İt motaldan əl çəkir, motal itdən yox! YAZI

01.04.2013 | 8585 dəfə oxunub

Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsinin son iki oyunundan da qələbə çıxara bilmədi. Səfərdə qapazaltı Lüksemburqla qolsuz bərabərliyə qalan Azərbaycan millisi daha sonra Bakıda güclü Portuqaliyaya iki cavabsız qolla uduzdu. “Ayağı sürüşkənlərə” xas xüsusiyyətləri özündə cəm edən millimizin baş məşqçisi Berti Foqts qələbəsizliyə bir bəhanə tapdı. Foqts almanların “Bild” qəzetinə müsahibəsində bildirib ki, Lüksemburqla qarşılaşmadan sonra, Portuqaliya ilə oyun ərəfəsində komandası çox yorğun olub. Azərbaycan millisi üçün ayrılan təyyarənin çox darısqal olduğunu söyləyən alman məşqçi futbolçuların normal istirahət edə bilmədiyini deyib. O hətta təyyarənin  balaca olması səbəbindən futbolçuların döşəmədə yatdığını da bildirb. Foqtsun “bizə səhv təyyarə göndərilmişdi. Belə şeylər inanılmazdı. Futbolçulardan çoxu döşəmədə yatmağa məcbur oldu. Bu, qəbuledilməzdir” sözlərinə isə şərh vermək yersizdir.

Amma AFFA Foqtsun bu sözlərini yalanladı. Qurumun  İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun “Təyyarədə hər kəs öz yerində oturmuşdu. Son anda Novruz bayramı səbəbindən yaranan sıxlığa görə hava limani tərəfindən TU-134 təyyarəsi verilib. Amma qeyd edim ki, bu hal hazırda istifadə olunan təyyarədir. Görmədiyim məsələ haqqında münasibət bildirə bilmərəm. Ancaq onu deyə bilərəm ki, təyyarədə 64 yer var idi. Gedəndə 61 nəfər getmişdi, gələndə isə 63 nəfər. Hər kəsin öz yeri var idi. Hər kəs öz yerində oturmuşdu” sözləri Foqtsun yalançı olmasından xəbər verir? Yaxşısı budur bu məsələdə başqaların da rəyinə diqqət yetirək.

“Neftçi”də lider olmasına rəğmən milli komandada əsas heyətə düşə bilməyən, daha doğrusu Foqtsun qara siyahında birinci olan Rəşad Sadiqov düzün deyərdi. Axı onun da Foqtsu görməyə gözü yoxdu. Ancaq Sadiqov da Foqtsun sözlərini təsdiqləyib: “Bunu AFFA rəsmilərindən sorusşsanız, daha yaxşı olar” deyərək məsələdən yayınmağa çalışan Sadiqov “ Axı, sən də həmin təyyarədə olmusan” sualına isə belə cavab verib: “Mən özüm barəsində onu deyə bilərəm ki, döşəmədə yatmamışam. Harda getmişdimsə, orda da qayıtmışam, amma döşəmədə yatanlar olub”.

Foqtsu haqlı çıxardanlar arasında milli komandanın baş inzibatçısı İslam Abbasov da var. Abbasov isə məsələ barəsində danışarkən belə deyib: “Berti Foqtsun Almaniya mətbuatına dediyi sözlərdə həqiqət var. Doğrudan da, bizim Lüksemburqa gedib-qayıtdığımız təyyarə darısqal idi. Səhv göndərilmişdi deyəndə ki, həmin günlər Novruz bayramı ilə əlaqədar təyyarələrdə sıxlıq vardı. Gediş-gəliş çox idi. Biz Lüksemburqa “Airbus” təyyarəsi ilə getməli idik. Ancaq hava limanından bizə dedilər ki, bu təyyarəni sərəncamınıza verə bilməyəcəyik. Belədə biz 64 nəfərlik Tu-134 ilə getməli olduq. Ora ezam olunan jurnalistlərin də məhz bizimlə birgə çarter reysində yola düşməməsi bununla bağlıdır”.

Milli komandada yaşanan bu biabırçılığı futbolçu Vüqar Nadirov da təsdiqləyib: “Həmişə yaxşı təyyarə ilə təmin olurduq. Bu dəfə nədənsə çox darısqal idi. Buna görə də, bəli, təyyarənin döşəməsində uzanmalı olduq”.

Ataların yaxşıca məsəli var: Dinsizin öhdəsindən imansız gələr. AFFA rəhbərliyi hər vəchdə almanın arxasında dayanır, az qala onun xətrinə dəyəcək söz deyənlərə qarşı müharibəyə belə başlasın. Amma Foqts işi çətinə düşən kimi bunları “bağaca” qoyur. Lap yaxşı da edir. Pulunu alır, qazancı qazanc, işi iş, sözü də söz. Burada hər kəsə ağalıq edir. AFFA rəhbərliyinə, Foqtsa aşina olanlara elə bu lazımdı. Bəlkə belə olan halda özümüzünkülərin qiymətini bilərlər. Axı Foqts bizimki deyil ki, ağzın açan kimi bir sillə vurub susduralar. Bu adam almandır, Foqtsdur. Bəlkə də, Foqts belə danşmaqla millidən getmək istəyir? Nə bilmək olar...

İndi özünüz deyin, yazının başlığı haqsız yerə yazılmış sözlərdir, yoxsa doğruları vurğulayır?!

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail