Vüqar Nadirov: "Ehtiyatda qalmağımı problemə çevirmək lazım deyil" - MÜSAHİBƏ

20.03.2012 | 4965 dəfə oxunub

"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun Stadium.az saytına müsahibəsi:

- “Qəbələ” ilə xal itirməyiniz çempionluq yarışında sizə ağır zərbə vurdumu?
Əlbəttə, bu oyunda qızıldan qiymətli 2 xal itirdik. Bununla belə, hələ də şansımızı saxlayırıq və ümidliyik. Komanda olaraq hər bir oyuna final matçı kimi çıxırıq. Buna görə də, digər komandaların oyunları bizi maraqlandırmır. Yəni, heç kimi fikirləşmirik, ancaq öz oyunumuza baxırıq. 

- “Qəbələ”ni məğlub edə bilməməyinizin səbəbi nə oldu?
- Problem onda oldu ki, yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmədik. Əgər şanslarımızdan yararlana bilsəydik, “Qəbələ”ni böyük hesabla məğlub edərdik.

- Son oyunda meydana çıxmamağının səbəbi nə idi?
- Vallah, bunu məndən yox, baş məşqçidən soruşsanız daha yaxşı olar. Məşqçi necə fikirləşirsə, elə də edir. Məsələn, ötən oyunda mənə ehtiyac var idi, oynayırdım. Bu dəfə olmadı, oynamadım. Hər bir futbolçu kimi mən də şansımı gözləyirəm. Baş məşqçi nə zaman şans versə, o vaxt da çıxıb oynayacağam. Ehtiyatda qalmağımı da problemə çevirmək lazım deyil. Baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Bizdə əsas məsələ kimin oynaması yox, “Qarabağ”ın uğur qazanmasıdır.

- Kubokda “Qəbələ” ilə cavab oyununuz var. Bu görüş barədə nə düşünürsən?
- “Qəbələ” çox ciddi rəqibdir. Həm də güclü heyət formalaşdırıblar. Heyət baxımından onlarda bahalı və səviyyəli futbolçular toplaşıb, xüsusən də legionerlər. Bununla belə, inanıram ki, kubokda mərhələni adlayan biz olacağıq.

- Bu tur “Bakı” ilə oynayacaqsınız. Son dəfə bu komandanı çox asanlıqla məğlub etmişdiniz. Səncə, bu dəfə necə olacaq?
- “Bakı”da baş məşqçi dəyişikliyi oldu və bundan sonra komanda bir qədər toparlanıb. Bunun nəticəsidir ki, kubokda AZAL-ı, çempionatın son turunda isə “Xəzər Lənkəran” kimi komandanı səfərdə məğlub etdilər. Bu məqamlara baxmayaraq, qarşıdakı oyunda da hər şey özümüzdən asılı olacaq.

Söhbətləşdi: Tahir Binnətli 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail