Kökü və böyrü üstə olan otlar YAZI

22.04.2013 | 7588 dəfə oxunub

Ötən şənbə günü Gəncəyə seminara getmişdim. Şəkiyə qayıdanda Xanabaddan balıq almaq sevdasına düşdüm (İşimlə əlaqədar indi Şəkidə yaşayıram). Balıq həvəskarı, bir balaca da tutmaq şakəri olduğumdan, bu su heyvanından az-maz başım çıxır. Ot kökü üstə bitər deyirlər. Ailəlikcə balıq yeyənik. Odur ki, çox axtarmayıb 5 dənə sazan aldım. Gözəl dostlarla birgə bu balıqları, axşamdan xeyli keçmiş, hazırda çalışdığım Kanal S- yayımlanan SamirləDüfiTahirin təqdimatında Bəhram Bağırzadənin qonağı olduğuGombullarverilişinə baxa-baxa həzmi-rabədən keçirdik. Əmması olmasa, hər şey gözəl səslənir, deyilmi? İş ondadı ki, balıqları təmizləməyə adam tapılmadı bupentafişin yarımfabrikatlığı da mənim boynuma düşdü. 1 saat ərzində bu işlə məşğul olduğum müddət ərzindəiti öldürənə sürütdəyərləratalar misalını ilk deyənin ölənlərini çox yada saldım...

Ertəsi gün internetdəeşələnərkənyuxarıdakı abzasda yazdığımot kökü üstə bitərmisalı bir daha yadıma düşdü. Lənət sənə kor şeytan deyib, budəfəki yazımı məhz belə adlandırmaq istədim. İş ondadır ki, Barselonanın tarixi ilə bağlı səhifələri nəzərdən keçirdim. Hollandiya futbolunun əfsanəsi, Barselonaperestroykasının banisi Yohan Kroyfun bu kollektiv üçün qədər gördüyünə əmin oldum. Rinus Mihels davamçısı olan bu şəxs(iyyət), “mütəşəkkil xaoskimi qələmə verilənTotal Futbolanlayışını yarımadaya gətirməklə təkcəBarselonanın yox, bütün Kataloniyanın futbol fəlsəfəsini dəyişə bildi. O vaxtBarselonafanatı olmadığımdan bunu gec başa düşdüm. tək bunu yox. Anladım ki, 1988-ci ildən etibarən 8 il müddətində bu klubda baş məşqçi olmuş Yohan Kroyf oğlu Yordiyə yetərincə böyükatalıq qayğısıgöstərib. Çünki bala Kroyfu mən heç vaxt göz qabağında olan futbolçu kimi qəbul etməmişəm. Düzdü, Hollandiya yığmasında oynayıb, hətta aktivində qol da var. Amma indi deyəcəyim faktlar maraqsız olmaya bilər. İş ondadır ki, Yordi 14 yaşına kimiAyaksın məktəbində yetişib. OAyaksın ki, Yordinin Hollandiya dövrünün son 2 ilində baş məşqçisi Yohan Kroyf olub. 1988-ci ildə ata KroyfBarselonaya baş məşqçi təyin olunarkən Yordi Benilüksdan Pireney yarımadasına gedib. Burda da qəribə şey tapmamaq olar. “Oyunçuların Transferi Statusu Reqlamentində deyilir ki, 18 yaşına çatmamış oyunçu, yalnız valideynləri başqa ölkəyə köçərkən transfer edilə bilər. Amma maraqlısı odur ki, 8 illik baş məşqçiliyinin ardınca səhhəti ilə əlaqədar Yohan KroyfBarselonanın baş məşqçisi postundan getdikdən ümumiyyətlə karyerasını da bitirdikdən sonra Yordi klubdan ayrıldı. Özü 22 yaşında, istedadının çiçəklənməli olduğu bir vaxtda. Düzdü Yordi heç zəif sayılmayanMançester Yunaytedə keçdi, hətta bu klubla vaxtilə özünə yad saymadığı Kamp Nouda Çempionlar Liqasının qalibi oldu. Amma Old Traffordda keçirdiyi 3 il ərzindəqırmızı şeytanların formasını cəmi 34 dəfə (oxu 3-4 dəfə) geyməsi, YordininBarselonada həqiqətən atasına görə qaldığını təsdiq edir. Bu isə o deməkdir ki, ot, heç həmişə kökü üstə bitmir.

Atasının yolunu layiqincə davam etdirən futbolçu deyəndə sözsüz ki, Paolo Maldinini yaddan çıxarmaq olmaz. Yaşım çatmadığından ata MaldiniÇezarenin bu klub üçün qədər vacib oyunçu olduğunu görməmişəm. İnternet mənbələri komandanın dəyişməz kapitanı ÇezareninMilanda 12 mövsüm keçirdiyini bu illər ərzində meydanda olduğu 347 oyunda 3 qol vurduğunu yazır. O da göstərilir ki, 6 il ərzində ata MaldiniSkuadra Adzurraya” 22 dəfə cəlb olunub. Amma Paolo, “Milana bütün hüceyrələri ilə bağlı şəxs(iyyət) olub. 16 yaşında (!) klubun əsas heyətinə cəlb olunmuş futbolçu 25 il fasiləsiz olaraq Rossonierinin şərəfini qoruyub. Bu illər ərzində o, A Seriyasında 647 oyun keçirməklə rekord vurub. “Milanın heyətində keçirdiyi bütün rəsmi oyunların sayı 900-ü aşıb.

Bəs bizdə? Əvvəlcə gəlin gəlmələrdən danışaq. Sxadadzelər Azərbaycanda ilk təkdir səhv eləmirəmsə. Ata SxadadzeKaxaber barədə artıq danışmağa dəyməz. Onun müstəqil Gürcüstan futbolu üçün elədikləri göz önündədir. Futbolçu ikənMançester Sitikimi klubların şərəfini qorumuş Kaxa, çalışdırıcıtək həm vətənində, həm bizdə çempion olub. Özü çempion heyətdə oğlu Baçana da çıxış edib. Bir kimsə əlini ürəyinin üstünə qoyub saf niyyətlə desin ki, Kaxaber oğlunu gözə soxur. Əsla. Mübaliğəsiz deyərəm ki, Baçana hazırda ölkəmizdə çıxış edən 4-5 normal hücumçudan biridir. O barədə danışmaq istəmirəm ki, oğulun komandaya cəlb olunmasında hansısa maliyyə fırıldağı olub, ya yox. Özləri bilər, onunla işim yoxdur. Amma o göz qabağındadır ki, Kaxaber oğlunu dalıycadartsabelə, Baçana da komandanı ardıyca apara bilir bunu görməmək nanKORluqdur

Sırf bizim yetirmələrimizə gəlincə ilk yada Ponomaryovlar düşür. Ata Ponomaryov Sovet dönəmində superdispetçer idi. Məhz onun ideal ötürmələrinin sayəsində Maşallah Əhmədov İskəndər Cavadov rəqib qapısına rahat yol tapa bilirdilər. Hücumameylli futbolçunun əsasən penaltiləri yaddan çıxmayıb. Dağılmış SSRİ məkanında onun kimi “11 ustasıolmayıb. İş ondadır ki, İqor, ardıcıl 24 penaltini dəqiq yerinə yetirməklə rekordçudur. İndinin özündə bütün dünyada bu nəticəni kiminsə dəyişdiyinə inanmıram bu real görünmür. Doqquz nömrə SSRİ yığma komandasının heyətində 1988-ci ildə Seul Olimpiadasının qalibi olub.

Bəs oğul PonomaryovAnatoli? Böyük miqyasda götürdükdə, heç . Ən uğurlu klubu 2002-ci ildəMalyorkaolub. 2 il bu komandanın heyətində bu futbolçu meydan görməyib. Onun da yığma komadamıza cəlb olunmasını atasının Azərbaycan futbolu qarşısında xidmətləri BAŞQA amillərlə əlaqələndirmək olar. Yoxsa LixtenşteyninVadutsklubunda (!) çıxış edən, daha doğrusu etmək istəyən birisinin millidə, özü bəzi seçmə oyunların həlledici məşqində xəstə olduğu üçün iştirak etmədiyi halda (Karlos Alberto Torres dönəmində Avstriyadakı səfər oyununu nəzərdə tuturam. “Ernst Happelstadionundakı son hazırlıqda qarnı ağrıyan Tolikin məşqdə ola-ola topun üstündə oturduğunu özüm görmüşəm...) əsas heyətdə olmasını necə başa düşmək olar? Bəlkə bir kimsə məni inandıra bilər ki, həmin illərdə çempionluq uğrunda mübarizə aparan paytaxtın 2 imkanlı klubu – “İnterBakı”, Anatoli İqoreviçin fenomenal oyununa heyran olmuşdu, yoxsa bu futbolçunun ad-soyadının reversinin kiminləsə sıcaq münasibətdə olduğu bir şəxsin təvəqqesindən keçə bilmirdi? Lənət sənə kor şeytan...

Atalar oğullar mövzusunda millinin indiki üzvü Vaqif Cavadov barədə danışmamaq olmur. Yaşım az olmasa da Vaqifin atası yetərincə hörmət bəslədiyim Füzuli Cavadovun oyununu görməmişəm. Amma alma almaya bənzədiyindən fərqi Vaqifin əmisi İskəndər Cavadovla aparmaq olar. “Kayratüzərində 4-1 heasblı Bakı qələbəsində 11 nömrəmizin yıxılaraq topu başı ilə rəqib qapısına göndərməsi, künc asmasından sonra başı üzərindənÇernomoretsə qol vurması kimin yadından çıxar ki? Bu, İskəndər Cavadovun yadımda qalan cəmi 2 qoludur. Razılaşaq ki, SSRİ çempionatı, seçmə mərhələ ilə müqayisə edilə bilməz. Amma ona da şübhəmiz olmaz ki, “Neftçinin 80-ci illərinin komandasını 25 il cavanlaşdıra bilsəydik, Şimali İrlandiya Lüksemburqun anasını ağladar, İsraili burda məğlub edərdik. “Neftçinin o vaxt rus komandalarına Bakıda qədər başağrısı olduğunu nəzərə alsaq, Fabio Kapellonun da burda büdrəyəcəyi ehtimalı vardı...

Bəs Vaqif? Respondent kimi heç vaxt mənə imtina etməyən bu futbolçu barədə yazıq ki, ot kökü üstə bitər demək olmur. Çünki bu futbolçunun genində futbolçu qanı var. Rusiyada ordu futbolçularının əvəzedici heyətində çıxış edib. Sonra? Sonrası isəöyrənməyə (oxu oynamağa) qərib ölkə, qazanmağa vətən yaxşıdeyib geriyə döndü? Bir araVolqakaryerası da legioner həyatına yol açırdı, amma baş tutmadı.

Vaqifin bibisi oğlu İlqar Qurbanov da həmçinin. “Fənərbaxçanın əvəzedici heyətinin kapitanı kimi böyük ümid bəslənən bu futbolçu gənc yaşında milliyə dəvət olundu. Hətta Özbəkistanın qapısına yol da tapdı. Amma nədənsə onda da xaricdə oynamağa potensial çatmadı. Düzdü Türkiyə SuperliqininSivasspordövrü oldu. Əli Sami YendəBeşiktaşın qapısına qol vurdu... Başqa heç . O da indi Azərbaycanda gün keçirir.

Bəlkə dədə-babadan burda oynamış futbolçular olsaydı, çıxış edir, mübarizə aparır, yarışır kimi xəbərlərdən istifadə edərdim. Gəl ki, Vaqif-İlqar kuzenlərin yeniyetmə imkanları bu xəbərlərdən artığından xəbər verirdi.

Asif BAĞIROV,Het-trik news



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail