Zaur Həşimov: "Başqa komandada oynamaqdansa, "Qarabağ"da ehtiyatda qalmaq daha üstündür"

19.03.2012 | 12439 dəfə oxunub

“Qarabağ”ın müdafiəçisi Zaur Həşimov son zamanlar forma geyməməsi ilə bağlı açıqlama verib. Məsələ ilə bağlı Stadium.az-a danışan təcrübəli futbolçu bunları dilə gətirib:

“Düzdür, son zamanlar mənə az forma şansı verilir. Ancaq buna təbii baxıram. Çünki komandamızın müdafiə xətti çox güclüdür. Müdafiənin iki üzvü Azərbaycan, digər ikisi isə Albaniya millisinin üzvüdür. Belə oyunçularla rəqabətdə əsas heyətə düşmək elə də asan deyil. Bilirsiniz ki, bizdə hər şeyə mentalitetə görə fikir bildirirlər. Ancaq mən ehtiyatda qalmağıma mentalitetlə yanaşmıram, peşəkar kimi yanaşıram və bunu normal hesab edirəm. Bəlkə də başqa komandada əsas heyətdə çıxış edə bilərəm. Ancaq mən “Qarabağ” kimi bir komandada ehtiyatda qalmağı daha üstün hesab edirəm”.

Həşimov “Qarabağ”ın Premyer Liqanın ötən turunda “Qəbələ” ilə heç-heçə oynadığı oyunla bağlı da fikrini bildirib: “Qəbələ” ilk “altılıq”dakı ən təhlükəli komandalardan biridir. Nə edəcəyini bilmək olmur. Məsələn, “Neftçi”yə 4 qol vurur, sonra gedib Gəncədə “Kəpəz”dən 3 qol buraxıb məğlub olur. Düzdür, bu oyunda çox üstün oynadıq, lakin 2 xal itirdiyimizi yox, 1 xal qazandığımızı düşünürəm. Həm də qolu son dəqiqədə vurduğumuzu nəzərə almalıyıq. Elə qarşılaşmalar olub ki, yaxşı oynamasaq da, qalib gəlmişik. Bu dəfə əksinə oldu. Yaxşı oynadıq, ancaq sadəcə 1 xal qazana bildik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail