Tonqal qalanacaq...

16.03.2011 | 10019 dəfə oxunub

Əsrlərdir ki, Novruzu xonça ilə qarşılayıb, mahnılarla, şeirlərlə yola salan, səbirsizliklə yolunu gözləyib, təmtəraqla gəlişinə hazırlaşan Azərbaycan türkləri üçün bu bayram təkcə gülərüzlə qarşılanan bir bayram deyil. Novruz ürəklərin, bir ürəyə sahib insanların bayramıdır. 

Küsülüləri barışığa gətirən insanların bayramıdır. O insanlar ki, tonqal yandırıb, bütün ağırlıq-uğurluqlarını odda yandırırlar.

Əsrlərin qaynaqlarından süzülüb gələn bir müddət unudulmuş kimi görünən, lakin yaddaşlarda çox gözəl kök salan, fikirləri birləşdirən, könülləri oxşayan Novruz bayramı şən gülüşlər, meydan tamaşaları və humanist ideyalar bayramıdır. Novruz bayramı əziz fidanlarımızın hamıdan çox sevdiyi bayramdır.Uşaq olmağın xoşbəxtliyi yaşanır bu bayramda... 

Bayram tonqalının ətrafında mahnı oxuyub, rəqs etməklə dünyanı ayaqlarının altında bilirlər. Dünya bu fidanların ətrafında dolanır, başlarının üstündəki göy üzü günəşin məkanıdır, günəşin isitdiyi torpaqda boy atan toxumlar kimi gündə bir boy böyüyür uşaqlar. 

Böyüyür ki, Vətənə layiq olsunlar, uşaqlığın xoşbəxtliyini başqalarına da hiss etdirsinlər. 

Yaşlı nəsil də balaca fidanlara qoşulub, bu bayram şənliklərinə  qatılır: tonqaldan tullanır, güləşir, küştü tutur, papaq atır. Atılan papaqlar boş qaytarılmır. Var olsun bu papaqları boş qaytarmayan ana əlləri. 

Nə qədər ki, bu ölkədə bu ana əlləri var, nə qədər ki, tonqal ətrafında şənlənən bu əziz xələf fidan var, nə qədər ki, bu ölkədə, bayramın gətirdiyi yeni günün yeni xoşbəxtlik gətirəcəyi inancını qoruyub saxlayanlar var, bu ölkəni Tanrı qoruyacaq. 

Qoruyacaq ki, bu Vətən bütövləşsin, torpaqlarını düşmənlərdən azad edib, böyük bir tonqal qalasın. Şöləsi çox-çox uzaqlardan görünəcək bir tonqal.

Nail Əliyev - Tarix üzrə fəlsəfə doktoru


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail