İslam...

01.04.2012 | 13307 dəfə oxunub

Bu adın hansı mənanı kəsb etməsi hər kəsə məlumdu. Qısa da olsa diqqət nəzərinizə çatdırım ki, müxtəlif qollara parçalanan bütün müsəlman dünyasını birləşdirən məqam İslam dinidir. Dünyada ən mükəmməl din olan İslam dinini parçalamaq üçün avropa ölkələri hazırda əllərindən gələni edirlər ki, İslamı parçalasınlar. Belə bəd niyyətli insanlar İslamı parçalaya bilməsələr də, onu qollara ayıra biliblər. Maraqlısıda odur ki, bu qollar İslamı insanlara olduğu kimi deyil, onlara verilən göstəriş əsasında təbliğ edirlər. Hər nə olursa, yenə də İslama olur.

Sözümü qəribçiliyə salmayın, biri belinə bomba bağlayır, “Allahu Əkbər” deyib düyməni basır, özünü külə, ətrafındakıları isə cəsəd(lər)ə çevirir. Bax bu, İslam deyil. İslam, haqqdır, ədalətdir!.

Nə yazıq ki, İslam adını xüsusiləşdirərək (daha doğrusu, onlara qoyulan bu adı) üzərlərində daşıyanlar da, İslama layiqli insanlar olmurlar (təbi ki, olanları da var, yəqin). Adın İslamdırsa, əxlaqın, mərifətin hədsiz dərəcədə çox olmalı, camalı yüksək durmalı, nəfsin olmamalıdır. Yoxsa, adın İslamdırsa, nəfis salıb göz dikdiyindən pul-para istəməməlisən. Öz kölgəndən qorxmamalı, digərlərinkindən də qaçmamalısan. İslam, çalış, adından həya et ki, həyasızlıq canından çıxsın.

Başınızı ağrıtmayım, amma aşağıdakıları da diqqətinizə çatdırmağı özümə borc bildim:     

Əbuzər soruşdu: ”Ey Allahın Rəsulu! Allahdan qorxanlar, Onun qarşısında özünü əskik sayanlar, təvazökarlar və Allahı çox xatırlayanlar başqalarına nisbətən cənnətə daha tez girəcəklərmi?“. Peyğəmbər buyurdu: ”Xeyr, cənnətə ən tez girənlər kasıb müsəlmanlar olacaqlar. Onlar sanki başqalarının çiyni üzərinə qalxıb cənnətə yaxınlaşacaqlar. Cənnətin gözətçisi onlara deyəcək ki, burada durun, qoy hesabınızı çəksinlər. Onlar cavab verəcəklər: ”Bizdən nəyin hesabını çəkəcəklər? Vallahi, dünyada nə vəzifəmiz və gücümüz var idi ki, onunla ya zülm edəydik, ya da ədalət göstərəydik. Nə də var-dövlətimiz var idi ki, ya simiclik edəydik, ya da israf. Biz öz Rəbbimizə ibadət edir, O bizi (bəndəliyə və itaətə) çağıranda dəvətinə cavab verirdik (yəni Onun əmr və qadağanlarına riayət edirdik)“.

Peyğəmbər də Əbuzərdən soruşdu: “Cənnətə düşmək istəyirsənmi?”. Əbuzər cavab verdi: “Əlbəttə istəyirəm”. Peyğəmbər buyurdu: “Elə isə arzu-xəyalları azalt, ölümü həmişə göz önündə tut, Allahdan lazımınca utan (həya et)”. Əbuzər dedi: “Biz hamımız Allahdan utanırıq”. Peyğəmbər buyurdu: “Həya bu deyil. Allahdan həya etmək odur ki, ölümü unutmayasan, qarnını (haramdan) boş saxlayasan, beynini (haram və mənasız fikirlərdən) uzaq tutasan. Hər kim axirətdə kəramət (ucalıq) istəyirsə, bu dünyanın bər-bəzəyini əynindən yerə tökməlidir. Dediyim kimi olsan, Allahın vəlayətinə çatarsan”.

Bunlar hər bir müsəlmana adiidr, amma adı İslam olanlar üçün daha vacibdir. Çünki çox şərəfli adın altındadırlar. Bilin ki, var-dövlət və şan-şöhrət sevgisi insanın dini üçün sürüyə hücum edən və səhərə kimi heyvanları parçalamaqla məşğul olan canavarlardan daha qorxuludur.

Və bilməlisiz ki, qiyamətdə hesaba çəkilməzdən əvvəl bu dünyada özünü hesaba çəkməlisən. Bu, sənin sabahkı hesabının yüngül olmasına kömək edər. Mizan tərəzisində əməllərin çəkilməzdən əvvəl bu dünyada onları (öz vicdan tərəzində) çəkməlisən. İslam, bax bunu edə bilsən, onda anlayacaqsan ki, başın qumun altındadır, sənin nə etdiyini, harada olduğunu bilmədiyini düşünsən də, bütün gizli yerlərin millətin gözü önündədir.

İslam, ağıllı olmalıdır! Yoxsa, İslamdakı günahlardan da söz açarıq!..

Vüsal GÖZƏLOV


  #9   Adınız: Fərid;   E-mail: ---

02.04.2012 00:16

Vüsal sizə bu yolda uğurlar məndə çalişiram islam dinin buyurduğlarin ənəl edim birdə sizə kiçik qardaşın kimi deyim ki bütun yazilarivi bu uslubda yazan yaxwi olar neyinki söyüş üslubunda məsələn hakim rüşvət almasini dini nöqteyi yazsan nə qədər gunahi olduqunu anlayar

  #8   Adınız: Fərid ;   E-mail: ---

01.04.2012 23:00

Vüsal sizə bu yolda uğurlar mən qarişiq

  #7   Adınız: Fərid;   E-mail: ---

01.04.2012 22:53

Vüsal size bu yolda uğurlar mende islamin buyurduğlarin yerinə yetirməyə çalişiram mən Xəzər azerkeşiyəm amma İslamin tərəfini saxlamiram heç o da məni tanimir amma bele kasib insanin belə işləri görməsi hörmətə layiqdir amma onun yazin məndə oxumuşam o sehf edib çoxunun adini çəşib amma o qədər üsunə getməyin yeri yoxdu(emr kimi başa düşmə xahiş edirəm) artiq 4-5 ci yazidir onun haqqinda

  #6   Adınız: Zamin;   E-mail: ---

01.04.2012 22:15

Yaxsi yazi uslubudur. Beyendim - LİKE)))

  #5   Adınız: Haci;   E-mail: ---

01.04.2012 22:14

İslamin gorduyu isler qeder is gorun sonra danisarsiz

  #4   Adınız: Manaf;   E-mail: ---

01.04.2012 22:14

El cekin de bu İslamdan. Qoyun kisi coreyin qazansin ne
veribsiz bundan ala bilmirsiz e

  #3   Adınız: Mürsəl;   E-mail: ---

01.04.2012 21:11

Qardaşım halal olsun sənə. Mən neçə illərdir idman mətbuatını
izləyirəm, hələ belə səviyyəli yazıya rast gəlməmişdim. Belə
başa düşdüm ki özünüz də namaz qılansız. Allah köməyiniz
olsun. Bir daha sizə uğurlar!

  #2   Adınız: Vüsal Gözəlov;   E-mail: ---

01.04.2012 21:10

Mən iddia etmədim ki, günahım yoxdur. Məlimin olsun ki, yer
üzündə sonuncu günahsız insanlar RəsulAllah və onun əsabəsi,
əhle beyti olub. Hər-halda, günah etməyərək yaşamağa cəhd
edirəm, bunun üçün çarpışıram deyə bilərəm.

  #1   Adınız: Ferid;   E-mail: ---

01.04.2012 21:06

Vüsal ele yazib ki guya Vüsal gunahsiz insandir indi de başqasina meslehet verir evvel bunlara özun emel et sonra İslama meslehet ver

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail