Sadıq Sadıqov nə üçün tənqid olunur? - YAZI

02.04.2012 | 12734 dəfə oxunub

Daha əvvəl də belə idi, amma son günlər təzyiqlər daha da artıb. Söhbət “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovdan gedir. Bu məqamda elə Sadıqovdan yazmaq qərarına gəldim. İndi hamı onu tənqid edir. Hətta iddia edənlər də var ki, Sadıqov Azərbaycan futboluna çirkinlik gətirib. Sualım həmin insanlaradır, bəyəm Azərbaycan futbolu bulaq suyu qədər təmiz idi ki, Sadıqov ayaqlarını çirmələyib, gəlib girdi bura, çirkləndirdi? Azərbaycan futbolu sovetlər dönəmindən bu yana çirkabın içində idi, yenə də elədir.

“Bakı” və “Xəzər Lənkəran”ı çıxmaq şərtiylə, digər klubların hamısı dövlətdən maliyələşir. “Neftçi” də bu komandalardan biridir. Amma “Neftçi” hazırda dövlətdən maliyələşən yeganə komandadır ki, burada içəri girən pullar havaya deyil, lazım olan yerlərə sərf edilir. Ramin Musayevin “Neftçi”də vitse-prezident işlədiyi vaxtlarda bu komandada pul yeyintisinin əsası qoyulmuşdu ki, İlqar Quluzadə dönəmində bu hal, lap həddini aşmışdı. Legioner futbolçulara milyonlarla pullar xərclənirdi ki, bunların da böyük hissəsi rəhbər şəxslərin cibinə girirdi.

Ölkənin ən köklü klubu az qala çempionatdan düşməmək üçün mübarizə aparırdı. Amma Sadıq Sadıqovun bu kluba prezident təyin olunmasından sonra vəziyyət dəyişdi. Klubda ciddi nizam-intizam yaradan Sadıqov qısa müddətdə xalq komandasının imicini özünə qaytardı. İndi daha heç kim iddia etmir ki, “Neftçi”də futbolçu transferlərindən pul tutulur. Çünki “Neftçi” transfer belə etmir. “Neftçi” tarixində yeganə mövsüm bu il oldu ki, komandaya qış fasiləsində futbolçu cəlb edilmədi. “Neftçi” indi həqiqətən komandaya oxşayır. Məhz Sadıq Sadıqovun başçılığı altında bazara çevrilən bir yerə komanda demək mümkün oldu. Budurmu onun Azərbaycan futboluna gətirdiyi çirkinlik? Yüzlərlə idmançısı olan “Neftçi İSM”ə rəhbərlik etmək qoçu saxlamaqdırmı? Məzlumun qolundan tutan, haqqı nahaqın ayağına verməyən bir insana qoçu demək olarmı? Bunları düşünün, sonra yazmaq istədiyiniz insan barədə fikir yürütməyə başlayın.

Bir insan haqda pis yazı yazmaq, onu qaralamaq, dürüst niyyətini alçaltmağa cəhd etmək çox asan məsələdir. Əsas olan isə həmin insan barədə həqiqətləri görmək, deməkdir.


Mehdi


  #3   Adınız: Elçin Bayramov;   E-mail: [email protected]

12.05.2012 05:52

Sadıqovun gördüyü işlər göz önündədir.Allah ona can sağlığı versin.Uzun illər həsrətində olduğumuz gözəl oyun və çempionluqları bizə qaytardı.
Birdə niya axı Bakı dövlətdən maliyyələşmir yazmısınıki.Məgər Ziya Məmmədov Nəqliyyat nazirimiz deyil.

  #2   Adınız: Elvin Veliyev;   E-mail: [email protected]

05.04.2012 18:31

Sadiq muellimin gorduyu iwler goz onundedi Amma Bezi uzdeniraqlarin, Rezillerin onu gozu goturmur Bu Azerbaycan jurnalistikasainin99% fazine Nifret edirem cunki Haqqi qoyub Nahaqqi yazirlar...Daha gorunen kende ne beledci?

  #1   Adınız: Yuska;   E-mail: [email protected]

03.04.2012 20:43

Allah Sadıq müellime komek olsun! Onun düzgün rehberliyinin
neticesidir ki Neftchi PFK ve Neftchi İSM uqurlar qazanir bir
cox idmancı qardasimiza destek hem menevi hem maddi terefden
destek olur! Sadıq muellime bu ishlerine gore minnetdaram

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail