“Rəvan”ın ədavəti YAZI

15.01.2013 | 9509 dəfə oxunub


Əslində bu yazını yazmaq fikrim yox idi, amma səbəb özü məni tapdı, məcburən. Bir neçə gün əvvəl saytlardan biri müsahibə üçün bəndənizə müraciət etdi. Heç bir etiraz etmədən razılaşdım. Amma müsahibə həmin saytda (onlardan fərqli olaraq, hörmətsizlik olmasın deyə adlarını açıqlamıram) yer alanda, təəccübləndim. Çünki müxbirin verdiyi bir neçə sual onun cavabı müsahibədən çıxarılmış, bəzi fikrlərimə müdaxilə edilmişdi. Səbəbi barədə heç yazmayacam, yəqin ki, düzgünlükdən dəm vuranlar özlərində cürət tapmayıblar, ya da ki, bunun başqa adı var: ASLILIQ. Bu aslılıq var a, çox pis şeydi...

Sözüm onda yox, müsahibəni bəndənizdən alan müxbir bildirdi ki, bəsRəvanklubu haqda söylədiklərim onların xoşuna gəlməyib. Hətta klubun mətbuat xidmətinin rəhbəri olan hansısa gəda həmin müxbirə bildirib ki, guya mənim onlarla ədavətim var, bunun üçün Rəvanhaqda onlara xoş olmayan sözlər işlətmişəm. Bax bu səbəbdən yazını yazmağı zəruri bildim.

Əvvəla həmin yoldaşa (mətbuat xidmətinin rəhbəri) sual edirəm: Sən Allahın, bircə dəfə olsun, üz-üzə gəlmişik? Yoldaş, sizi heç tanımıram, ədavət haradan yarandı? Sizin klubda yalnız vitse-prezident Bəhruz Şirəliyevi tanıyıram ki, onunla da normal münasibətimiz olub, amma bir halda ki, demisiz aramızda ədavət var, çox nahaq yerə. İnanın ki, həyatda heç kimlə ədavətim yoxdur, heç olmayıb, inanmıram ki, bundan sonra da ola.

Məhz o yoldaşın xətrinə, müsahibədən çıxarılan fikirlərimi, bir qədər genişləndirərək bu yazınıRəvana həsr edəcəm. Başladıq...

Daha əvvəl qeyd etmişdim bir daha təkrarlayıram: “Rəvanhaqda çox danışmaq, artıq boşboğazlıq deyil. Çünki yazıb onlardan soruşmaq lazımdır ki, komandanın istəyi, məramı nədir, hansı məqsədə, məzhəbə qulluq edirlər?

Rəvanklubu hələ adını tapa bilməyib. Siz bilirsiz ki, bu komanda daha əvvəl Salyanı təmsil edirdi adıMuğanidi. Sonra klub sahibi bu qərarından vaz geçərək kluba öz oğlunun adını (hər halda belə nəql edilir) qoydu. Yaşadığımız ölkədə övlad adlarını daha çox şadlıq evlərinə qoyulmasına adət etdiyimizdən bu, bir qədər gözlənilməz addım hesab oluna bilər. Hətta bir neçə ay əvvəl AFFA-da baş tutan toplantıda assosiasiya prezidenti Rövnəq Abdullayev buna deyinərək, klubaRəvanadını qoyulmasının heç bir mənasının olmamasını əsas gətirib adınBayılla əvəzlənməsini istəmişdi. Elə o gündən bəri klubda bir həngamə var ki, axı necə edək Abdullayevi bu fikrindən daşındıraq”. Çünki Rövnəq müəllim klubun adının dəyişdirilməsini daha sonra Bayıl qəsəbəsinə köçərək oradakı stadionda məskunlaşmasını istəmişdi. Klub ora köç etdi, amma adın dəyişmədi. Belə çıxır ki, bunlar Rövnəq Abdullayevi hesaba almırlar. Bərəkallah ustadınıza...

Rəvanklubu həm məşqçi dəyişiklikləri ilə gündəmdə olur. Bu komanda bəlkə utanmasa, hər məğlub olduqları oyundan sonra məşqçi dəyişər. Amma klubun dəyişməz, toxunulmaz məşqçisi var: Bəhmən Həsənov. Bu adam istədiyi məşqçinin torbasını anında tikə, yerinə otura bilir. Həlal olsun, Həsənova! ƏHSƏN! Məhz bu amil klubun necə peşəkar olmasından, bu klubu necə yüksək səviyyəli peşəkarların idarə etməsindən xəbər verir.

Futbolçu transferi komandada problemli mövzulardan biridir. Hətta bəzi xəbərlərə inansaq, klubda transferlərə böyük pullar xərclənməsə , komandaya gətirilən futbolçulardan yaxşı pullartutulur”. Kluba müjdə verə bilərəm ki, bu haqda keçmiş futbolçularından birinin müsahibəsini ən yaxın zamanda oxuculara təqdim edəcəm.

Rəvanniyə yaranıb? Bu sualı klubun sahibi olan Nuru Əliyevə versək daha yaxşı olardı, amma alınmır. Azərbaycanda olan adamlarının heç biri futbola öz xoşuyla gəlməyib. Yəqin ki, Nuru bəy istisna deyil. Xala-xətrin qalmasın prinsipi ilə klub saxlayan Əliyevin istəyinin arxasında başqa məqam dayanır. Nuru kişi klubdan imtina etsə, heç şübhəsiz ki, onun Azərbaycanda qol-budaq salan maşın bazarının da başı üstünü qara buludlar alar. Məhz bu qara bulud təhlükəsidir ki, Nuru Əliyev məcburiyyətdənRəvanklubunu boşaya bilmir.

Bunlar gözdən pərdə asmaq üçün hər mövsümün əvvəlində Avrokuboklara düşmək üçün oynayacaqlarını deyir. Bəylər, halva-halva deməklə ağız şirin olmur, bunu ki, çoxdan bilməlisiz. bu millət savadsız deyil ki, neyləmək istədiyinizi başa düşməsin. Ya adam kimi klub saxlayın, ya da boşayın getsin!

Vüsal Gözəlov


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail