Bandoviçin qarınağrısı nədi? YAZI

27.10.2012 | 9068 dəfə oxunub

Topaz (kimisinə görə Gopaz) Premyer Liqasının son turunda "Bakı" yenə xal itirdi. Əslində, bunda təəccüblənəsi bir şey yoxdu. Onsuz da "zolaqlılar" cari mövsümdə sürünürlər. Razı deyilsiz? Kim razı deyilsə, əziyyət çəkib gedib, arxivi vərəqləsin. "Bakı" nə vaxt bu gündə olub?

2004-cü ildən bu yana "Bakı"nın 8 oyundan yalnız 1-də qələbə qazanmasını xatırlamıram. Bandoviçin əlində "kozır"ı var. Deyə bilər ki, komanda cəmi 1 dəfə uduzub. Nə olsun? "Zato" 8 oyuna cəmi 9 xal yığıb və 10-cu pillədə qərarlaşıb. Bojidar hoca isə hər dəfə mətbuat konfransından sonra baş aldadırmış kimi, ağzına gələni danışır. Dünən isə oyundan sonra Bandoviç lap "quşduyub". Fikir verin: "İkinci hissəni daha yaxşı oynadığımızı düşünürəm, qol da vura bilərdik. Bu oyunda qalib gəlməyi çox istəyirdik, qələbə qazana bilməsək də, məğlub olmadıq".

Hörmətli oxucu, deyə bilərsən ki, burada qeyri-adi nə var? Mənim üçün maraqlı olan iki məqam var. Birincisi, Bandoviçin sözündən belə çıxır ki, "Bakı" ikinci hissədə birincidəkindən daha yaxşı oynayıb. Gəlin, "Bakı"nın saytında yerləşdirilən oyunun icmalına baxaq, sonra davam edərik: 

Məncə, "Bakı" ikinci yox, məhz birinci hissədə daha yaxşı oynayıb. İcmaldan da görünür ki, "Bakı" ilk yarıda rəqib qapısı qarşısında 4 dəfə təhlükəli hücum yaradıb. Fasilədən sonra isə komanda rəqibi cəmi 2 dəfə narahat edir ki, həmin epizodların biri də "Bakı"lıların əməyi yox, rəqib müdafiəçi, daha da konkretləşdirsək, Levinin səhvindən sonra yaranır. İndi deyin, Bandoviçin fikri düzdür? "Bakı" birinci hissədə daha yaxşı oynayıb, yoxsa ikinci? Məncə, birinci. Deməli, Bandoviç ya heç oyuna düz əməlli baxmayıb, ya da mənim kimi onun da gözləri zəifdi.

Buna bir quş, deyib keçək ikinci məqama. Deyir ki, "qələbə qazana bilməsək də, məğlub da olmadıq". Heç kim məndən inciməsin, bütün klublara qarşı hörmətimiz birdir, amma Bandoviçin belə söz deməyə haqqı yoxdur. Çünki o "Sumqayıt"ı, "Turan"ı, "Rəvan"ı yox, "Bakı"nı çalışdırır. "Bakı" böyük klubdur və məncə böyük klubun baş məşqçisinin belə ifadə işlətməyə haqqı yoxdur. Raab, Alispahiç və ya bir başqa büdcəsi zəif olan autsayder klubun baş məşqçisi deyə bilər ki, "udmasaq da, uduzmadıq". Amma "Bakı" kimi iddialı, transferlərə milyonlar xərcləyən, əla infrastruktura malik olan klubun baş məşqçisinin belə deməyə haqqı yoxdur! Təkrarçılıq kimi çıxmasın, amma Hafiz Məmmədovun o kluba sərvət xərclədiyini hamımız bilirik. Budur həmin milyonların qarşılığı? 10-cu yer?

Yazının əvvəlində də dediyim ki, "Bakı" 2004-cü ildən bu yana belə zəif olmayıb. 2006-cı ildə komanda "Skif"də, 2008-də isə "FŞM"də məşq edə-edə çempion oldu. 2010-da 3 məşqçi dəyişib, kuboku qazandı. "Bakı"da daim komanda ruhu olub. Amma indi həmin ruhdan əsar-əlamət yoxdur. "Bakı" cari mövsümdə niyə uğursuz çıxış edir? Bu suala birmənalı şəkildə cavab vermək çətindi. Amma faktdır ki, Bandoviçin komandası nəticə qazana bilmir. Heç komandanın düz-əməlli futbol oynadığını da demək olmaz. 8 oyuna "Bakı" cəmi 7 qol vurub. Bu, hər oyuna orta hesabla heç 1 qol da etmir. Bandoviçin gətirdiyi futbolçular haqda da xoş söz yazmaq olmur. Yalnız qapıçı Nuredinoskini bir qədər fərqləndirmək olar. Mantsios, Beçerra, Popxadzenin komandaya böyük fayda verdiyini yazsaq, yalan olar.

Uzun sözün qısası, Bandoviçin "Bakı"sı bu gedişlə çətin ki, uğur qazana. Qarşıda isə "Bakı"nı bir-birindən çətin 3 oyun gözləyir. AZAL, "Xəzər Lənkəran" və "Neftçi" ilə qarşılaşmalar. Pis çıxmasın, amma görünən odur ki, Şefer, Starkov kimi Bandoviç də mövsümün sonuna kimi tab gətirə bilməyəcək. Əvvəlki məşqçi siyasət davam etsə, yəqin ki, mövsümün ortasında Bandoviç istefaya göndəriləcək. Bu dəfə də güman ki, komanda ya köməkçi məşqçi Qəhrəman Əliyevə, ya da "dubl"un çalışdırıcısı İbrahim Uzuncaya tapşırılar...

Vahid AYXAN




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail