“Peşəkar”lar YAZI

23.08.2012 | 9250 dəfə oxunub



Peşəkarlıq. Bu söz Azərbaycan futbol ictimaiyyətinin ən çox sevdiyi və işlətdiyi 3 sözdən biridi. Digər ikisi də yəqin ki, uğur səviyyədi. Hansı klub rəsmisini, futbolçusunu, məşqçisini danışdırsan, tez-tez bu 3 sözdən istifadə edəcək. Amma təəssüf ki, həmin o ifadələrin heç biri bizim futbola aid deyil. Çünki bizdə səviyyəli klub yaradıb, uğur qazanmaq üçün peşəkarlar yoxdu. Əksini iddia belə etməyin. Uğurumuz var? Nə? “Neftçi” Avroliqanın play-off mərhələsinə yüksəlib? Həmin mərhələyə 3 il əvvəl 24 saat ərzində “Bakı”, ardınca da “Qarabağ” yüksəlmişdi. “Birlik Kuboku”? O turniri “Bakı”dan başqa son dövrlərin bütün çempion klublarımız qazanıblar. Niyə? Çünki başqaları üçün onun zərrə qədər də əhəmiyyəti yoxdu! “Dux”unuz var idi, “Spartak”la Kiyev “Dinamo”su yarışa əsas heyətlə qatılanda qazanardız da.

Mətləbi çox uzatdım. Sözümün canı peşəkarlıqdı. Hansı ki o gözəgörünməz məfhumdan bizdə yoxdu. Buna bir neçə gün əvvəl bir daha əmin oldum. Türkiyə Superliqsının birinci turunda keçirilən “Əskişəhirspor” - “Akhisar Bələdiyyəspor” oyununda ikincilərin heyətində çıxış edən Gürşat Duymuşun inamlı oyunu dediklərimi təsdiqləyirdi. Duymuş hər dəfə inamlı oyunu ilə rəqib hücumlarının qarşısını kəsərkən, hər dəfə topu cərimə meydançasından uzaqlaşdırarkən düşünürdüm ki, görəsən onun Denis İvanovsdan, Duje Bakoviçdən nəyi əskikdi? Bilənlər bilir ki, Gürşat 2009-cu ildə məhz “Bakı”da çıxış edib. Qışda komandaya qoşulan təcrübəli futbolçu tezliklə səviyyəsini nümayiş etdirdi. Azərbaycan Premyer Liqasındakı ilk oyundaca - “Turan”la görüşdə qol vurmaqla yanaşı, arxa xəttin də toxunulmazlığını təmin edirdi. Bəli, Duymuş çox səviyyəli futbolçu idi. Bateslə birlikdə “Bakı”nın müdafiə xəttində inamlı çıxış edirdi. Məhz bu ikilinin sayəsində “Bakı” həmin mövsüm gümüş medalları, eləcə də kuboku qazandı. Düzdü, zədəli olduğuna görə türkiyəli müdafiəçi kubokun finalında forma geyməmişdi, amma komandanın həlledici görüşə yüksəlməsi üçün xeyli əmək sərf etmişdi. Bir sözlə, Duymuş yaxşı futbolçu idi. Xarakterində liderlik var idi. Komandanı arxasında apara bilirdi. Amma mövsüm başa çatan kimi Duymuş “Bakı”ya lazım olmadı. Çox maraqlıdır, komandaya daha az fayda verən Aleksey Savinovla 3 illik müqavilə imzalandı. Hansı ki həmin sözləşmənin müddəti hələ də bitməyib. Amma Savinovun “Bakı”nın formasını sonuncu dəfə nə vaxt geydiyini yəqin ki moldovalı müdafiəçinin özündən başqa heç kim xatırlamır. Bax, bizim peşəkarlığımız məhz budur. Komandaya bir o qədər də fayda verməyən biri ilə 3 illik müqavilə imzalayırıq, uğur üçün canını qoyana isə “yaşlıdır”, “zədəsi gec bərpa olunacaq” və s. kimi bəhanələr yapışdırıb, geri göndəririk. Zaman kimin haqlı, kimin haqsız olduğunu ortaya çıxarır. Bu gün Gürşat Türkiyə Superliqası kimi güclü çempionatda əsas heyətdə mübarizə aparır, Savinov isə Qazaxıstanın sıradan bir klubuna belə lazım olmur. Budur bizim peşəkarlığımız. Elə bilməyin ki, bir oyunun təsirinə düşüb, belə yazıram. Ya da Savinovla qəsdi-qərəzliyim var. Əsla! Sadəcə olaraq həqiqətin gözünə düz baxmaq lazımdır. Yox, “Bakı”nı qeyri-peşəkarlıqda da suçlamıram. Çünki Azərbaycan futbolu ümumiyyətlə, qeyri-peşəkarlardan ibarətdir. Belə olmasayadı, 1 məğlubiyyətə görə “Neftçi” kapitanını transferə çıxarmazdı, belə olmasaydı, “Xəzər Lənkəran” “Vobay bizim futbolçudur, bizdən başqa heç yanda oynaya bilməz” (Halbuki indi sərbəst şəkildə “Neftçi”də çıxış edir) deməzdi, belə olmasaydı, “Kəpəz” Baraninə “istəyirsən pulsuz oyna, istəmirsən yaxşı yol deməzdi”, belə olmasaydı, “Sumqayıt” əvvəlcə Fərid Quliyevlə müqavilə imzalayıb, sonra onu göndərməzdi, belə olmasaydı Foqts istədiyi vaxt millini toplanışa yığmazdı, belə olmasaydı millinin baş məşqçisi olan alman əziyyət çəkib, Avrokuboklarda mübarizə aparan klublarımızın oyunlarını izləyərdi, belə olmasaydı... onlarla deyil, yüzlərlə belə misal çəkə bilərəm. Amma heç nə dəyişməyəcək. Bəli, biz beləyik, biz “peşəkarıq”. Təkcə klubu, futbolçunu, məşqçini, meneceri və ya bir başqasının günahlandırmıram. Elə mətbuatımız da, mən də daxil olmaqla qeyri-peşəkardır. Niyə? Çünki peşəkar jurnalist Avro-2012 zamanı Ukrayna və Polşada olardı. Daha bizim kimi “Sport-Ekspress”, “sports.ru” və ya “sporx.com”un qarşısında yerini bərkitməzdi ki, “görüm nə yazacaqlar, tez “kopyalıyım” qoyum sayta”. Ya da Londonda keçirilən Olimpiya Oyunları zamanı orada olardıq. Gözümüzü İTV-nin ekranlarına zilləməzdik ki, birdən Toğrul Əsgərov, Şərif Şərifov və ya Teymur Məmmədov müsahibə verər, 1-2 cümləsini yazım, yerləşdirim sayta. Bəli, bu, acı da olsa reallıqdır. Peşəkar futbolçusu olmayan ölkənin peşəkar məşqçisi, peşəkar məşqçi olmayan ölkənin peşəkar hakimi, peşəkar hakimi olmayan ölkənin peşəkar klub rəsmisi, peşəkar klub rəsmisi olmayan ölkənin peşəkar meneceri ola bilməz və ən əsası bütün bunların olmadığı bir cəmiyyətdən peşəkar futbol, idman jurnalisti gözləmək sadəlövhlükdür. Gəlin özümüzü aldatmayaq.

Vahid AYXAN

P.S. Yəqin ki, bu yazdıqlarıma görə nə klub rəsmiləri, nə də həmkarlarım məndən inciyər. Axı mən yalnız və yalnız gördüyüm və belə hesab etdiyim həqiqətləri yazmışam.




  #5   Adınız: eli eliyev;   E-mail: ---

26.08.2012 21:38

Tebrik edirem ela yazmisiniz

  #4   Adınız: efqan;   E-mail: alekserov.e@mail,ru

23.08.2012 19:02

Son zamanlar oxudugum en semimi yazidi/tesekkurler

  #3   Adınız: Mamed_forza İtaly;   E-mail: [email protected]

23.08.2012 19:01

Neftci Vobayi bizden ogurladi

  #2   Adınız: ramiz;   E-mail: [email protected]

23.08.2012 19:01

Xezer lenkeran pesejkar komandadi/ramulo davasinda bunu subuta
yetirdi

  #1   Adınız: vaqo;   E-mail: [email protected]

23.08.2012 19:00

Duzgun yanasmadi

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail