“Keyfiyyətsiz” ballar niyə gizlədilir? 2-ci yazı

10.12.2012 | 6783 dəfə oxunub

Hər bir hakim oyun bitdikdən sonra matçın hakim-inspektoru tərəfindən idarəçiliyə görə qiymət alır. Buna bal deyilir  həmin ballar bir müddət əvvələ kimi mətbuata ictimaiyyətə açıqlanırdı. Xəqani Məmmədov Hakimlər Komitəsinə sədr təyin olunduqdan sonra hakimlərin aldığı qiymətlər gizli saxlanımağa başladı. Səbəb nədir? AFFA Hakimlər Komitəsindən bunu UEFA-dan gələn qərarla əlaqələndirirlər. Daha bir səbəb kimi isə onların aldığı aşağı qiymətin gələcəkdə hakimə psixoloji cəhətdən təsir edə biləcəyi əsas gətirilir. Gülməli vəziyyət yaranır. Əgər hakim hər hansı səhvə görəqeyri-məqbulqiymət alacaqsa buna görə depressiyaya düşəcəksə, bəs minlərlə azarkeşin ona ünvanladığı təhqirlərə necə dözə bilər? Onda gərək özünə qəsd eləyə?

Ümumiyyətlə hakim peşəsinin necə çətin olduğu hamıya məlumdur insan psixoloji cəhətdən çox güclü olmalıdır ki, azarkeşlərin təzyiqinə, təhqirinə daha başqa nəsnəsələrinə tab gətirə bilsin. Hələ bura futbolçuları, bəzi klub rəhbərlərini (hansı ki Azərbaycanda həmişə dəbdə olub) əlavə etmirəm. Adını çəkmək istəmədiyim hakimlərdən biri ilə bu barədə polemika apararkən o, psixoliji cəhətdənsınmanın Hakimlər Komitəsində başqa cür nəzərdə tutulduğunu bildirdi konkret misal da gətirdi: “Son turların bilindəXəzər-Lənkəran” – AZAL görüşündə Rəhim Həsənov tərəfindən lənkəranlıların oyunçusu Adrian Pitə göstərilən sarı vərəqə sonradan ləğv olunur hesab edək ki, növbəti oyunların birində Rəhim yenidən lənkəranlıların oyununa təyinat alır. Oyunun gedişində Pit hakimin hər hansı qərarından narazı qaldığı zaman onasən necə hakimsən ki, keçən dəfə göstərdiyin  “sarıləğv edildi. Onsuz yenə ləğv ediləcəkdeyə bir növtəhqiretmiş olur hakim  tərəfindən cəzalanır. Sırf bunu nəzərə alaraq, balların açıqlanmasını düzgün saymıram”. Maraqlı arqumentdi. Görəsən futbolçu hakimin qərarından narazı qalanda başqa söz deyə bilməz? Yaxud həmin hakim bir neçə oyunluq cəza alarsa cəzasını çəkdikdən sonra həmin futbolçudan bu sözləri yenidən eşidə bilməz? Pitdən söhbət düşmüşkən, ona göstərilən sarı vərəqə əslində ləğv olunmamalı idi. Çünki, bu barədə heç bir yerdə bir kəlmə yazılmayıb. Çıxarılan qərar konkeret olaraq qaydaların pozulmasıdır. Əgər Rəhim Həsənov səhvən bir oyunçunun yerinə başqasını cəzalandırsaydı, klubun rəsmi  etirazından sonrasarıhəmin oyunçudan alınıb əsl sahibinə, yəni günahsızdan alınıb, günahkara verilməli idi. Adrian Pit haqda hakimin qərarının ləğvi Hakimlər Komitəsinin çıxardığı anormal qərarlardan biridir yəqin ki, gələcəkdə belə anormallıqlarla tez-tez qarşılaşacağıq.

Bəs əslində qimətlər niyə gizlədilir? Ötən yazıda qeyd etdiyim kimi, buna səbəbsevimlihakimləri təyinatdan uzaqlaşdırmamaq, hakimliyimizin səviyyəsini gizlətmək durur. Doğrudur, bəzən Hakimlər Komitəsi gözdən pərdə asmaq məqsədilə kimisə qurban verməli olur. Məsələn, qalmaqallıBakı” – “Neftçioyununda son dəqiqədə Flavinyonun ofsayddan vurduğu qola görə laysman Vaqif Musayev cəzalandırıldı. Təbii ki, bu ictimaiyyətə açıqlanmadı. Məndə olan məlumata görə isə Vaqifə 5 oyunluq cəza verilib. Əslində, görüşün baş hakimi Elçin Məmmədov da köməkçisi kimi aşağı qiymət almalı idi. Çünki, o, briqadasına cavabdehdir. Əgər hakimlər tərəfindən nəticəyə təsir edən səhv buraxılırsa, baş hakimin yüksək qiymət alması cəzalanmaması dərəcədə məntiqə uyğundur?

Statistikaya baxsaq, Xəqani Məmmədov Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov 4 dəfə ardıcıl olaraq oyunlara hakim-inspektor kimi təyinat alıblar. Daha doğrusu özləri özlərini təyin ediblər. Əslində isə bu da bir anormallıq kimi qəbul olunmalıdı. Doğrudur, arqument gətirə bilərlər ki, yüksək dəstəyə təyinat alan hakim-inspektorların çoxu cəzalıdır məcburiyyət qarşısında qaldıqlarından ardıcıl olaraq bir neçə oyuna təyin olunublar. Reallıqda isə çempionat başlamamışdan əvvəl 5-6 ehtiyat hakim-inspektor olmalıdır ki, bu cür hallar baş verdikdə cəzalı duruma düşənləri əvəzləyə bilsinlər. Maraqlı bir məqamı da qeyd edim, “Xəzər-Lənkəran” – “İnteroyununda matçın hakim-inspektoru Əli Hüseynov baş hakim Elçin Məmmədovun işini 8.2 balla qiymətləndirmişdi. Sonradan bu qiymətin şişirdilmiş olduğu üzə çıxdı Əli müəllim cəzalandırıldı. Deməli reallıqda Elçinin qiyməti aşağı olmalı idi o da cəzalandırılmalıydı. Amma əslində necə oldu?

Qaydalara görə hakimlik 10 ballıq şkala ilə ölçülür. Beynəlxalq matçlarda UEFA-nın təyin etdikləri hakimlərə ən yaxşı halda 9 bal verilir. Yəni, 10 bal almaq mümkün deyil. Ümumiyyətlə, bu tip yarışlarda 8.3 baldan yuxarı qiymət məqbul sayılır bu hakimlərə növbəti oyunlara təyinat almaq üçünyaşıl işıqyanır. 8.1-8.2 bal o deməkdir ki, bu hakimə yenidən oyun verəndə ehtiyatlı olmaq lazımdır. 8-dən aşağı bal isə hakimin müəyyən müddət beynəlxalq oyunlardan uzaqlaşdırılması ilə nəticələnir. Bəs bizdə necədir? Hakim 7.8-7.9 bal alanda bu əla nəticə kimi sayılır. Hansı ki UEFA-da bu qiymət qeyri-məqbuldur. Əgər UEFA-nın qərarları ilə gedirsinizsə, onda balları da ali qurumun qiymətləri ilə uyğunlaşdırmaq düzgün olmazdımı?

Hakimliyimizin səviyyəsinin gizlədilməsinə qədər cəhd göstərilsə beynəlxalq yarışlarda bu özünü açıq-aydın göstərir. Beynəlxalq dərəcəli hakim Anar Salmanov Avroliqanın 3- təsnifat mərhələsi çərçivəsində AlmaniyanınHannoverkomandası ilə İrlandiyanınSent Patriksklubu arasında keçirilən cavab görüşünə hakim kimi  təyin olunduqda bu az qala Azərbaycan hakimliyinin uğuru kimi gözə soxulurdu. Nəzərə alaq ki, almanlar ilk görüşdə rəqib meydanında 3:0 hesabı ilə qələbə qazanmışdılar. Həm nəticə, həm komandalar arasında olan səviyyə fərqi cavab oyununun hakimlik baxımından asan olacağı anlamına gəlirdi. Belə olan halda hansı uğurdan söhbət gedə bilər? Almaniya Bundesliqasında ilk onluğa belə düşə bilməyən ortabab klubun oyununu idarə etmək uğurmu sayılmalıdı? Cəmi 2 ay sonra Dünya Çempionatının seçmə mərhələsi çərçivəsindəCqurupunda baş tutan ÇexiyaMalta (3:1) oyununa təyinat alan Anar Salmanovun qiyməti bilirsiz neçə oldu? 7.7. Bu qiymət Xəqani Məmmədovun rəhbəri olduğu qurumun tərtib etdiyi qiymət şkalasına görəəladır. UEFA-ya görə isə, ən azı 6 aylıq istirahət. Başqa bir maraqlı fakt. Xəqani Məmmədov tərəfindən hər yerdə təriflənən qadın hakimimiz Səbail Qurbanova Latviyada keçirilən 17 yaşlı qızlar arasında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya ilə Gürcüstan yığma komandaları arasında keçirilən oyunun baş hakimi təyin olunmuşdu. Görüş finlərin 11:0 (“on biri hərflərlə yazıram ki, birdən kimsə fikirləşər qəzetdə korrektura səhvi gedib. 1-in əvəzinə 11 yazılıb) hesablı qələbəsi ilə başa çatıb. Yəni, lori dildə desək, finlərtəkqapıfutbol oynayıblar. Səviyyə baxımından fərqli komandaların, özü 17 yaşlı qızlar arasında oyunda hakimliyə görə sizcə xanım referimiz hansı qiymətə layiq görülüb? 7.6 bal.

UEFA-ya beynəlxalq dərəcəli hakimliyə namizədlərin adlarını Xəqani Məmmədovun rəhbərlik etdiyi qurum müəyyən edir. Bu zaman təbii ki, ən yaxşı, ən perspektivli hakimlər önə çəkilir. Əgər Avropa səhnəsində ən yaxşılarımız  bu cür qimətlər alırsa, onda görün ortabablarımızın vəziyyəti necədir. qədər ki, Azərbaycan futbolunda haqq-ədalət təmsilçiləri day-dayıların, dostluğun, qohumluğun daha nələrin hesabına dolanacaqlar, hakimliyimizin səviyyəsi pis gündə qalacaq

İlqar TAĞIYEV, "Het-news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail