Futbolumuzun təzə “tema”sı ...

... VƏ YA SƏN HEÇ VAXT BÖYÜK FUTBOLÇU OLMAYACAQSAN, RUSLAN!

18.06.2012 | 13540 dəfə oxunub

Nə qədər qəribə də olsa, şorbayla kabab Azərbaycan futbolunun yeni müzakirə mövzusuna çevrilib. “Biz şorbaya yox, kababa 100 manat veririk”. Bu sözləri təxminən 1 həftə əvvəl “Xəzər-Lənkəran”ın direktoru Höccət Hacıyev səsləndirmişdi. Hacıyevin fikrincə Emil Mpenza kimi şorbanı “Neftçi” kabab qiymətinə alıb. Amma qəribədir ki, həmin o şorbanı bu gün Belçika futbolunun kababı - “Anderlext” transfer etmək istəyir. Cənab Hacıyev, sizcə “Anderlext” də ağzının dadını, şorbayla kababın fərqini bilmir?

Ümumiyyətlə, bu şorba, kabab məsələsi artıq xeyli uzanıb. Qarşı tərəfin atmacasını cavabsız qoymayan Tahir Süleymanov da lənkəranlıları Rumıniya şorbasını Azərbaycan kababı qiymətinə aldığını iddia edir. Artıq “İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolov da söhbətə “kurs” olub. Kababdan anlayışı olduğunu biruzə vermək istəyən Nikolov “100 manatlıq kabab gərək dadlı və təzə olsun” deyir. Bundan sonra daha kimlərin bu söhbətə girişib-girişməyəcəyini bilmirəm. Amma bildiyim odur ki, elə “Xəzər-Lənkəran” da, “Neftçi” də, lap elə son vaxtlar xəsisləşən “İnter” də vaxtıyla çox şorbalara, kababın, özü də balıq kababının pulunu sayıblar. Bəlkə elə deyil? Bu ölkəyə çox səviyyəsiz legioner gəlib-gedib və bu gedişlə hələ çox gələcək də. Nə qədər ki, klublarımızda əsl seleksiyaçı məşqçilər, skautlar çalışmayacaq, nə qədər ki, klublarımız transfer etmək istədikləri əcnəbiləri disklə seçəcəklər, nə qədər ki məşqçilər maraq göstərdikləri futbolçunun çıxışını aylar öncədən diqqətlə izləməyəcəklər, o vaxta qədər çox şorbaya kabab pulu veriləcək.

Bütün bu söhbətin səbəbkarı Ruslan Abışovdur. Mövsümdə iki dəfə - qışda və yayda adı əcnəbi klubların transfer siyahısına guya ki düşən gənc oğlan “Neftçi”ni “Xəzər-Lənkəran”a dəyişməklə aləmi bir-birinə vurdu. Düzdür, Abışov futbolçudur və onu heyətində görmək istəyən istənilən kluba keçə bilər. Amma hər şeyin də bir təhəri var. Hər bir insan həyatda bacardığı qədər çox qazanmaq və mümkün qədər tez gələcəyini təmin etmək istəyir. Bunu mən də istəyirəm, sən də istəyirsən hörmətli oxucu, Ruslan da istəyir. Bayaq da dediyim kimi, hər şeyin ədəb-ərkanı var. Hər dəfə adını neçə-neçə klubla yanaşı hallandırmağın və süni şəkildə qiymət qaldırmağın nə mənası var idi? Onsuz da Allah “Xəzər-Lənkəran”ının başında oturanların canını sağ eləsin, 1 milyonu sayıb, qoydular qabağına. Bəlkə də qardaşın Sərxan başda olmaqla bəziləri ürəyində “biz o reklamları etməsəydik, kim idi Ruslana o boyda pulu verən” deyir. Amma inanın ki yenə də verəcəkdilər. Çünki geydirmə transfer xəbərlərinin yalan olduğunu kim də bilməsə, Yunis Hüseynov çox gözəl bilir.

Ruslan, sən Azərbaycanın ən çox qazanan topçusu ola bilərsən, amma incimə, sən heç vaxt böyük futbolçu olmayacaqsan. Çünki böyük futbolçu təkcə meydanda gözəl futbol oynayana demirlər. Böyük futbolçu meydandan kənarda da ideal olmalıdır. Amma sən pulu üstün tutaraq, əzəli rəqibin heyətinə keçdin. Nə qədər əksini desən də, sənə Alessandro Del Pyeronu ilə Canluici Buffonu misal gətirə bilərəm. Səhv etmirəmsə, elə özün də italyan futbolunun azarkeşisən və yaxşı bilirsən ki, “Yuventus” “B” seriyasına göndərilərkən Alekslə Buffona o qədər təkliflər gəlmişdi ki...Amma hər iki futbolçu pulu yox, komandalarını üstün tutdular. Hələ mən uzun illərdi “Roma”nın simvoluna çevrilən Françesko Tottini demirəm. Səncə Totti daha çox pul və titul qazanmaq istəmir? Az qala Əziz Yıldırımın göndərdiyi və rəqəm yeri boş olan bank çekini cırıb ataraq, “Qalatasaray”ı pula satmaram” deyən Bülənt Qorxmazı unudacaqdım.  Amma Ruslan, sən heç Zaur Tağızadə qədər də ola bilmədin. Şəxsiyyətinə böyük hörmət etdiyim və həqiqətən də sözün bütün mənalarında qızıl oğlan olan Zaura “Xəzər-Lənkəran” illərlə təklif göndərdi. Amma Tağızadə sonadək sadiqliq nümayiş etdirdi. “Milan” üçün Barezi, Maldini nə deməkdirsə, “Neftçi” üçün də Zaur məhz odur. Halbuki Zaur səninlə müqayisədə “Neftçi” üçün daha böyük işlər görmüşdü...

P.S. Höccət bəy, inanın ki, sizin aldığınız da kabab deyil.

P.P.S. “Neftçi”də tarix boyu o qədər güclü futbolçu oynayıb. Amma komandanın avtobusunun üzərində yalnız bir nəfərin - Zaur Tağızadənin şəkli var. Sizcə niyə?

Vahid AYXAN


  #4   Adınız: Elvin;   E-mail: [email protected]

21.06.2012 01:50

Sagol Yazar..Barmaqlarin var olsun! Elbetde fikirlerinizle raziyam..Zaur Neinki Neftcinin Musteqillik illerinden sonraki Azervaycan futbolunun Qizil oglanidi

  #3   Adınız: Umid Mammadov;   E-mail: [email protected]

20.06.2012 00:56

ee bow bow daniwmiyina rUSlani tanimirsiz dabniwmiyin o keradada cox gzoel isnandi

  #2   Adınız: Bakili;   E-mail: ---

18.06.2012 22:16

Ruslan hara Zaur hara.Tagizade futbolumuzun qizil
oglanidi.ruslan ise hele hec ne etmeyib ve xezere kecmekle de
karyerasina son qoydu

  #1   Adınız: Roma;   E-mail: ---

18.06.2012 22:15

Ruslan heqiqeten de pula aldandi.o gerek pulu yox neftcini
secerdi.Neftci fanati kimi bunu hec vaxt ona bagislamayacagam

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail