Yenə kimə gəlirsiz? YAZI

RAMİN MUSAYEV ÖZÜNÜ “YANDIRMAĞA” DAVAM EDİR

10.02.2013 | 9832 dəfə oxunub

Ötən həftənin maraqlı olaylarından biri danışılmış oyunlarla bağlı yayılan xəbər oldu. Məsələnin bizə aid tərəfinə toxunmamışdan əvvəl bunun olduğuna diqqət yetirək.

Deməli belə, UEFA 27 may 2011-ci il tarixli sirkulyar məktubuna əsasən Avropa miqyasında bu quruma üzv Assosiasiyalarda danışılmış oyunlara qarşı mübarizə aparmaq üçün nümayəndələrdən ibarət şəbəkə yaradıb. Bu şəbəkənin yaradılmasının əsas məqsədi danışılmış oyunların qarşısının alınmasıdır. UEFA 2012-ci ildən etibarən danışılmış oyunlarla bağlı mübarizə işinə nəzarəti gücləndirmiş üzv olan 53 Assosiasiyada nəticəsi şübhə doğuran oyunları yoxlamağa başlamışdır.

Bu layihə çərşivəsində AFFA müxtəlif mənbələrdən daxil olan məlumatlara uyğun olaraq şübhəli oyunların araşdırılmasını həyata keçirir bununla bağlı UEFA ilə məlumat mübadiləsi aparır. Son zamanlar AFFA-ya daxil olmuş məlumatlara əsasən Topaz Premyer Liqasının növbəti turlarında keçiriləcək bəzi oyunlarındanışılmış oyunlarkateqoriyasına daxil olması ehtimal olunur. Eyni zamanda, oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində bəzi futbolçuların iştirakı da ehtimal olunur. Bu məlumatı nəzərə alaraq AFFA bu oyunları diqqətlə izləmək üçün Apellyasiya Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi qrup yaratmışdır. Bu qrup həmin oyunları diqqətlə izləyəcək AFFA-nın Apellyasiya Ekspert Komitəsinə hesabat təqdim edəcək. Qrup üzvlərinin hesabatı əsasında oyunların nəticələrinin şübhəli olub-olmaması faktı müəyyənləşdiriləcək. UEFA-nın tələblərinə əsasən qrupun fəaliyyəti konfidensial xarakter daşıyır.

Bax belə. Burdan belə başa düşülür ki, guya bizdə belə şey heç vaxt olmayıb, amma olmaq ehtimalı var, onun da qarşısını əvvəlcədən alacaqlar. İndi ölü bədbəxtin qıdığı gəlməsin, neyləsin? Yuxarıda göstərilənkonfidensialkəlməsi sizi yanıltmasın a, bu söz məxfi anlamında işlədilir. Millət, qardaş, hamı yaxşı bilir ki, Azərbaycan qədər danışılmış oyunları olan çox az ölkə çempionatı var. Amma niyə üzə çıxmır? Çünki hər klub bir nazirindir. Onlar ölüblərki bəyəm bu məsələ üzə çıxsın. Bu məsələdə UEFA-nın Azərbaycanda olan nümayəndəsi Rəmiş Malıyevi ədalətli bir avropalıyla dəyişdir, gör qədər qara oyun çıxacaq üzə. Bu yerdə bilirsiz yadıma düşdü? Məşhur bir filmdə deyilən söz: “Bizim kənddə anadangəlmə oğlan uşağı olmayıb”. İndi bunlar utanmasalar Qurana da and içərlər ki, bizdə belə hal olmayıb. Bu məsələyə tez-tələsik münasibət bildirən ilk şəxs isə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev oldu. O, Azərbaycan Premyer Liqasının növbəti turlarında keçiriləcək bəzi oyunlarındanışılmış oyunlarkateqoriyasına daxil olması ilə bağlı AFFA-nın rəsmi saytının yaydığı açıqlamaya münasibət bildirərək belə danışıb ki, əgər hansısa klub ya futboçunun danışılmış oyunlarda iştirakı sübuta yetirilsə, onlara qarşı ən sərt cəza tədbiri görüləcək. Ramin müəllim, “Turanklubu özünülezvalayırki, AZAL onlara oyunu verməyin qarşılığında pul təklif edib, amma bunların kişilik damarı matçı satmağa yol verməyib. Niyə araşdırmırsız? Niyə AZAL-ı ciddi cəzalandırmırsız? Axı indi ittiham irəli sürənTuranrəhbəri Namiq Məstanovu o vəzifəyə siz təyin etdirmisiz. Ona da inanmırsız? Özünüzdə şücaət varsa elə AZAL-ı cəzalandırın da. Axı mümkünsüzdü, sizin ona gücünüz çatmaz. Gücünüz çatsa-çatsa, ancaq Anar Niyazov kimi arxasında adamı olmayan, əli hansısa nazirə çatmayan birini cəzalandırmağa çatar. Heç olmaya, hər şeyə reaksiya verib özünüzü gülüş hədəfinə çevirməyin. Siz yaxşı bilirsiniz ki, hər tur hansı oyun(lar) həmin qarşılaşmanın fitinin çalınmasından saatlar ya hətta günlər əvvəl müəyyənləşib ki, nəticə necə olacaq. Yeri gəlmişkən, deyir, təzə kameralar çıxıb. İddiaya görə o kameralarla oyunu çəkəndə, kameraman nəticəyə təsir göstərə bilir. Baxın a Ramin müəllim, görün nələr çıxıb təzə!.. Buna da diqqət yetirin...

Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail