Gülməli-ağlamalı Foqts - YAZI

10.09.2012 | 11263 dəfə oxunub


Dünən günortadan sonra Portuqaliya və Azərbaycan mətbuatında Berti Foqtsun mətbuat konfransı barədə məlumat toplamaq üçün axtarışa başladım. Haşiyəyə çıxaraq deyim ki, hər zamankı kimi Stadium.az saytı yenə də millinin səfər oyununa aparılmayıb.

Halbuki bir müddət əvvəl Rövnəq Abdullayevin iştirakı ilə keçirilən mətbuat konfransında həmkarlarımdan biri haqlı olaraq bu məsələni qabartmışdı. Düşündük ki, bəlkə bundan sonra vəziyyət düzələr. Amma biz saydığımızı sayaq, gör Elxan Məmmədovla Mikayıl Nərimanoğlu nə sayır. Biz səfər acı deyilik! Allaha şükürlər olsun ki, azdan-çoxdan gəzib, Almaniya, Hollandiya, Belçika, İsveçrə və adını yazmadığım daha onlarla ölkədə olmuşuq. Bundan sonra Biləcəridən o tərəfə keçməsək belə, ömrümüzün sonunadək bəsimizdir. Amma adamı yandıran Mikayıl bəyin “biz reytinqə işləyirik” deməsidi. Yox, nə səfər, nə də reytinq davası edəcəyəm. Xalqın gözü tərəzidir. Amma məşhur filmdə deyildiyi kimi, “iş sosiskada deyil e, “vnimatelni” olmaqdadı”.

Onları da qınamıram. Kimə lazımdı düzü-düz, əyrini-əyri, sözü mərdanə yazan jurnalist?! AFFA-dakıların səfər proqramına böyük ölçüdə onları məhd edən, tənqid etməyən jurnalistlərin adı düşür. Həmkar həmkarın dalınca danışmaz deyib, məsələnin xırdalığına varmıram. Yoxsa....

Sözümün canı Foqtsdu. Həmin internet saytlarda axtarıb, tapdığım mətbuat konfransında Berti Foqts sözün bütün mənalarında ağzına gələni danışıb. “Sidoy” əməlli-başlı etiraf edib ki, millimiz Portuqaliyaya uduzacaq. Bircə o qalıb ki, pirineylilərə yalvarsın ki, bizə çox top vurmayın. Amma yenə də sağ olsun ki, bunu etməyib.

Dünən gecədən fikirləşirəm, görəsən dünyada Foqts kimi ikinci məşqçi var? 18 ildir ki, futbolla maraqlanıram, amma bugünəcən oyundan əvvəl ağ bayraq qaldıran nə məşqçi görmüşəm, nə də eşitmişəm. Almana demək lazımdır ki, heç uzağa getməsin. Heç olmasa danışanda bəyənməyib, ağız büzdüyü “Neftçi”nin baş məşqçisinə baxsın da. Baxsın və Böyükağa Hacıyevdən örnək götürsün. Hacıyev hər zaman iddialı danışır. APOEL-lə oyundan öncə udacağıq dedi və elədi. Foqts niyə belə etmir? Foqts, heç olmasa yağmasan da, gurulda. Guruldamaq da pulnandı? Heç olmasa yalandan da olsa, denən ki, bura ən azı 1 xal üçün gəlmişik. Yoxsa ki, ay nə bilim “futboldan başı çıxan adam bilir”, “biz bura udmağa gəlməmişik” və s. ifadələr nə deməkdi?       

Məni bədbinlikdə günahlandırmayın, amma millimiz Portuqaliyaya böyükhesabla uduzacaq. AFFA məmurlarından kimsə çaşıb, bunu oxusa, mənə patriotluq dərsi keçməsin. Vətənimi onlardan da artıq sevirəm. İstənilən AFFA məmuruna bunu istənilən yerdə sübut edə bilərəm. Patriotluğun bura heç bir dəxli yoxdur. Foqtsun təbirincə desəm, futboldan anlayışı olan istənilən adam millimizin Portuqaliyaya uduzacağını deyə bilər. Biz çətin səfərdə yalnız əzmkarlığın sayəsində xal qazana bilərdik ki, həmin hissələri də Foqts dünən Portuda portuqaliyalı jurnalistlərə dişini ağarda-ağarda poz verdiyi mətbuat konfransında öldürdü. Düz demirəmsə, siz deyin, Foqtsun “bura qələbə üçün gəlməmişik” deməsini oxuyan Kamran, Rəşad, Vaqif, Rauf və başqaları oyuna necə motivasiya ilə çıxsın? Foqts olan-qalan 1 faiz ümidimizi dünən dəfn elədi. Foqts Portuqaliyanı lap qaldırıb, dağına başına qoyub. Gördük də Portuqaliyanı. Hakim səhv etməsəydi, kim bilir, Lüksemburqdan canlarını necə qurtaracaqdılar. Amma əminəm ki, indi Lüksemburqun da acığını bizdən çıxacaqlar. Foqts da oyundan sonra başlayacaq ağlamağa: “Müdafiədən hücuma sürətlə qoşula bilmədik”, “Azərbaycan futbolunun səviyyəsi budur”, “azərbaycanlı futbolçular güclü klublarda oynamır”, “PFL təqvimi düzgün tərtib etməyib” və s. və i.a. Kişiliyi çatmayacaq ki, yenilgidə öz səhvinin də olduğunu etiraf etsin. Cənab, Foqts, birinci səhv elə sizdədir. Çünki komandanı oyuna lazımınca kökləyə bilmirsiz. İsraillə heç-heçəni də uğur yox, uğursuzluq saymalıyıq. Bu dəqiqə onlar ideal vəziyyətdə deyillər. Düzgün taktika və heyət qurulsaydı, əminliklə deyirəm ki, İsraili Bakıdan məğlub yola salardıq. İsrailin indiki durumunu Kapello sənə sabah göstərəcək. Mərc edərəm ki, sabah Rusiya millisi səfərdə İsrailə qalib gələcək.

Uzun sözün qısası, sabah millimiz növbəti dəfə uduzacaq. Yetər ki, Allah bizi növbəti “Oser faciəsi”ndən saxlasın.       

Vahid AYXAN

P.S. Hörmətli oxucu, məni bədbinlikdə günahlandırma. Mən də istəyirəm ki, millimiz bizi sevindirsin. Amma Foqts kimi məşqçisi olan, oyundan qabaq ağ bayraq qaldıran birinin komandası səfərdə yalnız və yalnız böyükhesabla uduzmamağa oynaya bilər. Foqts millimizdən getməyincə, bizim təsəllimiz “Neftçi” və “Qarabağ”ın avrokuboklardakı zəfərləri olacaq.

P.P.S. Portuqaliyada olan həmkarlarımın nəzərinə - oyundan sonra nə Foqtsun, nə də AFFA rəsmilərinin kefinə soğan doğrayın. Məğlubiyyət boş şeydir. Əsas Avro-2016-dır. Gələn qitə birinciliyinin final mərhələsində Portuqaliyanı udarıq.



  #2   Adınız: Sahib Abdullayev;   E-mail: [email protected]

22.09.2012 01:20

ne deyirsen sen duz deyirsen ele bil senin fikirlerin menim fikirlerimdir

  #1   Adınız: Islam Qasimov;   E-mail: [email protected]

11.09.2012 01:14

Ellerinize sagliq .oxudum ureyimden tikan chixdi bir az.dogru yazidir.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail