40 dəfə “Union Berlin”lə oynamaqdansa... YAZI

...1 DƏFƏ “ATLETİKO” İLƏ QARŞILAŞMAQ DAHA YAXŞIDIR!

06.05.2013 | 7743 dəfə oxunub

Uzun müddətdi böyük intizarla gözlənilən oyun baş tutdu. Axır ki, dünyaca ünlü MadridAtletikosu Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxdı. Bu şounun baş tutması üçünBakırəhbərliyi əlindən gələni etdi. Amma bir nəfər bu şounun dadını qaçırdı. Azdan-çoxdan Azərbaycan futbolu ilə maraqlanan hər kəs bilir ki, söhbət milli komandamızın baş məşqçisi Berti Foqtsdan gedir. AlmanBakının, klub prezidenti Hafiz Məmmədovun əməyini yerə vurmaq üçün əlindən gələni etdi. təəssüflər olsun ki, qismən istəyinə çatdı. Məhz onun paxıllığı ucbatındanAtletikonun önünə uşaq-muşaq çıxdı. Uşaq-muşaq ifadəsini pis başa düşməyin, o gün meydana çıxanların əksəriyyəti Azərbaycan futbolunun gələcəyidilər. İnşallah, həmin o uşaqlar bir gün ən azı Arda Turan, Radamel Falkao qədər məşhur olarlar. Amma günümüzün mövzusu o deyil.

ƏslindəBakının prezidenti Hafiz Məmmədov madridlilərin önünə elə öz komandasını da çıxara bilərdi. Hafiz Məmmədov bu qərarı qəbul etsəydi, aprelin 30-da daha maraqlı oyun izləyərdik. Amma Hafiz bəy, təkcə özünü, ya daBakı düşünmür. Məmmədov həqiqətən Azərbaycan futbolunun inkişafı üçün səy göstərdiyini, doğurdan da futbolumuzun qabağa getməsi üçün çalışdığını növbəti dəfə sübut etdi. “Atletikonun Bakıya gəlişinin siyasi məqsədlər daşıdığını bəyan edən Hafiz bəy, azərbaycanlı futbolçuların daha da irəli getməsi üçün ölkəmizin ən yaxşı oyunçularının meydana çıxmasını istəyirdi. Bir anlıq təsəvvür edək, “Atletikoya qarşı Rəşad Sadıqov, Rəşad Sadiqov, Araz Abdullayev, Rahid Əmirquliyev, Elvin Yunuszadə, Cavid İmamverdiyev, Tərlan Quliyev, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Ağabala Ramazanov, Asif Məmmədov, Qara Qarayev, Maksim Medvedev, Vaqif Cavadov adını unutduğum daha neçə-neçə bacarıqlı futbolçumuz meydana çıxır. Əminliklə deyirəm (yazıram) ki, bu halda Dieqo Simone meydana daha optimal heyət buraxardı azarkeşlər daha cəlbedici şou izləyərdilər. Lakin təəssüflər olsun ki, Foqts onun himayədarları, həmçinin Hafiz Məmmədovu gözü götürməyənlər sıravi azarkeşləri bu cür zövqdən məhrum etdilər. Amma hansı haqla, hansı əsasla? Bu suala kim cavab verəcək?

Adama ən çox yer edən Berti Foqtsun açıqlamasıdır. Utanmadan dedi ki, “Atletikoilə görüşməyə ehtiyac yoxdur bu oyun komandaya fayda verməyəcək. Təəssüflər olsun ki, Berti Foqtsun həmin açıqlamanı verdiyi həmkarımız ondan soruşmayıb ki, məgər, “Slaviya”, “Metallist yaUnion Berlin oyunlar yığmamıza nəsə qazandırıb? Əgər, qazandırıbsa, nəyə görə millimiz dünya reytinqində 120-ci pillədədir? Nəyə görə komandamız səfərdə Lüksemburq kimi komandanı məğlub edə bilmir? Nəyə (ya da kimə) görə Azərbaycan yığması dünya reytinqində Tanzaniya, Surinam, Tacikistan, Malavi, Liberiya, Zimbabve, Niger, Benin kimi acından günorta duran ölkələrin yığmasından geridə qalmalıdır? Yox, əgər, “Slaviya”, “Metallist”, “Union Berlin oyunlar yığmamıza heç qazandırmayıbsa, ondaAtletikoilə oynayardız da. Bir artıq, bir əksik, dəyişəcəkdi ki? Futboldan az-çox başı çıxan hər kəsə bəllidir ki, “Atletikoadını çəkdiyim hər 3 klubdan qat-qat səviyyəli komandadır. Necə olur ki, “Union Berlin oynamaq olur, “Atletikoilə yox? Bunun ancaq bir cavabı var -Foqts bizi avam yerinə qoyub.

Foqts kişi kimi çıxıb desəydi ki, milli ola-ola alternativ yığmanın yaradılmasını, həmin komandaya onun yerinə 1 nömrəli namizəd olan Qurban Qurbanovun rəhbərlik etməsini istəmir, bu olardı əsl mərdlik. Amma mərdliyi mərd adamlar, düzə-düz, əyriyə-əyri deyənlər deyir. Foqts kimi gününü sayıb, pulunu qazananlar, havayı yerə layiq olmadığı pulları alanlar yox. Foqts üçün əsas öz faydasıdır. “Atletikoİspaniya yox, Almaniya klubu olsaydı, həttaLa Liqada yox, “Sequndada mübarizə aparsaydı, Foqts bu qədər cırnamazdı. Amma olan yenə Azərbaycan futboluna, sadə azarkeşlərə oldu. Görəsən, 1 gün bu Foqtsun qabağına çıxan olacaq? İnşallah, Allah o günü bizə göstərər.

Şahin ZÜLFÜQAROV, Het-trik news” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail