“Qəbələ”də nələr baş verir? YAZI

KOMANDAYA GƏTİRİLƏN QOCA TRANSFERLƏR NƏYƏ XİDMƏT EDİR?

28.01.2013 | 8265 dəfə oxunub

Uzun müddətdir dərin quyuya düşən, oradan heç cür bayıra çıxa bilməyən bir nəfərquyudan qurtulmaq  arzusuyla yaşayır bilim e, alışıb yanır da... Elə hey düşünür, axı mən zaman insanları, günəşi görə biləcəm? Günlərin birində, quyuya ipyekə bir kəndir sallanır. Bunu görən quyudakı o bütün ümidləri ölən insan, dərhal ayağa qalxaraq kəndirdən yapışır üzü yuxarı dırmaşmağa başlayır. Zorla da olsa, yolun yarısını dırmaşır, bir qədər cəhd edir quyudan tamamilə çıxmağına lap az da olmasa, onun kimi bir məsafə qalır. Onu da dırmaşa bilsə, quyudan çıxacaq. İnsanları da görəcək, günəşi . Ancaq bunu bacarmır, daha doğrusu istəmir. Quyudan çıxmağına az qalmış, kəndirdən əlini  buraxır yenidən quyunun dibinə yuvarlanır. Sonra da kəndir dərhal yoxa çıxır.

Yəqin ki, bir şey anlamadız. Bununla sizəQəbələklubunun hazırkı durumunu bu komandada gələcəkdə baş verəcəkləri anlatmağa çalışdımHamı bilir ki, “Qəbələrəhbərliyi komandaya futbol üçün hər şeyi yaradıb. Bu il isə komanda bir ilkə imza ata bilər. Hazırkı vəziyyətə görəQəbələ” “altılığa düşə Avroliqaya vəsiqə qazana bilər ki, rəhbərlik neçə ildir bunun arzusuyla yaşayır. İngiltərədəhətta şahzadə yanında nüfuzu olan klub prezidenti Tale Heydərov bununla dostlarınabaxın, mənim klubumdurdemək istəyir, bəlkə . Bunun üçün isə yaxşı şansları da var. Ancaq bu gedişlə çətin...

QəbələAvroliqaya düşmək üçün hazırkı mövqeyini daha da gücləndirməlidir. Bunun üçün komandadakı oyun çatışmazlığı aradan qaldırılmalı, xətlərarası əlaqə toplanış zamanı tam bərpa olunmalı, lazımlı mövqelərəkomandanın zəif hesab olunan yerlərinə futbolçu alınmalıdır. AncaqQəbələ bunlar görünmür. Bu komandanın transfer siyasəti isə sadəcə tragikomediyadır. Avroliqaya vəsiqə qazanmaq üçün heyətini gücləndirən bir komanda Ceyhun Sultanov, Emin İmaməliyev kimi karyerası başa çatan futbolçularla müqavilə bağlayır, heç bir kluba lazım olmayan Amit Quluzadəyə qapı açır. Sadə sual:NİYƏ? Axı bu futbolçular komandaya necə kömək edə bilərlər? Deməli, ortada başqa maraq var. Bunun nədən ibarət olmasıyla bağlı araşdırma apardıq. Məlum oldu ki, “Qəbələ bu futbolçuları aparan insanın ortada çox böyük marağı var. Etibarlı mənbədən aldığımız məlumata görə, Ceyhun Sultanovun klubla müqaviləsində ona çatacaq pulun məbləği 130 min dollar göstərilib ki, bu puldan aylnız 70 min dolları futbolçuya veriləcək. Ceyhunun da bundan xəbəri var o, bu şərtə razılaşıb. Deyib ki, mənə istədiyimi verin, qalanını neyləyirsiz, elə edin.

Emin İmaməliyevlə eyni vəziyyətdir. Həmin mənbənin sözlərinə əsasən, Emin 6 ay üçün 80 min dollarlıq müqaviləyə imza atıb bu pulun tən yarısı ona veriləcək. Yerdə qalan 40 min dolları isə kimsə, yaxud da,  “yekəkimsə quşlar aparacaq.

Bax budurQəbələnin peşəkarlığı. Ölkənin aparıcı insanlarındanvəzifə sahiblərindən olan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun komandasında belə halların yaşanması isə ancaq təəssüf doğurur. Çünki Heydərov insanlar arasında yaxşı imic, hörmət qazanıb. Amma onun klubuna baxan futbol funksionerləri isə komandanı çapıb-talamaqla məşğuldurlar. Bəs onlar bunu görmürlər, hara baxırlar? Yoxsa, klub nazir üçün heç bir əhəmiyyət daşımır?

Klubun vitse-prezidenti olan Fariz Nəcəfovun da bunlardan xəbəri yoxdur? Axı necə olur ki, biz bundan xəbər tuturuq, Nəcəfov isə burnunun ucunda baş verən yeyintilərdən xəbərsizdir? Buna da adam inanar? İnana lənət...

Elnur, "Het-trik news" qəzeti

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail