Bacanaq "şotuna" kef edən baş katib - KÖŞƏ

13.04.2012 | 40394 dəfə oxunub

Futbolun içinə göydən zənbillə düşən AFFA-nın baş katibi Elxan Məmmədovun bu müəmması hələ də çözülməyib. Göydən düşən 3 almadan biri kimi, ölkə futboluna düşən Məmmədov Elxan, futbolu uçuruma aparmaqda davam edir. Berti Foqtsu millinin baş məşqçi edərək Azərbaycan futbolunu illərlə geri salan bu cavan oğlan, futbol üçün böyük işlər gördüyünü hesab edir.

Dəqiq xatırlayıram, o zaman "Het Trik" qəzetində çalışırdım. Elxan Məmmədov AFFA-nın baş katibi kimi ilk müsahibəni qəzetlər arasında bizə vermişdi. Müsahibə əsnasında Elxan dedi ki, ötən axşam hansısa futbola baxıb, soruşdum hansı oyuna, tapa bilmədi. Bu, axşam baxdığı oyunu sabahısı xatırlamır, amma AFFA-nın baş katibidir... Gülməyin, ağlayın...

O ildən bəri xeyli zaman keçib, amma dəyişən nə bir iş var, nə də bir şey. Dəyişməyən isə odur ki, hələ də bu zaddan qurtula bilməmişik.

Elxan Məmmədov 17 yaşlı qızların dünya çempionatını Bakıda keçirmək üçün FİFA-nı razı saldığını düşünərək, yeriyəndə sinəsini yarım metr qabağa dartır. Amma hələ də anlamır ki, FİFA-nı xalqın neftinin pulu, bunu hesabına Platiniye, Blatterə verilən hədiyyələr razı salıb, bu yox.

Ağzının sözünü normal şəkildə danışa bilməyən, futboldan ümumiyyətlə, "qanında qrafa" olmayan Məmmədovun bu vəzifədə qalması, üstəlik, AFFA-nın onun iş müddətini uzatması acı vericidir. Düzdür, onsuz da futbol ictimaiyyətində bu vəzifəyə layiq adam yoxdur, cəhənnəmə ki, heç olmaya futbol adamı olsun!..

Bəs Məmmədovu bu kresloya bağlayan nədir ki, onu oradan qopardıb atmaq olmur? Bilmirsizsə, bilin, Elxan Məmmədovun yaxşı "krışası" var. Məmmədov 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olan Yaqub Eyyubovun oğlunun bacanağıdır. İndi bildiz ki, Məmmədovun sallandığı budaq hansı ağacın gövdəsindən şaxələnir?

Elxan Məmmədov kiminsə bacanağıdır deyə, Azərbaycan futbolu ondan əcab çəkməlidir. Bax, reallıq budur.

Necə deyərlər, variant budur: xiyardır, yeməlisən!..

P.S: Xiyarı yeyəndə duza batırın ki, ləzzətli olsun. Xiyarı şit yemək olmaz axı...

Vüsal Gözəlov


  #2   Adınız: Elvin Veliyev;   E-mail: [email protected]

14.04.2012 11:02

AFFA ni bu gune qoyan bunun kimilerdide Ay adamlar gedin bawqa iwile mewqul olunda qoyun futbolu bilenler Idare etsin Gunnen gune ozunuzu Iyrendirirsiz ...Nifret qazanirsiz Istefaaa!!!

  #1   Adınız: namik;   E-mail: [email protected]

14.04.2012 06:55

Elxan Memmedov AFFA-ni AFtaFA-ya cevirib

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail