Bundesliqa oyununda gördüklərim... YAZI FOTOLENT

13.10.2012 | 10332 dəfə oxunub

Bakıda təyyarəyə minməmişdən öncə çox həyəcanlı idim. Təkcə, uzun illərdir görmədiyim əmim və qardaşımı görəcəyim üçün deyil, həm də ilk dəfə olaraq, sözün bütün mənalarında böyük dövlət olan Almaniyaya səfər etməyim mənə yuxu kimi gəlirdi... 

Rahat keçən səfərdən sonra Bilfeld şəhərində doğmalarımla görüşdüm.

Səfərimiz həftə içi gerçəkləşdiyi üçün ilk günlər Almaniya nədənsə, mənə darıxdırıcı gəlirdi. Amma cümə günü, axşamdan etibarən həyat qaynamağa başladı. Anladım ki, ara günlər insanların küçədə sayının az olması iş günləri ilə bağlıdır. İstirahət günləri isə kafe, restoran, bar, diskoteka və kazinolarda insanlar qaynayıb-qarışırlar.

İlk dəfə Avropa ölkəsində olduğum üçün bəzi məqamlar mənə yad idi. Təsəvvür edin ki, küçədə adicə bir kibrit tapmaq üçün məcbur qalıb, Bakıda yaşayan dostuma zəng vurdum ki, “mən bunlara nə deyim mənə bir kibrit versinlər”. Hayıf deyil Bakı, “qaqaş, bir dənə yandırmaq olar” deyirsən, vəssəlam. Alman soyuqluğu deyildiyi kimi varmış.

Bilfeld şəhəri haqda qısaca onu deyim ki, şəhərin əsası 1214-cü ildə qraf German fon Ravensberq tərəfindən qoyulub. Şəhərin əhalisi 330 mindən bir qədər artıqdır. Hannover, Dortmund, Münster, Paderborn kimi böyük şəhərlər Bilfeldə yaxındır. Bilfeld bugünkü gündə də öz qədimliyini qoruyub, saxlayır. Orada keçirdiyim 2 həftə ərzində küçədə demək olar ki, siqnal səsi eşitmirdim. Yol polisinə isə cəmi 1 dəfə rast gəldim. Daha bizdəki kimi, hər addımbaşı qabağına “QAİ” çıxmır. Bayaq da dediyim kimi, almanlar elə də qonaqpərvər deyillər. Xalqımızın qonaqpərvər olduğuna insan qəriblikdə daha yaxşı anlayır.

Günlərin birində futbol xəstəsi olduğumu bilən əmim oğlu maraqlı təklif irəli sürdü: “gəl, futbola gedək”. Doğulub, boya-başa çatdığım cənub zonasının fəxri olan “Fırtınalar meydanı” başda olmaqla Azərbaycandakı əksər stadionlarda olmuşam. Amma bundesliqa oyununa canlı baxmağın yerinin başqa olduğunu düşünüb, təkliflə dərhal razılaşdım. Lakin Bilfeldin “Arminiya” klubunun üçüncü bundesliqada oynaması bir qədər kefimə soğan doğrasa da, stadionda gördüklərim məni heyran etdi. Bu yazını da məhz həmin möhtəşəm ab-havanın təsiri altından yazmaq qərarına gəldim. “Arminiya” öz meydanında “Babelsberq”i qəbul edirdi. Biz stadiona çatarkən oyunun başlanmasına hələ 1 saata yaxın vaxt var idi. Lakin “Bilfeld Alm” arena demək olar ki, tam dolmuşdu. Arena 1926-cı ildə inşa olunub. 1996 və 2008-ci illərdə yenidən rekonstrusiya olunub. Stadionun tutumu 27300-dür. Mənə qəribə gəlirdi, bizdə ən prinsipial qarşıdurma hesab olunan “Xəzər Lənkəran” - “Neftçi” oyunu ətrafında heç, belə ajiotaj olmur. Burada isə sıradan bir oyun  keçirilir və arena tam doludur. Tamaşaçı sayının çox olmasına baxmayaraq, daha bizdəki kimi kim-kimi gəldi tapdalamırdı. Giriş-çıxış zamanı da basırıq yaranmırdı. Çünki hamı qaydalara uyğun olaraq, tələsmədən hərəkət edirdi.

“Neftçi” ilə oyunlar zamanı 1-2 dəfə polislər tərəfindən “dubinka” “yemişəm”. Bu səbəbdən də oradakı stadionda polislərin özlərini necə aparması mənim üçün maraqlı idi. Amma orada matçın gedişi zamanı arenada 1 polis belə gözə dəymədi. Girişdə bilətləri yoxlayıb, içəri buraxırdılar, vəssəlam. Sektorun qarşısında isə xüsusi geyimdə gözəl 1 qadın dayanmışdı. Biletimizə baxıb, yerimizi bizə göstərdi. Hətta həmin qadın, gülə-gülə əlimdəki pivədən 2 qurtum vurub, almanca nəsə dedi də. Yerimizi rahatladıqdan sonra arenaya göz gəzdirdim. Azarkeşlər hamılıqla mahnı oxuyub, şüarlar səsləndirirdilər. Dərhal bilinirdi ki, insanlar komandalarını sevdikləri üçün stadiona gəliblər. Daha bizdəki kimi nəyinsə xatirinə yox. Ön sırada əllillər oturmuşdu, dairəvi olaraq. Bizdən fərqli olaraq, orada əlilləri da yaddan çıxarmayıblar. O cür insanlara böyük qayğı göstərilir. Əllilərin rahatçılığı üçün xüsusi lift də var idi. Stadionun giriş qapısının önündə isə 2 mağaza vardı. Orada satılan mayelər plastik qablarda idi və heç kim suyu, pivəni əlindən almırdı. Yoxsa bizdəki kimi. 40 dərəcə istidə polis tutub “kola”nı əlindən alır ki, “olmaz!”. Daha heç kimə maraqlı deyil ki, bu yazıq insan 2 saat boyuncu orada susuz necə qalacaq. O ki qaldı oyuna, matç “Arminiya”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşdı. Hər qol zamanı stadion az qalırdı ki, dağıla. Bir sözlə, Bilfelddə gördüklərim həqiqətən də möhtəşəm idi. Stadiondan ayrılarkən özümə sual verdim, görəsən, bu səhnəyə Azərbaycanda nə vaxt rast gələcəm?

Sonda isə mənə tribuna verdiyi üçün Stadium.az saytına təşəkkürümü bildirirəm.

Şahin Zülfüqarov, Bilfeld

Xüsusi olaraq Stadium.az saytı üçün




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail