Sındırılan Vaqif Cavadov

09.08.2012 | 10931 dəfə oxunub

Azərbaycan millisinin "Dalğa Arena"da Avstriyaya uduzmasından sonra Vaqif Cavadovun heyətdən qovulması barədə çox yazılıb. Bu hadisə hər birinizə məlumdu. O zaman Vaqif Berti Foqtsla Elxan Məmmədovu, onlar da öz növbələrində Vaqifi günahlandırırdılar. Vaqif qapını-pəncərəni təpikləyirdi ki, ona qarşı haqsızlıq edilib, özünün heç bir səhvi falan yoxdu. Hətta bir ara eşitdim ki, Vaqif ona qarşı edilən bu haqsızlığa görə özünü 9 mərtəbəli binanın birinci mərtəbəsinin balkonundan ataraq intihar da etmək istəyib. Amma Vaqifin o zamankı sözləri fısss çıxdı. Demək ki, Cavadov o vaxtlar ancaq çərənləməklə məşğul imiş. İndi balaca Cavadova sual verirəm, o zaman özünü niyə lezvaıyırdın, niyə şüvənlik edirdin ki, haqlısan, sən qarşı haqsızlıq edilib? Əgər bunlar doğruydusa, bəs bu gün niyə hamıdan üzr istəyirsən?

“Avropa çempionatının seçmə mərhələsində Avstriya millisinə qarşı keçirdiyimiz oyunda məğlub olmağımız psixoloji cəhətdən mənə mənfi təsir etmişdi və emosional vəziyyətdə artıq çoxlarına məlum olan həmin xoşagəlməz hadisə baş vermişdi. Əlbəttə ki, həmin hadisə məni çox təəssüfləndirir. Mən bu hərəkətimə görə AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyir və  bir futbolçu kimi Azərbaycan futbolunun inkişafına  bacardığım qədər yardımçı olmaq  fikrindəyəm”.

Bu sözlər Vaqifə aiddir. Gədəni sındırıblar, çağırıb AFFA-da danışıblar, sonra da ondan bu açıqlamaları alıblar. İndi kimdi haqlı? Elxan da, Foqts da deyə bilər ki, biz haqlı olmasaq, Vaqif indi, o zman etdiyi hərəkətinə görə üzr istəməzdi. O vaxt Vaqifi milliyə xəyanət etməkdə günahlandırırdılar. Vaqifin bu açıqlamalarından sonra aydın olur ki, o, həqiqətən milliyə xəyanət edibmiş.

Milliyə xəyanət edən futbolçuya hər söz deyilə bilər. Şərəfsizdən tutmuş, vicdansıza qədər. Vaqif, indi de görək, sən nəyə, və yaxud da, bunlardan hansına layiqsən?

Millinin taleyi milliyə xəyanət edən futbolçunun əlində olsa belə, o futbolçu bağışlanmamalıdır. Çünki milliyə xəyanət etmək vətən xaini kimi bir şeydi. Vətən xainləri isə heç vaxt bağışlanmır. Yoldaş Məmmədov Elxan, vətən xainini bağışlamaq elə onunun xəyanətinə şərik olmaq demək deyil? Belə insanın hansı sözlərə layiq olduğunu isə  yuxarıda  çox yumşaq şəkildə qeyd etdim.

Vüsal Gözəlov


  #2   Adınız: isa huseynzade;   E-mail: [email protected]

15.08.2012 03:50

salam. duz deyirsiz. amma guya elxan beyi veten xaini
adlandirmaq olmaz? o coxdan bu adi qazanib.

  #1   Adınız: qasim;   E-mail: [email protected]

11.08.2012 01:17

derdli Neftciden yaz

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail