Lənkəranda "İnter" sevindi, "Qarabağ", "Neftçi" və "Bakı" yarımfinalda - YENİLƏNİB

28.03.2012 | 7568 dəfə oxunub

Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab qarşılaşmaları keçirilib. Stadium.az xəbər verir ki, ilk oyunda "Qəbələ"  doğma meydanda 2:2 hesabına razı olduğu "Qarabağ"la bu gün Ağdamda üz-üzə gəlib. Oyunda hesab açılmayıb və "Qarabağ" səfərdə vurduğu qolların hesabına mərhələ adlayıb.

AZAL isə "Bakı" ilə oyunda aldığı 3:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, yenə məyus olub. Novruz Əzimovun rəhbərliyindəki "Bakı" rəqibini səfərdə də məğlub etməyi bacarıb.

"Xəzər Lənkəran"ı da çətin sınaq gözləyirdi. Cənublular "İnter"ə 3:2 hesabı məğlubiyyətin əvəzini doğma meydanda çıxmağa çalışıb, lakin buna gücü çatmayıb. İlk hissədə "İnter" hesabı açıb. "Xəzər Lənkəran" yalnız hesabı bərabərləşdirə bilib. Bu nəticədən sonra "İnter" yarımfinala yüksəlib.

"Neftçi"nin işini daha asan saymaq olardısa da, bu oyun da gərgin keçib. Hesabı "Kəpəz" açıb, lakin ikinci hissədə "Neftçi" bərabərliyi təmin edib və yarımfinala yüksələn tərəf olub.


Azərbaycan kuboku
1/4 final, cavab matçları

28 mart

18:00. Xəzər Lənkəran - İnter - 1:1 (ilk oyun - 2:3)
Qollar: Rendal Brenes, 82 (1:1) - Baçana Tsxadadze, 29 (0:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Gülağa Cabbarov
Lənkəran şəhər mərkəzi stadionu.

Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 8. Eder Bonfim, 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes, 81. Rikardo Qomes

İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze


15:00. Qarabağ - Qəbələ - 0:0 (ilk oyun - 2:2)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Yaşar Abbasov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Kərim Ağayev
Quzanlı qəsəbə stadionu.

Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya

Qəbələ: 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario


16:00. AZAL - Bakı  - 1:2 (ilk oyun - 1:3)
Qollar: Orxan Səfiyaroğlu, 52 (1:1) - Xavier Junior, 5 (0:1). Xavier Junior, 85 (1:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Anar Salmanov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xəqani Məmmədov
Bakı. AZAL Arena.
 

16:00. Neftçi - Kəpəz - 1:1 (ilk oyun - 2:1)
Qollar: Bahodir Nasimov, 48 (1:1) - Yuri Fomenko, 33 (0:1)
Qırmızı vərəqə: Mirhüseyn Seyidov, 78 - Əli İsmayılov, 78
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Azər Əsgərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Murad Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 14. Bahadır Nəsimov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev (k), 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə

Kəpəz: 88. Elşən Poladov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 17. Renat Sultanov, 8. Armand Feutchine, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail