Çapan və çapılan

04.12.2012 | 6769 dəfə oxunub

Bundan əvvəlki turda keçirilən “Bakı” – “Neftçi” oyunundan sonra hər iki tərəf, udan da, uduzan da, hakimdən narazı qalıb. Bildiyim qədəriylə, “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov bildirib ki, referi Elçin Məmmədov daha bir dəfə – ilk penaltidən öncə də “Bakı”nı eyni cəzaya məhkum etməliymiş.

“Bakı”da eyni vəzifədə çalışan Zeynal Məmmədov isə Elçinin bu oyuna heç-heçə üçün göndərildiyini iddia edir. Oyunun nəticəsindən, hakimlikdən, narazılıqlardan yox, hər iki tərəfə bağlı olan başqa məsələlərə toxunacam. Futbola yaxından ilgisi olanlar yaxşı bilir, Elçin Məmmədov “Bakı”nın bir üzvüdür. Məmmədov az qala Allahın hər günü “Bakı”nın bazasında və ya bu klubun rəhbərliyinin qərargahı olan “Baghlan Group”da olur. Yaxşı xatırlayıram, jurnalistlərdən biri söyləmişdi ki, “Baghlan Group”a gedəndə səni ya mühafizəçi polis, ya da Elçin Məmmədov qarşılayacaq. Belə olan halda, “Bakı” Elçindən niyə narazıdır, axı öz uşaqlarıdır. Valideyin də “balasından” narazı olar? Ən pis halda pərdənin arxasında tənbeh edər, bununla da iş bitər. Daha el arasında “balanı” tənbeh etmək valideyinə də yaraşmaz”.

Vaxtilə “Bakı”nın baş məşqçisi olan Böyükağa Hacıyevlə əl-ələ verib 8 oyun “Bakı”ya qələbə qazandıran – klubun çempion olmasından müstəsna xidmətlərə malik Elçin Məmmədovun bu əməyi nə tez unuduldu? Unudulubsa, “Bakı” ikinci məqama diqqət etməlidir. Axı o vaxtkı baş məşqçi Böyükağa Hacıyev indi “Neftçi”də eyni vəzifədədir...

Digər tərəfdən isə həqiqətən Zeynal Məmmədovla razılaşmaya bilmərəm, həqiqətən, Elçin Hakimlər Komitəsi tərəfindən oyuna bərabərlik üçün təyin edilmişdi. Elçin özü də həmişə bildirib ki, “sülh” adamıdı. Kişinidə Bakı derbisinə elə bunun üçün göndəriblərmiş. Araşdırma aparsız görərsiz ki, Məmmədov bütün qarşılaşmalardan sonra meydanı başıuca, gülə-gülə tərk edir, amma bu dəfə onun üzündə bir hüzn, üzüntü, böyük sarsıntı vardı. Axı oyun bərabərliklə bitməmişdi. Əgər sifariş “Neftçi” tərəfindən gəlsəydi, Elçin bu qədər üzülməzdi. Ən pis halda deyəcəkdi ki, “1 istəyirdiz, 3 xal verdim, gedin işinizlə məşğul olun”. Göstərişi Hakimlər Komitəsi vermişdi, məqsəd o idi ki, “Bakı” uduzmamalı, “Neftçi” isə qələbə qazanmamalı idi. Bax bu idi Elçini üzən. Çünki tapşırığı tamamən tərsinə yerinə yetirmişdi. O, hardan biləydi ki, Flavinyonun vurduğu qol ofsayt olub... Oyuna baxanlar yaxşı xatırlayar, qarşılaşmanın son dəqiqələrində “Neftçi”nin cərimə meydançası həndəvərində “Bakı”nın lehinə qərar verdi. Absurd – gülməli bir qərar idi. Çünki həmin vəziyyətdə qayda pozuntusundan söhbət gedə bilməzdi. Sadəcə, məqsəd bərabərliyi təmin etmək idi. 

“Bakı”nın uğursuz çıxışı göz qabağındadır, amma bu komandaya qarşı edilən hakim haqsızlıqları da kənara atılmamalıdır. Odur ki, Azərbaycanda böyük nüfuza malik “Bakı” rəhbərliyi AFFA-ya və PFL-ə sərt üzünü göstərməlidir, yoxsa, onlar elə bildikləri kimi də çapacaqlar...

Vüsal ƏBÜLFƏTOĞLU, “Het-trik news”


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail