Azərbaycan Premyer Liqası: 25-ci tura söz ardı

26.03.2012 | 5533 dəfə oxunub

9 ildən sonra

"Bakı" klubu Premyer Liqada ardıcıl 3-cü dəfə ev oyununda məğlub oldu. Martın 7-də "Neftçi"yə 1:3, 11-də "İnter"ə 0:1 hesabı ilə yenilən bakılılar ayın 24-də “Qarabağ”a 1:2 hesabı ilə uduzaraq öz meydanında ardıcıl 3-cü dəfə uduzdu. Komanda “Bakı” adı altında çıxış etdiyi 2004-cü ilin yayından sonra belə uğursuz seriyaya malik olmamışdı.

Klub tarixinin sonuncu belə seriyası 2002-03-cü illərdə komanda “Dinamo-Bakılı” adlanan vaxt qeydə alınıb. 2001/02 mövsümünün son 2 ev oyununda “Turan”a 0:1, “Ümid”ə 0:3 uduzan paytaxt təmsilçisi 9 il əvvəl - 2003/04 mövsümünün startında “Şəfa”ya 1:2, “Turan”a 0:1 hesabı ilə uduzaraq 4 ev oyununu xalsız başa vurmuşdu.

Klub tarixinin ən uğursuz ev seriyası 2001-ci ilin mart-oktyabr aylarında qeydə alınıb. Həmin vaxt komanda ardıcıl 7 ev matçında uduzub.

Kənan Kərimovun rekordu yarılandı

Zaqatalanın “Simurq” klubunun futbolçusu Anatoli Doroş yeni komandasında qol hesabını açıb. Premyer Liqanın XXV turunun “Sumqayıt”la oyununda qol sevinci yaşayan moldovalı legioner bununla da Azərbaycan rekorduna sevinib. Belə ki, o, Premyer Liqada 5 klubun heyətində qol vuran ilk legioner olub.

Bunadək Doroş “MKT-Araz”da 8, “Standard”da 4, “Karvan”da 6, “Olimpik”də 12 qol vurmuşdu. Premyer Liqada 84-cü matçında 31-ci qoluna imza atan Anatoli bu matçadək rekordun şəriki olan Leonardo Roşa və Tagim Novruzovu arxada qoyub. Braziliyalı futbolçu “Standard”, “İnter”, “Bakı” və “Qarabağ”ın heyətində qol sevinci yaşayıb. Novruzov isə “Simurq”, “Turan”, “Muğan” və “Rəvan”da bunu bacarıb.

Premyer Liqanın mütləq rekordu 10 klubun heyətində qol vuran Kənan Kərimova məxsusdur. O, “Şəmkir”, “Turan”, “Kəpəz”, “Viləş”, “Qəbələ”, MOİK, “Pambıqçı” (Bərdə), “Karvan”, “Qarabağ”, “Avtomobilçi”nin heyətində qol vurub. Legioner rekordçu isə Kənanın rekordunu yalnız yarılaya bilib.

Yunis Hüseynovun 50-ci “sülh”ü

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov yeni klubunda ilk xalını qazanmaqla, həm də karyerasında 50-ci bərabərliyə nail olub. Belə ki, “Neftçi” ilə Premyer Liqanın XXV turundakı 1:1 hesablı heç-heçəyədək Hüseynovun komandaları 49 heç-heçə etmişdi.

“Karvan”da 44 bərabərlik görən mütəxəssis 36 dəfə Premyer Liqa, 7 dəfə Azərbaycan kuboku, 1 dəfə isə UEFA kubokunda qalibin müəyyənləşməməsinə şahid olmuşdu. “Standard”ın Hüseynovun rəhbərliyi altında imza atdığı heç-heçələrin 5-i də çempionatda olubsa, “Xəzər Lənkəran” da ilk bərabərliyi Premyer Liqada əldə etdi.

Hacıyevdən Tsxadadzeyə yubiley qolu

Bakının “İnter” klubu baş məşqçisi Kaxaber Tsxadadzenin rəhbərliyi altında Premyer Liqada 100-cü qolunu vurub. XXV turun “Qəbələ” ilə səfər oyununda rəqib qapısına yol tapan Nizami Hacıyev Sxadadzenin yetirmələrinin yubiley qolunun müəllifi olub.

“İnter” Tsxadadzenin rəhbərliyi altında 2009/10 mövsümündəki 32 oyunda 47 (təsnifat mərhələsi 36, final mərhələsi 11), 2010/11 mövsümündəki 32 matçda isə 29 qol (təsnifat mərhələsi 24, final mərhələsi 5) vurmuşdu. Cari mövsüm təsnifat mərhələsini 21 qolla tamamlayan paytaxt təmsilçisinin final mərhələsindəki 3-cü qolu yubiley əhəmiyyətli oldu.

Qeyd edək ki, Tsxadadzeyə qədər legioner baş məşqçilərdən yalnız ikisi Premyer Liqada 1 klubda 100-dən artıq qol sevinci yaşamışdı. Valentin Xodukin “İnter”də 146, Roman Pokora “Simurq”da 128 qol görmüşdü. (PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail