Foqts, “давай до свидания”

13.09.2012 | 10418 dəfə oxunub


Milli komandamız yenə uduzdu. Bu, köhnə söhbətdi. Çünki uduzmağa lap çoxdandan öyrəşmişik. Oyundan əvvəl də bədbinliyə qapılıb, proqnozlaşdırdığım kimi milimiz böyükhesabla uduzdu. Amma Allahın bizə yazığı gəldi ki, minimum daha 4 qolun qarşısını qapı dirəyləri aldı. Yoxsa, ikinci Oser və ya Gimaraynş faciəsi təkrarlanacaqdı.

Artıq yazmaqdan yorulmuşuq, amma təkrar biliyin anasıdır deyimini əsas tutaraq, təkrar edirik ki, Foqts millimizə xeyir vermir. Günü bu gün, kompensasiyasını ödəyib, vaxtının böyük hissəsini keçirdiyi Almaniyaya birdəfəlik göndərmək lazımdır. Ona görə birdəfəlik deyirəm ki, bundan sonra Foqtsa heç kim yaxın durmaz. O, bizim AFFA məmurlarından başqa daha heç kimə lazım deyil.

Gör, vəziyyət necə acınacaqlıdır ki, bir vaxtlar Foqtsun köməkçisi işləyən, “sidoy”un ayağını verməyən Vaqif Sadıqov da artıq dilə gəlib, millimizin irəli yox, geri getdiyini etiraf edir.

Amma Foqtsa növbəti böyükhesablı məğlubiyyətin qarşılığında “gözün üstə qaşın var” deyən olmadı. Əşşi, kimə deyəcək ki? Rövnəq Abdullayev? Elxan Məmmədov, Elşad Nəsirov, yoxsa Rauf Əliyev? Onlar da Foqts kimi Allaha yalvarırdılar ki, Portuqaliya bizə 3-dən artıq qol vurmasın. Qismətdən istəkləri həyata keçdi.

“Foqtsu qovub, kimi gətirək” sualı üzərində baş sındırmayın. Almandan milliyə daha çox fayda verəcək məşqçilərin sayı ölkəmizdə də yetərincədir. “Təzə məşqçi gələsi, komandanı tanıyası” və s. və i.a. kimi fikirlərlə də başınızı yormayın. Çox uzağa gedib, arxivdə eşələnmək lazım deyil. Coko Haciyevski 5 il əvvəl millini 15 günə hazırlaşdırıb, Finlandiya ilə oyuna elə kökləmişdi ki, sanki uzun illərdir milli komandamıza başçılıq edir. Amma “peşəkar” AFFA rəsmiləri makedoniyalını göndərib, Azərbaycan futbolunu Foqts adlı xəstəliyə bulaşdırdı. Özləri bilər...

İnsafən, Foqtsun millimizə qazandırdıqları da var. Bunu deməmək düzgün olmazdı. Məhz almanın dövründə millimizin bəzi üzvləri yaxşı söyüş söyməyi öyrənib. Biri əvəzlənərkən 25 min insanın qarşısında ağız-üz qoymur, digəri Portuqaliya ilə oyunun gedişində yaranan qısa fasilə zamanı komanda yoldaşını ağzını “qaşımaq”la təhdid edir. Bu, Azərbaycan millisinin reallığıdır. Dediyim kimi, yazdıqlarım heç də bütün milli üzvlərinə aid deyil. Foqtsun təsiri altına düşməyib, mənliyi qoruyanlar da var.

“Portuqaliya əjdahadı” deyib, onları dağın başına qaldırıb, qoyanlarla da razı deyiləm. Portuqaliyanın əsl gücünü oktyabrda “Lujniki”də görəcəyik. Kapellonun Rusiyası Ronaldogilə elə od qoysun ki...Həmin odun təsirini İsrail artıq gördü. Millimizin əlindən qaçırdığı İsrailə səfərdə dördünü vurdular. Ötən yazımda da qeyd etmişdim ki, Rusiya İsrailə səfərdə gününü göstərəcək, göstərdi də. Çünki futboldan anlayışı olanlar görür və bilir ki, İsrail millisi əvvəlki komandanın heç yarısı da deyil. Biz isə bu rəqiblə evdə 1:1 oynamağımıza sevinirik. Gör, nə gündəyik, Lüksemburq da gedib, səfərdən xal gətirir. Biz isə Portuqaliya ilə oyuna ultra-müdafiə taktikası ilə çıxaraq, qapımızdan az top keçməsi üçün dua edirik.

Portuqaliya ilə millimizin oyununun gedişini sports.ru portalında onlayn şəkildə izləyirdim. Həmin reportajın forum bölümündə yazıq ruslar ilan dili çıxarıb, az qalırdılar ki, millimizin Portuqaliya ilə oyundan qolsuz heç-heçə ilə ayrılması üçün yalvarsınlar. Bizi sevdiklərindən deyil, iki turdan sonra vahid liderə çevrilmək istəyirdilər. Amma bədbəxt balaları hardan bilsinlər ki, bizim komandanın baş məşqçisi hələ oyundan əvvəl silahı yerə qoyub, az qol buraxmağın dərdinə düşüb. Hətta oyunun fasiləsi zamanı gün vurmuş rus fanatlardan biri “Azərbaycanla İsrail bu qrupda üçüncü yer uğrunda mübarizə aparacaq” fikrini səsləndirdi. Həmin an özümü gülməkdən saxlaya bilmədim. Bədbəxt balası, komandamızın Portuqaliya ilə oyununa baxsaydı, həyatının “quş”unu buraxdığını anlayardı. Hətta hansısa bir İvan, Andrey millimizi üçüncü yerə layiq görür, amma Foqts beşinci yeri tarixi zəfər kimi qəbul edəcək. Bəli, həmin adını unutduğum İvan oğlu Andreylə razıyam. Milli komandamız bu qrupda üçüncü yer uğrunda mübarizə apara bilər. Amma bir şərtlə ki, komandanın baş məşqçisi Berti Foqts olmasın. Foqts tsiklin sonuna qədər işində qalsa, Rusiya Bakıya yenə ikinci heyətlə gəlməsə, “təmiz” mübarizə getsə, millimiz bu qrupda sonuncu olacaq.

Vahid AYXAN

P.S. Şəxsiyyətinə hörmət etdiyim Bəhram Bağırzadə bu gün saytların birində gözəl fikir səsləndirib. “KVN”şik FİFA-ya məktub yazacaq ki, millimizin iştirakı ilə keçirilən oyunlar 90 deyil, 60 dəqiqə oynanılsın. Bəhramın bu təklifi ilə ikiəlli razıyam. Bəs siz?

P.P.S. Yazının başlığındakı məşhur ifadəni rus dilində yazmağım səbəbsiz deyil. Bəlkə Kapellonun Rusiyası Foqtsa elə od qoysun ki, utanıb, millimizdən gedər.


Vahid AYXAN


  #1   Adınız: futbol;   E-mail: [email protected]

01.10.2012 07:40

salam foks size ne edib azerbaycanda birsira rekordlar qirib
1 seferde ilk qelebe
2 qrup merhelesinde en cox xal toplamaq
istefa hell yolu deyil

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail