Kişi sözü YAZI

06.05.2013 | 9189 dəfə oxunub

80-ci illərinin axırı idi. Son sinifdə oxuyurdum. SSRİ psixologiyasınınİnstituta girməsəm, gərək yerə girəmfikri başımda hərlənirdi. Qətiləşdirmişdim. Sənədlərimi o vaxtkı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Radiotexnika fakültəsinə verəcəkdim. Ailəmizin maddi vəziyyəti elə yaxşı olmadığından hazırlıq üçün mənə müəllim tutulmamışdı. Məktəbi pis oxumamışam. Qavramaq qabiliyyətim yaxşı, üstəlik başımın üstündəDamokl qılıncıkimi özümdən üç yaş böyük, AZİ-ninTətbiqi riyaziyyatfakültəsində oxuyan bacım olduğundan, riyaziyyata hazırlığımla o məşqul idi. Fizikanı öz hazırlığım, ədəbiyyatı isə o vaxt hamı kimişparqalkahesabınaRadio rabitəsi, radio-televiziya verilişləriixtisasına qəbul oldum. Qəbul imtahanlarına ürəklə hazırlaşdığımı görən anam gözləmədiyim halda məni şirnikləndirdi. Evimizə uzun müddət həsrətdə olduğum maqnitofon alınmışdı. olsun ki sovet istehsalı idi... İmkanım olsaydı gecə onunla qucaqlaşıb yatardım. Düzdü, o vaxta kimi evimizdə atamın toyundanqalmaVilmaM-1 babinalı maqnitofonu olmuşdu. Amma bu, başqa aləm idi kimdənsə kaset alıb qulaq asmaq arzularımı rahatca həyata keçirə bilirdim.

Bir dəfə kimsə mənə lətifələr kasetini verdi. İlk növbədə qəribə görünə bilər. Mən azdan-çoxdan bu lətifələrə qulaq asmağa başladım. Ötən həftə baş vermiş bir hadisədə həmin kasetdə eşitdiyim bir lətifə yadıma düşdü. O lətifəni danışmaq, daha doğrusu yazmaq istərdim. Deməli əhvalar vaqe olur Azərbaycandan xeyli kənarda.

Birxoşqeyrətkişi işi ilə əlaqədar 2 illik təyinatla xarici ölkəyə yollanmalı olur. Cavan həyat yoldaşı ilə inanılmaz gecə yaşadıqdan sonra birlikdə dəmir yol vağzalına gəlirlər. Ayrılıq vaxtı yaxınlaşarkən qatara minməmişdən əvvəl ər yoldaşına bunları deyir:

Əzizim, sən çox gözəlsən, cazibədarsan, ehtiraslısan, cavansan... Sözsüz mənim yoxluğumu yataqda hiss edəcəksən. Səni gözəl anlayıram. Sənə söz atanlar, yataq təklif edənlər az olmayacaq. 2 il elə az müddət deyil. Odur ki səninsınmaehtimalın da mümkündür. Bunu normal qəbul edirəm. Odur ki, mənə 2 dəfə xəyanət etməyimə göz yuma bilərəm.

Vizual olaraq xanım bu sözlərdən inciyir. isə, vaxt keçir, vədə yetişir, həmin yerdə 2 ildən sonra ər qatardan enərkən yoldaşının xoş simasını görür. Qarşılıqlı komplimentlərdən sonra evə gəlirlər.... Səhər bir fincan qəhvədən sonra ər gedərkən etdiyi söhbəti həyat yoldaşının yadına salaraqo məsələnin necə başa çatdığı ilə maraqlanır. Xanım cavabında uzaqdan başlayır.

Əzizim, sən demişdin ki gözələm, cazibədaram, ehtiraslıyam, cavanam... Sözsüz sənin yoxluğunu yataqda hiss edəcəkdim. İnan hiss edirdim . Mənə söz atanlar, yataq təklif edənlər az olmadı. 2 il elə az müddət deyil. Çox sağ ol ki, mənim vəziyyətimi anladın. Biz sivil insanlarıq bir-birimizi gözəl anlaya bilirik. Mən sözümün üstündə durdum. Vicdanım təmizdir. Mən sənə cəmi iki dəfə xəyanət etdim

Eyb etməz canım, mən sənə icazə vermişdim. Bilmək onlar kimlə, mən onları tanıyıram? Yoxsa bunu sirr saxlamaq istərdin?

- Yox əzizim, tanımırsan. Əgər sənin üçün elə maraqlıdırsa, birinci dəfə simfonik orkestrlə, ikinci dəfə futbol komandası ilə...

Bax belə. Bu lətifənin nədən yadıma düşdüyünü yəqin anladınız. Əlbəttə ki, söhbət Mario Balotellinin açıqlamasından gedir. Onun axmaqlamalarına hələ Avropa çempionatında şahidlik etmişdik. O vaxt yarımfinalda almanların qapısına qol vurduqdan sonra sarı vərəqə almasını hakimin onun bədənini qısqanması ilə əlaqələndirmişdi. Bu dəfə bir az daqabağa gedərək” “Realın bostanına daş atdı. Madrid təmsilçisi finala çıxsa, mən nişanlımınRealın bütün futbolçuları ilə yatmasına icazə verərəm. Bax buna deyərəm əsl qeyrət dağarcığı. Risk etməyi xoşlayan adam olsam da həmişə özümdən asılı olmayan bir şey üçün mərc gəlməyi qəribə saymışam. Bir soruşan gərəkdir, ay Mario Balotelli, bax tutaq ki, “Realhəmin gün özünə lazım olan nəticəni əldə etsəydi, öz əlində zövcəni aparıb komandanın futbolçularına təslim edəcəkdin? Deyəcəkdin buyurun, kişi kimi oynadınız, mən KİŞİ SÖZÜmün üstündə duraraq sevgilimi gətirmişəm ki, sizinlə şam edib, gecəni sizə mehman olsun? bilim Vallah...

isə. Öz aramızdıReal” - “Borussiyaoyununun ilk 82 dəqiqəsinə kimi Mario Balotelli özünü çox rahat hiss edə, nişanlısının hələ uzun müddət yalnızöz istismarındaolacağına arxayın ola bilərdi. Amma elə ki, “Real” 5 dəqiqə ərzində ardıcıl iki qol vurdu finalın bir topluğunda oldu, yəqin ki, Marionun dalağı sancdı. Bəs necə, zarafat deyil, “Realdaha bir qol vurub Balotellinin nişanlısını altından çıxaracaqdı. İnanmıram dediyi sözü danardı. Necə olmasa KİŞİ KİMİ söz vermişdi. Bu dəfə olmadı. Amma olan başqa şey idi. Nişanlısı Marionu tərk etdi. Yəqin nişanlısından belə qeyrətli KİŞİ SÖZÜ gözləmirdi.

Özü bilər, özləri bilər. Gələk oyuna. “RealMourinyo dönəmində yarımfinalda ilişmək sindromunu qırmaq üçün bu dəfəBorussiyanın qapısına 3 cavabsız qol vurmalı idi. İnsafən madridlilərin oyun quruculuğuna baxdıqla, bu, mümkünsüz sayılmamalı idi. Komandanın cari mövsüm gücünü yetərincə balanslaşmış paylaşdığı hiss olunur. “La Liqada bütün oyunlarda qələbə qazanan komanda bu oyuna da optimal formada çıxmışdı. İlk 15-20 dəqiqə ərzində yaradılmış 3 real qol vəziyyətindən çox yox, 1-i dəqiq zərbə ilə başa çatdırılsaydı Mario Balotelli Madriddə yaman yada salınacaqdı. Gəl ki, olmadısa, o olmadı. Bizim tərəflərdə belə atalar məsəli var – “Kasıbın sacı axırda qızır”. 5 dəqiqəyə vurulmuş 2 qolRealı ümidləndirdi. Artırılmış anları da saymaqla qalan 6-7 dəqiqə ərzində madridlilər elliklə rəqib qapısındaotursalarda qol gəlmədi ki, gəlmədi. BeləlikləBorussiya” 0:2 hesablı qələbə qazandı. Bəli, məğlubiyyət olsa, məhz qələbə. Çünki bu hesab iki oyunun yekununa görə dortmundluları finala çıxarırdı. O dortmundluları ki, finalaRealdan layiq idi. Qrup mərhələsində bunu təsadüf saymışdılarsa, ikinci dəfə bu artıq qanunauyğunluq hesab olunmalıdır. ÇünkiBorussiyabu oyunda uduzmaq bir yana, qələbə əldə edə bilərdi. Baxmayaraq ki, komandanın baş məşqçisi Yurgen Klop həmin gün yetirmələrinin futbola layiq bir şey göstərmədiyini dedi. Ancaq mən bunu təvazökarlıq sayıram. Çünki ikinci hissədə almanlarRealdan daha real futbol nümayiş etdirdilər 300%-lik (3X100%) real vəziyyətdən birini qola çevirə bilsəydilər, yəqin ki, stadion həmin an boşalmağa başlayacaqdı. ən əsas fakt, mən həmin günBorussiyada nəticə əldə etməyə hazır komanda gördüm. Düşünürəm ki, ilk oyun 4-1 yox, 3-1 hesabı ilə başa çatsaydı, o zaman almanlar minimal məğlubiyyətdən artığına imkan verməyəcəkdilər. Həmin gününBorussiya qələbə qazanmaq iqtidarında da idi. Odur ki, “Realın bəxti gətirmədi deyənlər reallığın gözünün içinə dik baxsınlar.

Barselona” - “Bavariyaoyunu barədə demək olar? Hər şey aydın idi. “Bavariyafinala çıxmaq məsələsini ilk oyunda həll etmişdi. Ona da əminəm ki, bu qarşılaşmaya almanlar əvəzedici heyətlə çıxsaydılar, məğlub olmayacaqdılar. Çünki son bir ilinBarselona mənə dağlı məhəlləsini, “Xutoru, “Papanini, “Kubinka xatırladır. II mərtəbədə oynamağı bacarmayan yox e, bundan anlayışı olmayan kollektivin qapısı hava mübarizələrindəHəsənsoxdu dəyirmanı xatırladır. Elə bu dəfə elə oldu. 3- qolda sol cinahdan asma zamanı başla zərbəni hamı nəzərlərlə müşahidə etdi. Maraqlı cəhət o idi ki, “Barselonaqapısına qollardan son ikisi eləBarselonastilində, cinahdan keçid qapı qarşısına ötürmədən sonra vuruldu... Əlqərəz hər şey aydın idi.

Ertəsi gün oturub bu materialı yazmaq üçün plan qurub, cızma-qaramı edirdim. “Fənərbağçanın oyunu başlamışdı. Birdən qapının zəngi basıldı. Açdım. İş yoldaşlarım idi, Bakıdan qayıdırdılar. Salam-əleyk, xoş-beşdən sonra Nurlan mənə dedi ki, “ay da, dünənBarselonaya baxdın”? Dedimyox”. Niyə sualının gələcəyini gözləməyib, əlavə etdim. “Daha doğrusu baxdım, ammaBarselona görmədim. Həmin gün meydandaBarselonayox idi, ancaqBavariyavardı”...

Asif Bağırov, Het-trik news” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail