Vicdanlı Foqts - YAZI

19.10.2012 | 8534 dəfə oxunub

Berti Foqts haqda fikirlərimdə yanılmışam. Gec də olsa, bunu etiraf etməliyəm. Mən Foqtsda vicdan olmadığını, onun yalnız pulu düşündüyünü fikirləşirdim. Amma yanılmışam. Sən demə, qoca alman vicdanlıdır. Buna Rusiya ilə oyundan sonra - "Sport-Ekspress"də Foqtsun mətbuat konfransında səsləndirdiyi fikirləri oxuyarkən əmin oldum. Alman, kişi kimi etiraf etdi ki, Rusiya millisi qələbəyə layiq idi. Bu sözlərinə görə, Foqtsa olan hörmətim 0,000001 faiz artdı.

Gözləyirdim ki, Foqts təxminən "hakim evimizi yıxdı", "olmayan penaltini verdi", "unutmayın ki, Rusiya bir neçə gün əvvəl Portuqaliyaya qalib gəlib" və s. bu tipli fikirlər səsləndirəcək. Amma o, həqiqəti dedi. Bu, bəlkə də Foqtsun milli komandamızın baş məşqçisi kimi səsləndirdiyi ən həqiqi fikir idi.

Görünür, bir gün əvvəl oyunöncəsi mətbuat konfransında jurnalistlərdən birinin ona ünvanladığı "düşünmürsünüz ki, məşqçi kimi tükənmisiz" sualı Foqtsa yaman yer edib. O sualı kimin verdiyini bilmirəm, amma həmin şəxsə halaldır. Sözün bütün mənalarında Foqtsa od qoyub. Alman məşqçi həmin jurnalistə təxminən belə cavab verib ki, "sizin mənim haqda dolğun məlumatınız yoxdur".

Rusların son dəqiqədə vurduğu qol zamanı Foqtsdan sonra ən çox oyunu AzTV-də şərh edən həmkarıma yazığım gəldi. Dəqiqələr keçdikcə, hesab açılmadıqca həmkarım az qalırdı sevincindən ağlasın. Heyf ki, hakim sonda ədalətsizliyə əl atdı. Yoxsa, şərhçinin oyun qolsuz bitəcəyi halda səsləndirəcəyi "qeyri-adi" fikirləri, "yağlı" tərifləri eşitməyə dəyərdi. 

Kim ki millimizin ruslara qarşı yaxşı oynadığını deyirsə, o insan(lar)a, türklər demişkən, "yazıklar olsun". Milli oynamırdı, sadəcə sürünürdü. Belə oyunla bir dəfə 70, ikinci dəfə 80 dəqiqə dözmək olar. Amma nəticə qazanmaq qeyri-mümkündür. Yox, yox düşünməyin ki, gələn dəfə də 90 dəqiqə dözərlər də... Çox da ki Ruslan Abışov və ya digər milli üzvləri oyundan sonra şanssızlıqdan gileyləndilər. Əgər, şansdan danışırıqsa, o zaman birinci hissədə Kerjakovun dirəkdən dönən topunu nəyin ayağına yazaq? Məgər, o anda millimizin bəxti gətirmədi? Həmin an yadınızdan çıxıb?

Çoxları əcnəbilərin "milliləşərək" ölkəmizin əsas komandasına cəlb olunmasına pis baxsa da, burada qəbahət bir şey yoxdur. Əgər, bu gün Almaniya, Fransa, İtaliya kimi "əjdahalar"ın heyətində "milliləşdirilmiş" futbolçu varsa, bizim bunu özümüzü qəbahət saymağımız düz deyil. Amma seçəndə də gərək səviyyəli əcnəbi seçəsən. İnsaf naminə qeyd etmək lazımdır ki, Subaşiç, Çertoqanov, Levin az-çox milliyə xeyir verirlər. Amma bu futbolçuların heç biri Foqtsun tapıntısı deyil. Qoca almanın seçdiyi Əli Gökdəmir, Cihan Özkara "bezdarnı"dılar. Həmin futbolçular komandamıza 1 qara qəpiklik də xeyir vermirlər və verməyəcəklər də. Nə isə, onsuz da özümüzü yormağın mənası yoxdur. Foqts və onu Azərbaycan futbolunun xəstəliyinə çevirənlərin kefi indi sazdır. Millimiz Portuqaliyada 70, Rusiyada 84 dəqiqə dözdü. Bu, "inkişafdır". Təbii ki, onların gözündə. 

1-2 kəlmə də Kazbek Tuayevdən yazmaq istəyirəm. Tuayev azərbaycanlı jurnalistlər üçün hər zaman "hazır tənqidi material" olub. Lakin indi bir çox veteranlar kimi Tuayev də külüngü götürüb, keçib AFFA tərəfə. O gün Tuayevin "Sovetski Sport"a verdiyi müsahibəni oxuyuram. Tuayev iddia edir ki, Foqts daha əvvəlki kimi deyil, dəyişilib. Vaxtının böyük hissəsini Bakıda keçirir. Yalansa... Görəsən, Tuayev bu sözlərlə kimi aldadır? Özünü, rusları? Yoxsa "ispolkom"dakı yerini bərkidir?

Gələn oyunumuz Şimali İrlandiyayladır. Bizdən fərqli olaraq, onlar Portuqaliyaya öyrənməyə yox, futbol oynamağa getmişdilər. Nəticədə 1 xallarını da qazanıb, geri döndülər. Amma çətin ki, Foqtsun komandası eyni uğuru Şimali İrlandiyada gerçəkləşdirə. Özü də Kamran Ağayev də Belfastda meydana çıxmayacaq. Bu, həm millimiz üçün böyük itkidir, həm də Foqtsun üçün əla bəhanədir. İndidən mümkün uğursuzluğa gətirmək üçün əla bəhanə var.

Vahid AYXAN




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail