“Zəif” yox, “Zver”!!! - KÖŞƏ

“Neftçi”yə heykəl qoyaq!

04.09.2012 | 10140 dəfə oxunub

“Mənim bədbəxtçiliyim ondadır ki, familyam Hacıyevdi, Haciyevski deyil. Yoxsa mənə çoxdan heykəl qoyardılar”. Bu sözləri Böyükağa Hacıyev hələ 6 il əvvəl demişdi. 8 tura “Bakı”nı çempion edən Hacıyev növbəti mövsümdə yalnız bürünc medala sahib çıxdı və o tezliklə komandadan getdi. İş elə gətirdi ki, Hacıyevi “Bakı”nın baş məşqçisi postunda Haciyevski əvəzlədi...

Hacıyev daim iddialı danışıb. Yaxşı yadımdadır, bir dəfə “Futbol+”da maraqlı sorğu keçirilmişdi. Üzdə olan mütəxəssislərin hər birinə “Joze Maurinyonun köməkçisi işləyərsinizmi” sualını ünvanlayan həmkarım yalnız 1 məşqçidən “yox” cavab almışdı. Digərlərinin özünə şərəf hesab etdiyi işdən virtual olaraq imtina edən Böyükağa Hacıyev qərarını belə izah etmişdi: “İki qoçun başı bir qazanda qaynamaz!”…

Bəli, Böyükağa müəllim məhz belədir. Daim iddialı açıqlamalar verir, aləmi bir-birinə qatır. Amma insaf naminə deyim ki, dilinə görə dilçəyi də var. Və şəxsən mən hesab edirəm ki, bu gün Hacıyevə həqiqətən də heykəl düşür. Çünki onun rəhbərlik etdiyi “Neftçi” adını Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazdırdı. İlk dəfə idi ki azərbaycanlı futbolsevərlər küçələrə "Qalatasaray” və ya Türkiyə millisinin deyil, öz doğma klublarının tarixi uğurunu qeyd etmək üçün axışmışdılar. Bu uğurun qarşılığı isə nə 50-100 min dollar, nə də quru-quru təbriklərdi. Komandanın qazandığı uğurun qarşılığı layiqincə verilməlidi. Bunu isə yalnız “Neftçi”ni hər hansı bir şəkildə əbədiləşdirməklə həyata keçirmək olar. Hər halda dünya praktikasında belə hala rast gəlinib. 1994-cü ildə “Stenli” Kubokunu qazanan “Nyu-York Reyncers” klubunun şərəfinə Nyu-York şəhərinin meri heykəl ucaltdırıb. Səbəbi sadədi: çünki "reyncerslilər" 54 illik həsrətə son qoymuşdular. Amma unutmayaq ki, “Neftçi” hər hansı həsrətə son qoymayıb. “Neftçi” tarixi ilkə imza atıb!..

Yazının əvvəlində xatırladığım 2006-cı ildə “Bakı” son turda “İnter”i məğlub edib, çempion olduqdan sonra klubun vitse-prezidenti Nail Əliyev Tofiq Bəhramov adına Respublika stadionunda üzünü Hacıyevə tutaraq “Sən daha “zəif” yox, “zver”sən” demişdi. Amma hesab edirəm ki, Hacıyev “zver” olduğunu məhz Kiprdə təsdiqlədi. Düzdür, sona 8 tur qalmış ən nikbin azarkeşin belə gümüş medal gözlədiyi komandanı 8 oyunda 8 qələbə qazanaraq, 15 qol vurub, birini belə buraxmadan çempion etmək də hər məşqçinin işi deyil. Amma Avroliqanın qrup mərhələsi tam başqa dünyadır. Biz bunu illərdi gözləyirdik. Ona görə də düşünürəm ki, Hacıyevə, nə bilim “Qafqazın Maurinyosu” və ya başqa bir ad verməyə ehtiyac yoxdu. Axı onsuz da Hacıyev özü də bu adı qəbul etməz. Əminəm ki “Maurinyo kimdi? Qoy, o Portuqaliyanın Böyükağa Hacıyevi olsun” deyəcək…

“Neftçi”nin qrup mərhələsinə yüksəlməsi, Hacıyevin adını Azərbaycan futboluna qızıl hərflərlə yazıdrması həm də ona böyük Tanrının hədiyyəsi idi. Bir müddət əvvəl sağlamlığında yaranan problemlərə sinə gələn Hacıyev gözəgörünməz ilahidən çəkdiyi əziyyətlərə səbr edib, naşükürlük etməməsinin qarşılığını aldı...

“Neftçi”nin qələbəsinin səhəri gün hörmətli həmkarlarımdan biri belə ifadə işlətdi: “Neftçi”nin uğuru haqq-ədalətin təntənəsidir”. Səbəbini soruşdum. “Əvvəllər biz yalnız “Neftçi”ni bilib, onu sevmişik. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Düzdür, “Bakı” da, “Qarabağ” da, “İnter” də, “Xəzər Lənkəran” da, “Qəbələ” də bizimdir. Amma “Neftçi” qala-qala başqasının bu tarixi zəfəri ilk dəfə əldə etməsi ədalətsizlik olardı. Bunu hamıdan öncə flaqman etməliydi və etdi də” - dedi.

Məncə bu, sözün bitdiyi yerdir…

Vahid AYXAN


  #3   Adınız: ELvin VELIYEV;   E-mail: [email protected]

06.09.2012 04:19

Oyrewmeyib axi bizimm Azarkewler Jurnalistler Bele Mewqci gormeye olar xowduyullar Qorxaq Mewqciler olsun Reqibi Okivar teriflesin....Wablon sozler iwletsin...bele yaxwidida siziycin......

  #2   Adınız: Elvin VELIYEV;   E-mail: [email protected]

06.09.2012 04:09

Noolduye Ele Yetim Yesrler Bize Qismet oldu...bIzde Pulnan Aldix...CL 1/4 FINALA Kimi gelen komanda ruwver alacaq....Biz Siz Deyilik eee Pulnan Kayunu Alax....Qelebeni bayram edek....Busuzda siz

  #1   Adınız: QASIM;   E-mail: [email protected]

05.09.2012 23:10

Bankrot Kiprin bankrot klubunu Neft maqnatlarinin hesabina cecib ozlerini ;DAHI;elan edirler.Qrupda goreciyik bu Maurinyonu

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail