"Neftçi" İSM-in milliləşmiş baş məşqçisi yığmamıza çağırılmasından danışdı - MÜSAHİBƏ

20.03.2012 | 6764 dəfə oxunub

“Neftçi” İSM futzal komandasının baş məşqçisi Paulo Rikardo Kakanın Stadium.az saytına müsahibəsi:
 

“Neftçi” İSM hazırda futzal üzrə Azərbaycan çempionatında liderdi. Demək olar ki, “Araz”ın hegamonluğuna da son qoymusuz...  
- "Bəli, biz "Araz"a qalib gəldik və indi birinci pillədəyik. Ancaq bilirik ki, çempion olmaq çox çətindir, çünki "Araz"ın bir çox yaxşı futbolçusu var və onlar hazırkı çempiondurlar. Ötən mövsümün avqust ayından etibarən gördüyümüz işlərin nəticəsi olaraq hazırda bu səviyyəyə çatmışıq. Futzalçılarımız indi müasir futzal oynamağı bacarırlar. Beləliklə, biz "Araz"a rəqib ola bildik.

Heyətiniz də kifayət qədər gənc futzalçılardan təşkil olunub...
- Komandamızda orta yaş nisbəti 25-dir. Oyunçularımız fiziki, taktiki, texniki və psixoloji cəhətdən çox inkişaf ediblər. Hər zaman bizim onlara öyrətməyə çalışdığımız müasir futzalı mənimsəməyə can atırlar. Əvvəllər, "Neftçi" İSM təşkilatlanmış şəkildə və rəqabət şəraitində oynamırdı. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, tezliklə 5-15 yaşlı uşaqlar üçün futzal məktəbi açılacaq. Həm də, bizim 16 yaşdan 21 yaşa qədər futzalçılardan ibarət B komandamız da var. Bütün bunları nəzərə alaraq, “Neftçi İSM”in rəhbəri Sadıq Sadıqova mənə etimad etdiyinə və Azərbaycan futzalı üçün nələrsə etməyə imkan yaratdığına görə təşəkkürümü bildirmək istərdim.

- Düşünmürsüz ki, uğur qazanmanızın müqavilində sizi artıq qısqanclıqla qarşılayanlar var...
- Mən çox çalışıram və heç zaman geriyə baxmıram. Düşünürəm ki, hər kəs üçün bir şans var. Sadəcə, işləmək arzusu, müəyyən səlahiyyətin və başqalarında olmayan bacarığın olmalıdır. Mən hər zaman irəliyə baxıram və heç kimi incitmədən məqsədlərimə nail olmağa çalışıram. Belə məqamlar isə məni maraqlandırmır.

- Siz bizim vətəndaşlığımızı qəbul edərək  Azərbaycan millisinə dəvət olunmusuz. Bu barədə nə deyə bilərsiz?
- Fəxr edirəm ki, Azərbaycan bayrağı altında mübarizə aparacağam. Buna görə də çox böyük məsuliyyət hissi daşıyıram. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundova və AFFA prezidenti Rövnəq Abdullayevə Azərbaycan millisinə xeyir verəcəyimə inandıqları üçün təşəkkürümü bildirirəm.

- Qarşıda millimizi Rusiya ilə oyun gözləyir. Bu barədə nə deyə bilərsiz?
- Bəli, bizim qarşıda Rusiya ilə çox çətin oyunumuz var. Ancaq inanıram ki, uğurlu nəticə əldə edəcəyik.

QEYD: Kaka Rusiyada 7 il legioner həyatı yaşayıb.  Bu müddətdə isə 2 dəfə Rusiya çempionatının bombardiri olub. 

Söhbətləşdi: Tahir Binnətli 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail