Lal dəllal, yoxsa BURA VƏTƏNDİR? YAZI

15.04.2013 | 13352 dəfə oxunub

Azərbaycanda onlar 11 nəfərdirlər. Yox, futbolçulardan danışmıram. Əslində futbolçumuz çoxdu. Amma FUTBOLÇUmuz yox səviyyəsindədir. Ona görə də bu dəfə mən futbolçulardan yox, futbolçuları futbolçu eləyənlərdən, daha doğrusu futbolçu eləməli olanlardan danışacağam. Söhbət futbolçu agentlərindən gedir.

Azərbaycanda onlar 11 nəfərdirlər. Dünənə kimi mən oların sayını 10 bilirdim. Bir nəfər də bu günlərdə artıb deyəsən. Neynək, bazar olsun. Amma görəsən, Azərbaycanda bazar varmı?

Gəlin tələsməyək və hər şeyi xırdalıqlara bölək. O baxır bu məsələyə hansı prizmadan baxırsan. Azərbaycan futbolçularının xaricə çıxarılmasına baxanda... elə cümlənin sonunda qoyduğum üç nöqtə çox şeydən xəbər verir. Xəbər verməsə də, kim necə istəyir elə qəbul etsin. Normal, səviyyəli futbolçumuz yoxdur ki, heç olmasa Avropanın 3-cü kateqoriyalı ölkələrinə təqdim edək. Mən hələ səviyyəli məmləkətlərdən dəm vurmuram. Düzdü, bu yaxınlarda bir uşaq Portuqaliyaya getmiş və Çempionlar Liqasının ikiqat qalibinin bazasında şəkil də çəkdimişdi. Amma sonrası nə oldu? Heşzad. Elə indinin özündə də “Komsomolçu-Gənclər Şəhərinin” komandasında top qovur. Daha doğrusu qovurdu. O gün eşitdim yalan-doğru zədə alıb. Yalansa şükürlər, doğrudusa yalan olsun, Allah şəfa versin və s. və i. a.

Etiraf edim ki, bu işlə mən də məşqul olmaq istəmişəm. Ən azı 10 il bundan əvvəl, AFFA-ya Fuad Musayevin rəhbərlik etdiyi dövrlərdə. O vaxt qurumun vitse-prezidenti Oktay Zeynalova ərizə ilə də müraciət etmişdim. Özü də onda imtahan pulsuz idi (indi lisenziya almaq üçün AFFA-ya 1000 (MİN!!! Absurd, soruşan lazımdı nəyə görə?) manat pul ödəmək lazımdır. Bir neçə gündən sonra Zeynalov məni o vaxtkı Hüsü Hacıyev 42-nin dəhlizində görüb “Nə oldu, sənin imtahan vermək niyyətin var, ya yox?” sualını verdi. Bu sual mənə, daha 3-4 il əvvəl eyni tonla “Siz UEFA Çempionlar Liqasını yayımlamaq istəyirsiniz” sualını xatırlatdı. Anladım ki, “imtahan” mənim üçün şərti olacaq (2010/11,  2011/12, 2012/13-cü illər mövsümündə UEFA Çempionlar Liqasının yayımı AFFA-nın xətti ilə ANS TV-yə havayı verilmişdi və bu səbəbdən belə əmin idim). Amma içimdə dərin təəssüf hissilə “yox” deyib səbəbini işimin çoxluğu ilə əlaqələndirdim. Halbuki imtinamın səbəbi tam fərqli idi. O vaxt lisenziya sahibinin 80.000 CHF (İsveçrə Frankı) məbləğində bank təminatı olmalı idi. Mənim nə o qədər vəsaitim var idi, nə də mənə o sənədi “düzüb-qoşa” biləcək tanışım. Sual ola bilər ki, bəs indikilər necə edirlər? İndikilər heç necə etmirlər. Çünki hazırda vəziyyət başqadır. Sadəcə olaraq illik sığorta ödəyirsən və şirkətlərdən biri sənin bu biznesini sığortalayır. Vəssalam, şüttamam.

Amma vəziyyət tam fərqlidir. FİFA-nın qəbul etdiyi standartlarla AFFA-nınkı arasında fərq var. Elə isə izah edim.

Futbolçu agenti kimi qeydiyyatdan keçdikdən sonra agent, maraqlarını müdafiə etmək məqsədilə istənilən futbolçu ilə müqavilə bağlaya bilər. Hər şey aydındır. Bu müqavilə 2 ildən artıq olmamalıdır. Başa düşüləndir. Müqavilə həm eksklüziv, həm də qeyri-eksklüziv ola bilər. Yəni futblçu öz hüquqlarını həm bir, həm də bir neçə agentə verə bilər. Burada da sanki qaranlıq qalan məqam yoxdur. Amma var. İş ondadır ki, bu müqavilə 4 nüsxədə tərtib olunmalıdır. Onlardan 1-i AGENTdə, 1-i FUTBOLÇUda, qalan 2-i isə tərəflərin aid olduğu FEDERASİYALARda qalmalıdır. Bəs görəsən bizim futbolçuların müqavilələri AFFA-da kimdədir, agentlərlə neçə müqavilə var və ümumiyyətlə varmı? Maraqlı sualdır.

http://www.google.az/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&sqi=2&ved=0CDUQFjAC&url=http%3A%2F%2Fbff.by%2Fdata%2Fdownloads%2FLicensing%2FAgent%2FReglament_FIFA_2008.pdf&ei=rf5mUYLRF8fxOozugPgL&usg=AFQjCNFH5OTLNWBn-YhvfQc0hTwYIhER9A

 

Həmin müqavilənin rus dilində variantı bu linkin 30-32-ci səhifələrindədir. 32-ci səhifədə xatırladığım 4 nüsxə barədə açıq yazılıb. Amma...

 

Maraqlı olan başqa şey də var. Bizim futbolçular agentlərlə işləməyi məqsədəuyğun saymırlar. Düşünürlər ki, özlərinin həll elə biləcəkləri (guya) şeyə görə niyə başqasına 10% versinlər. Əsl müsəlman məntiqi. Amma bunun o biri tərəfi də var... Sabah klub sənin müqavilənə xitam versə nə edəcəksən? Futbolçuların FİFA-ya birbaşa əli çatmır. Onlar bunu həmin o 10%-i qıymadıqları agentlər hesabına etməlidirlər. Əgər oyunçu ilə klub arasında müqavilə imzalanarkan agent iştirak etməzsə, o zaman vəziyyət uruscadı.

Uzağa getmək lazım deyil. “Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhəlsində 0-4 hesablı biabırçı məğlubiyyəti yəqin ki, yaddan çıxmayıb. O vaxt, “Neftçi” rəhbərliyi məğlubiyyətdə “pay sahibi olmuş” Rauf Mehdiyevi, Rail Məlikovu və İqor Mitreskini komandadan qovdu. Amma sonradan “MƏŞQÇİ KORPUSUNUN İSTƏYİ İLƏ” (lap sovet dövründə kiminsə işdən çıxarılmasında deyildiyi kimi, “SƏHHƏTİ İLƏ ƏLAQƏDAR”) İqor Mitreski əfv olunaraq geriyə qaytarıldı. Rauf Mehdiyev, Rail Məlikov qaytarılmadı, İqorsa qaytarıldı. Bizimki qaytarılmadı, gəlmə qaytarıldı. Səbəbini tutdunuz? Ay sağ olun.

Sözsüz ki, “Neftçi”nin Mitreskini geri qaytarmasında onun təcrübəsinə ümid etməsi variantı ola bilər. İnsafən elə bu təcrübə hesabına bakılılar UEFA Kubokunun “play-off” mərhələsini uğurla keçib qrupa düşdülər. Amma bu aysberqin görünən tərəfi idi. Görünməyən tərəfi isə o zəhrimar kontraktdı. Heç şübhəsiz İqor Mitreskinin komandadan çıxarılması futbolçunun agentinin qulağına çatıb və onun “Neftçi” rəhbərliyi ilə söhbəti olub. Qaydalar isə onu deyir ki, müqaviləni pozan tərəf kompensasiya verməlidir. İqor Mitreskinin agenti iki ayağını bir başmağa dirəyib “Neftçi”dən öz müştərisinin müqavilənin qalan hissəsinə müvafiq bütün məvacibini tələb edə bilərdi. Əks halda məsələ FİFA-nın Mübahisələrin Həlli Palatasına kimi gedəcəkdi ki, burada “Neftçi”yə “pəpə” yox idi. Mehtiyev və Məlikovun agenti (oxu böyüyü) olmadığından qabağa heç kim düşmədi. Odur ki, Məlikov doğma “Mercedes”i və Bakı küçələrindən aralı düşərək hazırda Türkiyə aşağı liqasında top qovur. Rauf isə Zaqatalada rezerv komandada məşqçidir.

Hələ başqa maraqlı şeylər də var. Futbolçu ilə agent arasında müqavilə bağlamaq üçün söhbət zamanı oyunçu sənəd imzalamaqla sanki kəbinli arvada çevriləcəyindən qorxur. Danışıqlar zamanı “Mənə klub tap, sonra müqavilə imzalayım” kimi sürrealist danışıqlar da olur. Futbolçuya anlatmaq çətindir ki, müqavilə, onun agentə məxsus olduğunu bildirən sənəddir və bu sənəd olmazsa, klub nümayəndəsi nə danışıqlara başlayar, nə də qarşısındakını normal adam kimi qəbul edər.

Əvəzində Azərbaycanda lisenziyası olmayan xeyli “menecer”-dəllal var. Hansı ki, futbol aləmində yetərincə işbirliyi qurub. Onlar futbol klubunun keçmiş, indiki işçiləri, müxtəlif aidiyyatı olan və olmayan struktur nümayəndələridir. Həmin şəxslərin adları heç agent dəftərində də yoxdur. Əvəzində yetərincə işgüzar və bacarıqlıdırlar. Hansı futbolçunu hara lazımdı düzəltməsələr də, ən azı təklif edə və baxışa göndərə bilərlər. Qiymət məsələsi isə həmişə razılaşdırılır. Nə olsun ki, o dəllalların futbolçuları həmişə heyətə düşmür, əvəzində onların oyunçularına gözün üstə qaşın var deyilmir, onların maddi və müqavilə şərtləri cəhətdən demək olar ki, problemləri olmur. Elə vasitəçilərin yeganə çatışmayan cəhəti FİFA Agenti statusunun yoxluğudur. Belə baxanda onların həmin vəsiqəyə ehtiyacları yoxdur. Nə olsun ki, onlar FİFA yanında LAL-DƏLLALdırlar. Əvəzində onların işi burdadır, onların burda hər yerə (futbol baxımından) əli çatan, ünü yetəndir, çünki... BURA VƏTƏNDİR!!!

Asif BAĞIROV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail