Bakı yollarını xatırladan “Bakı” YAZI

29.04.2013 | 7234 dəfə oxunub

“Bakı, sabahın xeyir”! Gözəl mahnıdı, deyilmi? Təqribən 1 il əvvəlBakıAvropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın adını eşitmədiyimizMurakollektivi ilə üz-üzə gəlmişdi. “Xəzər Lənkəranla birgə, məhz paytaxtın eyniadlı komandasının ən münasib rəqiblə üzləşəciyi hamıya məlum idi. Lakin ilk oyunda qolsuz bərabərə qalan təmsilçimiz, təkrar görüş öncəsi vəziyyətini çətinə saldı. Ancaq bu, faciə deyildi. “Mura səfərdə məğlub etmək olardı. Ancaq olmadı. İlk qol qeydə alınarkən, “BakıAzərbaycan futbolunun əsl simasını ortaya qoydu. “Müranın bir futbolçusu cinahla irəliləyir cərimə meydançasına ötürmə edir. Dəfələrlə həmin epizodun təkrarına baxdım. Ötürmə zamanı komandamızın 5 oyunçusu cərimə meydançasında olduğu halda, sloveniyalıların yeganə futbolçusu Yeteroviçin baş zərbəsi endirməsinə mane olan tapılmadı. Matçın sonlarına yaxın daha bir qol vuranMuranın futbolçusu Leon Horvatın verdiyi açıqlama da xəcalət təri tökməyə rəvac verdi: “BüdcəsiMuranınkından 30 dəfə artıq olanBakı məğlub etməyin təəssüratlarını sözlə ifadə edə bilmirəm...”

Açığı mən həmin məğlubiyyəti həzm edə bilməmişdim. Ancaqzaman bütün yaraları sağaldır”. Yara sağalsa da, ibrət götürülmədi. Bojidar Bandoviçin həmin məğlubiyyətdən sonra komandanı qəbul edərək, gələcək barədə standart açıqlamalarıXəzər Lənkəranla Azərbaycan Kubokunun təkrar yarımfinal qarşılaşmasında əsl yerini tutdu. Əlbəttə, “Bakının uşaq futboluna ayırdığı vəsait, “AtletikoLansla əməkdaşlıq təqdirəlayiqdir. Ancaq bu uğurların Bandoviçlə heç bir əlaqəsi yoxdu. Çempionatın ilk yarısını boşa verən paytaxt təmsilçisi qış fasiləsindən sonra xal ehtiyatını kifayət qədər yaxşılaşdırsa da, oyun baxımında ciddi nailiyyətlər əldə olunmayıb.

Məşqçi dəyişikliyi üzrə öncüllər sırasında dayananzolaqlılarböyük ehtimalla çempionat başa çatdıqdan sonra Bandoviçə sələflərinin aqibətini yaşadacaqlar. Doğrudu, şəxsən mənsehrli çubuqvariantının mümkünlüyünə inanıram. SöhbətQarabağın çempion olması, “Neftçinin kuboku başı üzərinə qaldırması, “Bakının isəSimurqu da qabaqlayaraq, çempionatı 4- pillədə tamamlaması variantından gedir. Göründüyü kimi, 3 hadisə baş verməlidir ki, “BakıAvropa Liqasında iştirak etsin. Lakiniri addımlarla inkişaf edənAzərbaycan futbolunda 3 yox, lazım gəlsə 13 hadisəni muncuq kimi düzmək mümkündü.

..Bakı yollarının gündə asfaltlanıb, çökməsi artıq ölkəmizdən kənarda da lətifələrə səbəb olması hər bir kəsə məlumdur. “Bakının da son 4-5 ildə neçə dəfəsökülüb-yığılmasıeynilə adını daşıdığı paytaxt yollarımızı xatırladır. Ancaq hər dəfəsöküntügedəndə ürəyimizdə bir qığılcım işıldayır: “bəlkə bu dəfə keyfiyyətli asfalt salacaqlar”? Ümid edək ki, yaxın gələcəkdəBakıxeyirli sabahları Azərbaycan futboluna bəxş edəcək.

Nemət AĞAYEV, Het-trik news



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail