“Turan”ın çempionluğunun 19 yaşı YAZI

13.05.2013 | 9671 dəfə oxunub

Düz 19 il əvvəl – 1993- ilin mayındaTurantarixi ərzində ilk sonuncu dəfə Azərbaycan çempionu adını qazandı. Həmin mövsüm həqiqətən komanda respublikada ən güclü idi. Baxmayaraq ki, “Neftçi”, “Kəpəz”, “Qarabağ”, “Xəzər” (Sumqayıt) kimiəjdahalar vardı. Düz 19 il əvvəlTuranın çempionluğunun, daha dəqiq desəm bütün mövsümün şahidi olmuşam. Onda cəmi 17 yaşım vardı, komandanın kiçicik bir parçası idim, əvəzedicilərdən ibarətTuran-2”nin heyətində oynayırdım. Komanda 1-ci dəstədə mübarizə aparırdı. Həmin vaxtdan o qədər xatirələr qalıb ki... Düşünürdüm ki, bu yazını çempionatın sonunda – “Turanın 1-ci dəstəyə düşməsindən sonra yazım. Amma Dünyanın işini bilmək olmaz, insanın başına hər gələ bilər. Salamatı elə indidi. Həm bəlkə Allah elədi Premyer Liqada qaldıq.

Turançempion olan mövsüm komandanın əksər üzvləri Azərbaycan futbolunun o vaxtkıqaymaqdarı idiVidadi Rzayev, Qurban Qurbanov, Musa Qurbanov, Sakit Alıyev, Nizami Sadıxov, Məqsəd Yaqubəliyev, Vəli Qasımov, Elxan Abdıyev, İlham Məmmədov, Rüfət Quliyev digərləri. Komandanı da eləqaymaqlar çalışdırırdı. Əvvəl rəhmətlik Ruslan Abdullayev, daha sonra isə Kazbek Tuayev. Komandanın o vaxtkı prezidenti indi çoxlarının unutduğu Vidadi Əhmədov idi. Hansı ki, halal pulu iləTuranı ərsəyə gətirmiş, Tovuz stadionunu abır-həyaya salmış, bir sözlə rayonda əməlli-başlı futbol ab-havası yarada bilmişdi. “Turanın Tovuzdakı hər oyununa 3-4 gün əvvəlcədən hazırlıqlar başlayırdı. Avtovağzalda, dəmiryol vağzalında, bazarda, küçələrdə, çayxanalarda, qısası hər yerdə divarlara afrişalar vurulurdu. Özü təkcə Tovuzda yox, kəndlərdə . Hamının söhbəti bir mövzuda idifutbol. Oyun günü matçın başlamasına bir neçə saat qalmış stadionun qarşısı azarkeşlərlə dolurdu. Stadiona daxil olmaq istəyənlər çox idi, amma di gəl ki, bu heç hamının qismətində deyildi. Çünki, arzu edənlərlə tribunadakı yerlərin sayı tərs mütənasib idi. Biletin qiymətləri o qədər baha olmurdu. Bilet satışından qazanc götürmək Vidadi müəllimi maraqlandırmırdı. Biletlilər içəri girir, qalanları isə, əsasən balaca uşaqlar stadionun kənarlarında əkilmiş çinarların başına dırmaşır, evlərin damına çıxırdılar. Təki oyuna baxa bilsinlər.

***

Komandanın bir azarkeşi var idi. Əsl adı yadımda deyil, amma hamı onuPosudeyə çağırırdı. Oyun vaxtı o qədər qışqırırdı ki, sonradan səsi xarlayırdı. Azarkeşlərin rəhbəri idi. İndi onunQol, qol, bir qol!”, “Turan, Turan!” hayqırtıları qulağımda səslənir. Hər oyunda Posugil üçün xüsusi yer ayrılırdı. Kimsə bu yerdə otura bilməzdi. Posunun yeri idi. İndiki bəzifan-klublardan fərqli olaraq, azarkeşliyi təmənnasız edirdi. Bəlkə arada Vidadi müəllim nəsəhörməteləyirdi, amma əminəm ki, bu istək Posuda daxildən gəlirdi.

Turanın oyununa ətraf kəndlərdən azarkeşlər gəlirdi. Bizim Çeşməli ona qonşu olan Böyük Qışlaq ilə şəhər arasında məsafə 40 kilometrdən çoxdu. Camaat avtobus tutub o boyda məsafəni -gücünü atıb oyuna baxmağa, futboldan zövq almağa gəlirdi. İstər səpin vaxtı olsun, istər biçin vaxtı. Hətta bir dəfə stadionun doqqazında ağsaqqal bir kəndçimiz ilə görüşəndə Tovuza gəlməsinin səbəbini soruşdum. olası idifutbol.

***

Mənə ən çox təsir edən bir nüansı qeyd etmək istəyirəm. Deməli, hər oyundan əvvəl fəxri lojada Tovuzun yüksək vəzifəli, hörmət-izzətli şəxsləri yer alırdılar. O vaxt stadionun diktoru Rasim Əliyev idi. Bu həmin Rasimdi ki, uzun müddətTuranda çalışıb, klub üçün can qoyub. İndi isə, kiməsə lazım deyil. Çoxları düşünə bilər ki, “Turanda pul yoxdu, ona görə işdən çıxıb. İnandırım ki, Rasim elə oğul deyil. Lazım olsa, indən belə lap 10 ildə pulsuz-parasız komandaya xidmət göstərər. isə... Oyun başlamamış Rasim alırdı mikrafonu əlinə səsi stadionu yayılırdı: “Filankəs Filankəsov komandanın qələbəsi üçün 5 manat (misal üçün) mükafat ayırıb”. Pahatonnan, bəhsəbəs başlayardı, özü necə? Bir qədər sonraFesmankəs müəllim ilk qolu vurana 10 manat verəcək”, “Rayonun ağsaqqalı (yaşı bəlkə 40 olmazdı) ən yaxşı oyunçuya 15 manat...” s. i. Gülməli məqam ondan ibarət idi ki, bir görürdün hansısa vəzifə sahibi oyuna gecikib. “Turanhesabda 2-3 top fərqi ilə irəlidə olsa da, o birilərindən geri qalmamaq üçün oyunun sonuna yaxın Rasimiəziyyətəsalırdı. “Çox hörmətli ... komandanın qələbəsi üçün 25 manat mükafat vəd edir”. Rəhmətliyin oğlu, oyun qurtarır ey.

***

İnsaf dinin yarısıdı. Çoxları bu mükafatları özünü göstərmək xatirinə, Vidadi müəllimin gözünə girmək üçün edirdilərsə, aralarında bir neçəsi vardı ki, sırf komandaya dəstək olmaq üçün pullarından keçirdilər. Üstündən görün neçə il ötüb, yəqin ki, bəziləri haqq dünyasındadılar. Ölənlərə rəhmət, qalanlara insaf arzulamaq qalır. Mükafat verənlərdən biri avtovağzalda dərzi dükanı olun Tahir idi. Tahir əsasən dəri göləkcələr tikirdi. O vaxt həminlaykalar çox dəbdə idi heç hamının almağa imkanı çıtmırdı. İllah da, rayon yerində. Sırıqlıya şükür. Tahir hər oyunun ən yaxşı futbolçusu üçünlaykahədiyyə edirdiBu söhbəti həmin dövr komandanın yarımmüdafiəçisi olmuş, hazırdaİnterin uşaq futbol məktəbində məşqçi kimi çalışan Vəli Hüseynov yadıma saldı. Vəlinin dediyinə görə, həminlaykalardan biri ona qismət olub. Deyirəm, görəsən indi Tovuzda belə imkanlı şəxslər hara qeyb olublar. Adamın lap qışqırmağı gəlir – “Haradasınız a KİŞİLƏR, “Turanbatır!”. And içmək yalançılıq əlamətidi, Allah şahiddi ki, hər dəfə yadıma düşəndə kefim pozulur.

***

Tovuzda qaldığım illər müharibə dövrünə təsadüf edirdi. Ermənilər elə gün olmurdu ki, şəhərəqradatmasınlar. Neçə-neçə evlərin dağıntısı indi gözümün qabağındadı. Həminqardlardan biri Fitigilin evinə düşmüşdü. Fitinin əsil adı Vüqar Fərhadovdu. Uzun müddətTuranda oynayıb. Nəyə görəFitideyirlər, heç özü bilmir. Başqa ləqəbi var – “Fışqırıq”. Yeri gəlmişkən, balaca qardaşı İlqar da uzun illərTuranda oynayıb. Onun ləqəbi isəÇopudu. Ümumiyyətlə, Tovuzda ləqəbsiz adam tapmaq çətin məsələdi. Qayıdaqqradməsələsinə. Fitigilə düşən mərmi onu yaralamışdı. Xeyli vaxt futbol oynaya bilməmişdi. Fiti ilə ilk tanışlığım komandanın məşqində olsa da, sonradanTuranda ən yaxın münasibətlərdə olduğum adamlardan birinə çevrildi. Həm komanda yoldaşı idik, həm Bozalqanlı məktəbində bir sinifdə oxuyurduq. Məktəb demişkən, əvəzedicilər məşqlərini həmin məktəbin stadionunda keçirdi. Yaxınlıqda alma bağı vardı. Kross qaçışı zamanı sözü bir yerə qoyurduq ki, hər dəfə 2-3 nəfər alma bağının yanından keçəndə aradan çıxıb özünü bağa salır. Növbəti dövrə gələnə kimi qədər bacarırsan almadan ye. Amma əsl problemlər alma yeyəndən sonra başlayırdı. Köpən adam necə məşq eləsin?

***

Mən oynadığım komandada, yəni əvəzedicilərdə bir futbolçu var idi. Adı Vaqif, soyadı Tağıyev idi. Məşqçimiz Tahir müəllimin kiçik qardaşıydı. Hamı onuCiqançağırırdı. O dövroblavaların vaxtı idi. Bir gün eşitdik ki. Vaqifoblavaya düşüb Kəlbəcərə aparıblar. Heç 2-3 ay keçmədi ki, Vaqifin ölüm xəbəri gəldiErməni snayperi gülləni başından vurmuşdu. Allah Vaqifə rəhmət eləsin! Evlərinəsəhv eləmirəmsə, Xatınlı kəndinə yas yerinə getmişdik. Qəşəm (ləqəbiQaşqa”) adında bir komanda yoldaşımız vardı – “itoynadanın biri idi. Mağarda ortaya söz atdı, uşaqları gülmək tutdu. Camaat yas verir, biz isə gülməkdən özümüzü güclə saxlayırıq. Axırda biabır olmamaq üçün məcbur olub mağarın çadırını qaldırıb çölə çıxdıq. Heç ehsandan da dada bilmədik. Qəşəm imkan verdi ki.

***

Bozalqanlı stadionu ilə bağlı daha bir xatirəm AğstafanınAveykomandası ilə oyunla bağlıdı. Oyun ərəfəsində rayona güclü yağış yağmışdı. Əsas stadionun meydançasına təzə toxum səpildiyindən orada oynamağa icazə vermədilər. Qaraxanlıdakı stadionuda da nəsə problem vardı. Məcbur olub oyunu Bozalqanlıya təyin elədilər. Meydança torpaq olduğundan yağış hər yeri palçığa döndərmişdi. Riyaziyyat müəllimimiz vardıRaqif müəllim. Oyundan əvvəl ona söz vermişdim ki, qol vuracam. Elə yekəxana-yekəxana danışmışdım ki, elə bil hər oyunda qol vururam. Amma əslindəAveyə qədər cəmi 1 dəfə, o da 2-ci turdaZabratın qapısından top keçirmişdim. İndi palçıq meydançada qol vur görüm necə vurursan. 2-3 dəqiqədən bir hakim oyunu dayandırır, topu palçıqdan təmizlənirdi. Həmin oyunu 6:0 (ya da 6:1) qalib gəldik. Bəxtim onda gətirdi ki, müəllimimin yanında yalançı çıxmadım. Elə Tovuzda görüb-götürdüyüm həmin 2 qol oldu.

***

Turanın çempion olan ilində 2 oyunu yaddımdan heç vaxt çıxmaz. BiriNeftçiilə Tovuzdakı matç. Həmin oyunu 2:1 hesabı ilə qalib gəlmişdik. Bu oyun haqda növbəti sayımızda yazacam. Bir GəncədəKəpəzilə oyun. Həmin matçda da 3:1 qələbə qazanmışdıq. Amma necə? O vaxtlar indiki kimi deyildi ki, rəqibin meydanında azarkeşlik etdiyin komandanı dəstəkləyəsən. Adamı o dəqiqə şil-küt eləyərdilər. Tovuzlularla gəncəlilər arasında mehriban münasibətlər var. Necə olmasa, bir zonanın adamlayırıq. Amma, futbolda barışmaz rəqibdilər. Hətta buna düşmən demək olar. “Kəpəzə qalib gələcəyi təqdirdəTurançempionluğa çox yaxın olacaqdı. Gəncə stadionunda olan azarkeşlərin 1/3-i tovuzlu idi. Amma kimsə qorxusundan səsini çıxarmırdı, güyaKəpəzə azarkeşliyə gəliblər. İçi mən qarışıq. Oğul istəyirdim ki, həmin vaxt ayağa durubTuranqışqırsın! Stadiondan salamat çıxmazdı. isə... İlk qalmaqal oyundan əvvəl baş verdi. Oyunöncəsi məşq zamanı topun biri qapının arxasında dayanan avtomobilə dəydi içəridən çıxan OMON-çu topu maşının salonuna atdı. Cəfər heç olmayıbmış kimi maşının qapısını açıb topu götürəndə az qala dava düşəcəkdi. “CəfərdeyəndəTuranın qapıçısı Nizami Sadıxovu nəzərdə tuturam. Tovuzda hamı onu Cəfər kimi tanıyır. Bayaq da dediyim kimi, oyun bizim xeyrimizə başa çatdı. Qurbanın vurduğu 3- qoldan sonra gəncəli azarkeşlər yavaş-yavaş dağılışmağa başladılar. Stadionda  qalanların çoxu tovuzlular idi. Əsl həngamə elə oyundan sonra başladı. Stadiona axışan azarkeşlər OMON-çularTuranın futbolçularına bir hal tutdular ki. Əksəriyyəti özünü tunelə çatdıraraq, canını qurtardı. Cəfərdən başqa. Cəfərdə Cəfər. Bir silləsi adamı o dünyalıq eləyər. Qısası meydançada ona bata bilmədilər. Tuneldə isə OMON-çular zavallını əməlli-başlı əzişdirmişdilər. Sakit Alıyevin (onunda ləqəbi var – “Sako”) sözləri yadıma düşür: “Razdevalkaya gələndə gördüm ki, Cəfər yoxdu. Hay-küy saldıq, qapıçımız hanı? 2-3 dəqiqə sonra qapını açıb Cəfəri içəri atdılar – “Alın, bu da sizin qapıçı”. Yazığın salamat yeri yox idi”. Görünür, OMON-çuların məhz Sadıxovun döymələrinə səbəb məğlub olmaları yox, oyundan əvvəl baş verəntop məsələsiidi. Yeri gəlmişkən, həmin oyun haqda sonradan eşitdiyim bir məlumatı da qeyd edim. Həmin vaxt AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev Azərbaycanda yox idi. Kazbek Tuayevlə onun arasında isti münasibətlərin olması sirr deyil. Tuayev Musayevlə telefon əlaqəsi quraraqTuranın qalib gəldiyini söyləyəndə Fuad müəllim suma soşel, eto je nevozmojno! (Başına hava gəlib, bu ki mümkün deyil) deyə qışqırıb.

İlqar TAĞIYEV, “Het-trik news”

(Ardı var)

P.S. ƏskiTurançılar imkan olsa, yaddaşımı təzələyin, unudulan çox xatirələr var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail