«Neftçi» üçün «utanmasan, oynamağa nə var» yazısı

05.03.2011 | 9520 dəfə oxunub

Gözlər ruha aparan pəncərədir. Bəs ruh nədir?rnQoy buna başqası cavab versin. Göz həyatda baş verənləri görür, bunu zehin vasitəsiylə başqalarına çatdırır. Göz həyatda olanları, baş verənləri görür və insana ötürür. Göz olmasa nəylə görəcəksən? Təbii ki, heç nəyi görməyəcəksən. Amma yuxarıda qeyd etmişdim, gözlər ruha aparan pəncədir. Gözün görmürsə, ruhun olanları görür, sənə çatdırır. Amma deyəsən, Elnur Əşrəfoğluyla Tahir Süleymanovun nə gözü görür, nə də ruhu.  Onlarda ruhun görməsi onsuz da mümkün deyil. Çünki qəlbi təmiz, canında xislət deyə bir anlayış və ya ona bənzər şər meyilli qüvvələrin olmadığı insanların ruhu görür, duyur, eşidir. Təbi ki, bunların da Əşrəfoğlulya, Süleymanova aidiyyatı yoxdu.

rnrn

Ölkə kubokunun «Neftçi» - «Xəzər-Lənkəran» oyunu barədə danışan bu iki şəxs dəridən qabıqdan çıxaraq bildirirlər ki, oyunda referi Anar Salmanov təmsil etdikləri klubun lehinə heç bir qərar verməyib. Amma efir önündə əyləşən hər kəs gördü ki, Salmanov hansı artistliklərdən çıxır, özünü sirkdəymiş kimi aparır, sanki pultla idarə olunurdu. Əsas məsələ də budur ki, pult kimin əlindədir? Maraqlısı elə budur. Bu sula cavab tapılsa, daha dəqiqi bu adam(lar)ı hesabdan silsələr, bəlkə də Azərbaycan futbolundan ifunət qoxusu kəsilər. AFFA-nın 5 mərtəbəli binası çox müasir üslubda inşa olunub. Amma bir gün o binanın da «filtrizasiya»rnsistemi sıradan çıxacaq. O zaman yaman xərcə düşəcəksiz, cənab Rövnəq Abdullayev. Nə qədər ki, Elxan Məmmədov, Xaqani Məmmədov (soyadları eynidi, bəlkə qohumdular. tahir süleymanovun sözü olmasın, bunun özü də bir köşə mövzusudu) kimi insanlar sizin əhatənizdədir, futbolda heç bir inkişaf zad olmayacaq. Bir ağız olacaq, bir də boğaz.

rnrn

Əşrəfoğluyla Süleymanovdan söz düşmüşkən, onları qınamaq da olmaz. Durub deməyəcəklər ki, Anarla özümüz danışmışdıq, elə belə də olmalıydı. Təbii ki, klublarının lehinə olan sözlər işlətməlidilər. Amma «utanmasan, oynamağa nə var ki» deyimini də boş yerə yazmayıblar tarixə.

Elnur QARACALI


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail