Rəşad Sadıqov: "Bakı"ya qalib gəlməsək, dünyanın sonu olmayacaq"

22.03.2012 | 6012 dəfə oxunub

"Qarabağ"ın təcrübəli futbolçusu Rəşad Sadıqov qarşıdakı oyun barədə fikir bildirib. Stadium.az-a açıqlama verən müdafiəçi əvvəlcə "Qəbələ" ilə oyun barədə danışıb, daha sonra isə "Bakı" ilə keçiriləcək qarşılaşma ilə bağlı düşüncələrini dilə gətirib:

"Qəbələ" yaxşı komandadır. Onlar da bizim kimi, Avrokuboklarda iştirak etməyi qarşılarına məqsəd qoyublar. Oyunun çətin keçəcəyini bilirdik. Yaxşı oynadığımız halda, 1 xalı son dəqiqədə xilas etdik. Futbolda belə hallar olur. Çalışacağıq ki, daha yaxşı çıxış edib, daha yaxşı nəticə qazanaq.

"Bakı" ilə oyun barədə isə deyə bilərəm ki, Novruz Əzimovun gəlişindən sonra komandanın oyunu tam dəyişib. Futbolçular tam başqa əhval-ruhiyyədə oynayırlar və nəticə də göz qabağındadır. "Bakı" ilə son oyunda asan qələbə qazanmışdıq, ancaq bu dəfə belə olmayacaq. Oyun çox çətin keçəcək. Qələbə qazanmağa çalışacağıq, ancaq bu, bizim üzərimizdə gərginlik yaratmır. Qalib gəlməsək, dünyanın sonu olmayacaq. "Bakı" kimi komandadan səfərdə 1 xal alsaq, bu da yaxşı nəticə hesab edilməlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail