O Sneyderdən bizdə niyə yoxdu? YAZI

28.01.2013 | 9039 dəfə oxunub

Bu dəqiqə klublarımızın başı yaman qarışıqdı. Çempionatda yaranan fasilədən istifadə edərək Antalyaya üz tutaraq, təlim-məşq toplanışı keçirir, eləcə heyətlərini gücləndirməyə çalışırlar. Təbii ki, bu dediklərim imkanlılara aiddir. “Turan”, “Kəpəz”, “SumqayıtRəvanın futbolçuları Antalyanı yuxularında da görmürlər. Amma sözümün canı başqadır.

Transfer bazarının qızğın çağıdır. Klublarımız bayaq da dediyim kimi, heyətlərini gücləndirməyə çalışırlar. Daimpeşəkarlığı ilə dünya klublarını qabaqlayan təmsilçilərimiz yenə digərlərindən seçilməyə cəhd edirlər. Avropa klublarına diqqət yetirsək, görərik ki, “köhnə qitətəmsilçiləri qış fasiləsi zamanı 1-2 futbolçunu heyətlərinə qatırlar. Amma bizimkilər o qədər irəli gediblər ki, qışda 4, 5, hətta imkanları olsa 10 futbolçunu heyətə cəlb edərlər. Guya bu vaxta qədər səs-küylü transferlər gerçəkləşdiriblər ki, bundan sonra edəcəklər.

Fikrimcə, qış transfer pəncərəsi zamanı Avropada ən böyük transferiQalatasaraygerçəkləşdirib. “Cim-Bomhəqiqətən böyük görərək, Uesli Sneyderi heyətinə qatdı. Holland futbolçunun İstanbuldakı qarşılanma mərasimini izləyərkən, öz-özümə sual verdim, görəsən, bizim klublar niyə bu cür keçid reallaşdırmırlar? Axı, nəyə görəNeftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələkimi milyonlarının sayı bilinməyən klublarımız tanınmış futbolçuları heyətə cəlb etmirlər? Məgər, buna imkanları yoxdur? Əlbəttə ki, var! Bəyənmədiyimiz özbəklər gedib Rivaldonu, Skolarini gətirirlərsə, biz niyə eyni yolnan getməyək? Onlardan nəyimiz əksikdir? Bəlkə pulumuz əkələrinkindən azdır? Əsla. O zaman ortaya sual çıxır, nəyə görə bizim klublar o cür səs-küylü keçidlər reallaşdırmırlar? qədər fikirləşsəm , bu suala cavab tapa bilmirəm. Səviyyəsiz 3-4 legionerə 300-400 min xərcləməkdənsə, 1 milyon verib, elə səviyyəli bir futbolçu gətirin . Qoy, bizim azarkeşlərimiz hava limanına axışıb, dünya səviyyəli ulduzu böyük coşqu ilə qarşılasınlar, üstünə tullanıb, o yanağından, bu yanağından öpsünlər . Nəyə görə bu sevinci bizim azarkeşlərimizə çox görürsünüz, hörmətli klub rəhbərləri? Kimsə iddia edə bilər ki, Rivaldo 40 yaşında Özbəkistana gedib, qoy getsin. Əvəzində bütün Braziliya yer kürəsində Özbəkistan adlı ölkənin varlığından xəbərdar oldu. Bu, ölkə adına da böyük reklamdır. Uzağa getmək lazım deyil, Toni Adams buna bariz nümunədir. Bu günəcən Azərbaycana gələn adlı-sanlı legionerlər arasında Oktay Dərəlioğlu, Jaba Emil Mpenzanın adını çəkmək olar.

Bəs, indi vəziyyət necədir? Götürək elə cari qış fasiləsini. Bu günə qədər klublarımız 1 dənə olsun səs-küylü keçid reallaşdırmayıblar. BaşlayaqNeftçidən. Çempion rəsmi olaraq, cəmi 1 futbolçunu heyətinə qatıb ki, o da Denis Silvadır. Baş məşqçi Böyükağa Hacıyev isə gah qapıçı, gah da yarımmüdafiəçi gələcək deyir. Amma ortada dəqiq bir şey yoxdur hələ.

Xəzər Lənkəranın durumu daha pisdir. Subaşiçlə vidalaşan cənublular onun əvəzinə Gökhan Güləçi gətirdi. Amma fakt budur ki, Güləç Oktay, Jaba, Suat Usta kimi futbolçularla heç cür bir sırada dayana bilməz. Görəsən, indi dəyişib ki, əvvəllər Oktay, Svetkov kimi keçidlər reallaşdıran cənublular daha səviyyəli əcnəbi transfer etmir? “Xəzər Lənkərankimi klubun qapıçı tapa bilməməsi isə lap biabırçılıqdır. Neçə illərdi cənub klubu 1 qapıçı tapa bilmir. Bir neçə gün əvvəl komanda xorvat qolkiperlə anlaşsa da, 3 gün sonra ona qapını göstərdilər. Bu məqam Lənkəran klubunun baş məşqçisi Karles Bakesinsəviyyəsini ortaya qoydu. Məşqdə özünü yaxşı tərəfdən göstərən qolkiperə qucaq açan Bakes ilk oyundakıquşa görə ondan imtina etdi. Yaxşı ki, avropalıların bundan xəbəri yoxdur. Yoxsa, bizi əməlli-başlı lağa qoyardılar. Məşqdə oyunçunu bəyən, oyunda səhv buraxsın, geri göndər. Həqiqətən gülməlidi.

Bakının da əməllərindən baş açmaq olmur. Rauf Əliyevlə Kamran Ağayevin gəlişi kağızı üzərində iddialı görünür. Amma reallıq başqa məqamlardan xəbər verir. Ağayev xeyli müddətdir meydana çıxmır. Əliyev isə çempionatın ilk hissəsində 1 qol belə vura bilməyib.

Əvvəlki illərdən fərqli olaraq, “Qarabağtransfer bazarında fəal görünür. Amma Ağdam klubunun keçidləri ajiotaj doğurmur. Kristian Torres, Elvin Musazadə kimi sıradan futbolçularlaQarabağın necə çempion olacağını təsəvvür belə etmək olmur

Qəbələ o birsilərinin tayı. Avrokubokları hədəfləyən Ramiz Məmmədov Emin İmaməliyev kimi veteran futbolçunu heyətə cəlb edir.

O ki qaldı digər klublara, gorları var ki, kəfənləri olsun? Uzun sözün qısası, hörmətli oxucu, bu gedişlə biz Sneyder yox e, heç ondan 2 dəfə aşağı səviyyəli əcnəbini ulduzu da yaxın gələcəkdə Azərbaycan Premyer Liqasında görə bilməyəcəyik. Bizimkilərə o xaricdəki Sneyderdən lazım deyil. İstəmirlər ki, uzaq Liviya səhrasında Azərbaycan klubunun reallaşdırdığı transferi görüb, alqışlasınlar.

"Het-trik news" qəzeti 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail