Futbolumuzun 2013-ci ildəki ilk fiaskosuna sözardı YAZI

28.01.2013 | 7891 dəfə oxunub

2013-cü ilin ilk ayı geridə qalmaq üzrədir. Klublarımızın başı təlim-məşq toplanışına, yoxlama oyunlarına qarışıb. Amma Azərbaycan futbolu yeni ildə artıq ilk fiaskosunu yaşamağa imkan tapıb. 19 yaşadək futbolçulardan ibarət yığmamız Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 16 komanda arasında 12-ci oldu. Keçirdiyi 5 oyunda Arif Əsədovun komandası cəmi 1 qələbə qazandı. O da turnirin ən zəif komandalarından olan Litva üzərində. Turnir artıq 2 həftədir başa çatsa da, bir AFFA rəsmisi bu yenilgiylə bağlı 1 kəlmə etmir. Nədənsə, kiçik bir uğur zamanı sevimli mətbuat orqanlarına geniş açıqlamalar, müsahibələr verən baş katib Elxan Məmmədov da susur. Belə çıxır ki, Azərbaycan futbolunun yeni ildəki  fiaskosiftəsi 1 assosiasiya rəsmisinin vecinə deyil. Əgər, bu uğursuzluq kiminsə vecinə olsaydı, çıxıb bu fiaskoya görə hesabat verər, baş məşqçidən hesabat tələb edərdilər. Lakin Arif Əsədova heç kim gözün üstə qaşın var demədi. Hələ bu azmış kimi, Sankt-Peterburqdaxaruqələr yaradanU-19 millisini AFFA Antalyaya da göndərdi ki, Rusiyada yaxşı istirahət edə bilməmisiz, bir az Türkiyədə dincəlin...

Yəqin ki, AFFA rəsmiləri bu yazını oxusalar, iddia edəcəklər ki, bu uğursuzluğu faciəyə çevirmək lazım deyil. Bu, sıradan bir turnir idi. Ona görə 12-ci yeri şişirtməyə dəyməz. Həm baş məşqçi yenidir, ona vaxt vermək lazımdı. Lakin bütün bunlar cəfəngiyatdır. Birincisi, biz guya Avropa dünya çempionatının seçmə mərhələ oyunlarında etmişik ki, bu cür turnirlərə qeyri-ciddi yanaşaq? Həm baş məşqçi üçün zaman, vaxt məfhumları bəhanədən başqa bir şey deyil. Turnirin son matçında Belarusa 11-ci yer uğrunda matçda yenilən yığmamızın baş məşqçisi Arif Əsədov qarşılaşmadan sonraÜmumilikdə, komandamdan razıyamdedi. Maraqlıdır, görəsən Arif Əsədov hansı komandadan razı qalıb? 16 komanda arasında 12-ci yer tutan, yoxsa 5 oyunda cəmi 1 qələbə qazanan komandadan? Bəlkə, Əsədov daha pis nəticə gözləyirdi komandasından? Yəqin, könlündən 14-15-ci yerlərkeçirmişki, indi 12-ci yerə sevinir, komandadan razılıq edir. Bizim üçün ən pis məqam isə komandamızın 12- olması, 5 oyunda cəmi 1 qələbə qazanmasıdır. Ən pisi erməni dığasının yığmamıza qol vurmasıdı. Yəqin ki, UkraynaAzərbaycan oyununa bəziləriniz baxmısınız. Həmin matçda Miranyan qapımıza qol vurduqdan sonra əli iləsusunmənasını verən jesti etdi. Budur, sizin ümumilikdə razı qaldığınız komandanız Arif Əsədov? Budur, bizim futbolun gələcəyi Elxan Məmmədov? Erməni qol vurub, bizimkilərəsusundeyir. Bu da futbolumuzuninkişafı”.

Bu uğursuzluqda Arif Əsədovun da rolu var. Bayaq, Əsədovun komandasından razılıq etməsini əbəs yerə xatırlatmadım. Diqqət yetirək, “Neftçinin sabiq çalışdırıcısı hər uğursuz oyundan sonra bir bəhanə gətirdi:

Çexiya ilə 1:1 başa çatan oyundan sonra: “Rəqibin adı futbolçularımıza psixoloji baxımdan təsir göstərmişdi... Bugünkü qarşılaşmada hakimliyin səviyyəsinin çox aşağı olduğunu qeyd etməliyəm. Futbolçumuza qırmızı vərəqə əsassız yerə göstərildi...”

Ukraynaya 0:2 hesabı ilə uduzduğumuz oyundan sonra: “Qrupdakı vəziyyətimiz yalnız qələbə qazanmaq zərurəti yaratmışdı. Buna görə meydanın rəqibə aid olan hissəsində daha çox hərəkət etməyə çalışırdıq. Bu, bizə müəssər oldu. Lakin Ukrayna yığması standart vəziyyətdən maksimum yararlanıb hesabı açdı. Hesabda geri düşdükdən sonra daha böyük qüvvə ilə irəli atıldıq. Lakin qapımızdan ikinci topu buraxdıq. Nəticəyə görə təəssüflənirəm”.

Yunanıstana 0:1 hesabı ilə uduzduğumuz oyundan sonra: “Bu gün oyunçuların fərdi keyfiyyətləri özünü daha qabarıq şəkildə göstərdi. Oyunumuzda daha çox konsentrasiya çatışmır. Hücum ediriksə, müdafiəni unuduruq yaxud əksinəStandart vəziyyətlərdə daha diqqətli olmalıyıq. Ümumilikdə, turnirin bizə faydası çoxdur”.

Gördüyünüz kimi, Əsədov 1 dəfə olsun demədi ki, “Rəqibdən zəif idik, bacarmadıq”. yabəlkə mənim hardasa səhvim oldu”.

Əsədovu qınamaq lazım deyil. Bu, azərbaycanlı mütəxəssislərin qanındadı. Sanki komanda fiaskoya uğrayanda günahı boynuna almaq, haradasa səhv buraxdığını etiraf etmək günahdı. Amma ki, bir uğur qazandılar, daha gözləri ayaqlarının altını görmür. Çox uzağa getmək lazım deyil, Böyükağa Hacıyev bu baxımdanparlaqnümunədi.

AFFA-nın məşqçi seçimində yol verdiyi səhvlər haqda çox yazılıb, çox deyilib. Amma faydası nədir? Onsuz da Elxan Məmmədov onun ətrafı istədiyini edir. Bernhard Lippert, Nikolay Adam kimi mütəxəssislər öz ölkələrində hansı uğur qazanıblar ki, indi Azərbaycan futbolunu günə çıxarsınlar? Hələ Berti Foqtsu demirəm. “Pensioneralman ciddi nəticə vermədiyi halda, böyük pullar qazanır. Məgər AFFA-dakılar həqiqətənmi anlamırlar ki, Avropa çempionu adının qazanmış birisi bu gün Azərbaycana gəlibsə, onu artıq futbol yox, pul düşündürür? Bizə dağdan enən yox, dağa çıxan, uğura ac olan mütəxəssislər lazımdı. Daha Foqts kimi karyerasının qürub çağını yaşayanlar yox.

ŞAHİN, "Het-trik news" qəzeti  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail