planlaşdırırıq.rnBunların sırasına yerli jurnalistlər üçün seminarların təşkili də daxildir.

rnrn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail