Adsız yazı

13.05.2013 | 8113 dəfə oxunub

Əslində bu yazıya “Neftçi” - ÇEMPİON başlığı qoymaq istəyirdim. AmmaNeftçi”, bəlkə Simurqbu ideyanın reallaşmasına imkan vermədi. Axır vaxtlar futboldan real uzaq olduğumdan hadisələri birbaşa televizordan izlədiyimdən Bakıya 2 günlük dönüşüm sanki göydəndüşmə olmuşdu. Odur ki, hələ dədə-babadanümummilli komandanın həlledici oyununda çempionluğu qeyd etməsini gözlərimlə görmək üçünBakcell Arenayagəlmişdim. Başa düşdüm ki, əyalətdə olmağım futbol sahəsində məni çox geri salıb. 8 ay bundan əvvəl istifadəyə verilmiş bu cür gül kimi stadionu indiyə kimi görmədiyimə görə özümü bir xub qınadım. Özümə qəribə gəldiyi halda VİP lojaya çatdım. Baxmayaraq ki, Kanal S-in vəsiqəsindən başqa üstümdə heç yox idi. Oyunun başlamasına qalmış 10 dəqiqə ərzində arenanı yaxşıca süzüb, burada əməyi olanın hamısına ürəkdən əhsən dedim düşündüm ki, hələ bu belədirsə, gör 2 il sonra istismara veriləcək Olimpiya Stadionumuz necə möhtəşəm olacaq. Fikirlərimlə 2015-ci ildə gəzdiyim halda hakimin start fiti məniNeftçi” – “Simurqoyununa qaytardı. Özü o oyun ki, çempionatın çempionun müqəddəratı həll olunacaqdı. Bunun üçünNeftçi”-nin qalib gəlməsi lazım idi. Vəssalam-şüttamam.

Neftçi” “Simurqu udaraq çempionluğu rəsmiləşdirmək iddiasında olsun, sizə xəbər verimŞəfastadionundan. Əslində flqmanın çempionatın sonuna 2 tur qalmış çempion olmaq şansıİnter” – “Qarabağoyununun nəticəsinə görə mümkün idi. İş elə gətirdi ki, bu oyunda komandalar həm gümüş medalların müqəddəratı uğrunda yarışırdılar. Gəl ki, bu stadionda oyuna baxdığım 1 saat ərzində komandaların meydançaya üçün çıxdığını Cəhrə arvad demişkən anışdırammadım. Birinci hissədə cəmi yarım dənə təhlükəli epizod yarandı ki, burada da Lomaya qola imkan verməyərəkİnteri 50%-lik qol vəziyyətindən xilas etdi.

İnterbarədə xüsusi danışmaq istəyirəm. Bu komandanı mən heç vaxt Azərbaycan klubu saymamışam. Sanki bankirlər açıq Azərbaycan çempionatının müsabiqədənkənar iştirakçısıdır. Ona görə yox ki, klubun heyətində yerli futbolçu barmaqla göstərilən qədərdir. Elə idarəçilikdə həmyerlimizə rast gəlmək çətindir. Menecer Səbuhi Səfiyarlının da bankirlərdən ayrı düşməsi bu məsələni qabartmasa da, legioner legionunu çılpaqlığı ilə göstərir. İş tam başqa şeydədi. İkiqat

Azərbaycan çempionu olan bu komandanın qızıl medallarını heç vaxt özününkü saymamışam. Səbəbini indi izah edim.

Məktəbdə oxuyanda səhv eləmirəmsə ibtidai sinif dərsliklərində, bəlkə Ana dilikitabında yaƏdəbiyyatda belə bir hekayə vardı – “Başqasının beşi”. Orta nəslin nümayəndələri yəqin xatırlayar. Uzun-uzadı hekayəni nəql eləmək niyyətindən uzağam. Məğzi ondan ibarətdir ki, məktəbdə heç yaxşı oxumayan bir şagird dərsdən beş alır. Sevincək evə tələsir ki, uğurunu valideynlərinə çatdırsın. Axırı olur? Axırı o olur ki, uşaq gəlib gündəliyindəki beşi valideyninə göstərir. Düşünür ki, buna görəəhsənə layiq görüləcək. Lakin valideynlər bu işi araşdıraraq başa düşürlər ki, övladları sadəcə olaraq yoxlama işini sinif yoldaşından köçürüb. “Bu ki, sənin yox, başqasının beşidirdeməsi hekayənin sonunda şagirdi dilemma qarşısında qoyur. Şagirdin dilindən yazılmış o son sətirlər indiyə kimi gözümün qabağındadır – “başqasının, başqasının, başqasının beşi...”

Baxİnterklubunun iki çempionluğunu da mən həmin başqasının beşinə bənzədirəm. İş ondadır ki, bankirlər hər iki çempionluq xoşbəxtliyini başqasının bədbəxtliyi hesabına əldə etmişdilər. Xatırlayırsınız başıbəlalıOlimpik” – “Qarabağoyununu? Hər şey bakılıların ilk çempionluğuna aparırdı. “Olimpikqızıl medalların 7 dəqiqəliyində idi. Deyilənə görə artıq çempionluq süfrəsi hazırlanmışdı... Final fiti olmamışdı o fitə kimi çox şey ola bilərdi. oldu da. Heç kimin gözləmədiyi haldaQarabağın qolu 7 dəqiqənin içindəOlimpiki pikinə bir od qoydu ki, gəl görəsən. Bu oyunun dalınca meydana çıxanİnterisə artıq şansı əldən verməyərək çempionluğunu bayram etdi. Həmin çempionluq marafonunda idman prinsiplərinin pozulduğu da yaddan çıxmamalıdı. Yarışları keçirən qurumAFFA-nın əsasnaməsinə görə son turlarda qarşılaşmalar hamısı eyni vaxtda keçirilməli idi. “İnterisə son oyuna rəqibin hesabını bilərək çıxmışdı.

Elə ikinci dəfə ... 2010-cu ildəXəzər Lənkəran” – “Bakıoyunu yəqin yaddan çıxmayıb. O mövsümdə bu komandalar kubokun finalında da üzləşəcəkdilər. Odur ki, “razılaşmaya görə çempionatın son oyununda cənubluların, finalda isəBakının qalib gələcəyi ilə bağlı söhbətlər gəzirdi. Amma 1 nüans yaddan çıxırdı ki, “Bakıqələbə qazanacağı halda özü çempion olacaqdı. Bakılılar qalib gəldilər, amma bununlaİnteri çempion etdilər. “İnterbu dəfə hazıra-nazirçempion oldu. Maraqlıdır ki, hər iki çempionluqdaİnterson oyundaQəbələ qalib gəldi...

Əslində bu sözlərə görəİnterazarkeşləri məni gözümçıxdıya sala bilərlər. Ki, xeyir ola bizim 2 qızıl medalımızı şübhə altına salırsan? Əsla, mən onların əziyyətini yerə vurmaq istəmirəm. Çünki ta uşaqlıqdankim cəlddir, o mərddiratalar sözünü özümə stimul saymışam. Ancaq zaman göstərir ki, bu komanda öz hesabına hələ çempion ola bilmir. “İnterin builki oyununu çox bəyənirdim əvvəllər düşündüyüm mifin qırılacağını ehtimal edirdim. Çünki ilk altılıqda qərarlaşmış indiyə kimi bankirlərinqardaşlaşmış komandasıadlandırılanSimurqun da olması əlavə 6 xal idi. olsun? Bu 6 xal çox şey olsa da hər şey demək deyil məlum oldu ki, “İnterin sayca 3- çempionluğunu gözləmək üçün ən azı bir il lazımdı. Bəlkə yeniOlimpik yaBakıdoğulmasını gözləmək? isə...

Bunlar da virtual çempionluq, real gümüş medal uğrunda burda qırışmaqda olsun, sizə xəbər verim turun ilk oyunundan. Əlbəttə ki, ilk altılıqda qərarlaşmış komandalardan. “Bakı” – “Qəbələmatçında sanki başsız, yən baş məşqçisiz qalmış komanda hüzürün 40-nın çıxılmasını gözləyirdi. Elə qara zolaqdan çıxan komanda Bakıda 1-0 hesabı ilə qalib gələrək Bojidar Bandoviçin laxlamış kürsüsünü bir qədər silkələtdi.

QayıdaqŞəfaya. Elə real qayıtmaq da. İlk dəfə idi ki, bir gündə 3 oyuna baxacaqdım. Biləcəridəki cansıxıcı vəziyyətdən bezib FİFA meneceri Günel Rüstəmova ilə özümüzüQarabağınİnter səfər oyununu keçirdiyi H.Əliyev Prospektinə çatdırdıq. Amma yuxarıda dedim ki, burda da komandalar sanki meydana vaxt yola vermək üçün çıxmışdılar. Məlum oldu ki, “Bakı” – “Qəbələoyunu 1-0 hesabı ilə qonaqların xeyrinə başa çatsa da, həmin qarşılaşma bunun yanında əməlli-başlı məhsuldar alındı. Çünki şəfadakılar qapılara yol tapa bilmədilər. Bu isə o demək idi, “Neftçi” “Simurqu məğlub etsəydi çempion idi. Ona görə vaxt itirmədən yollandıqBakcell Arenaya”.

Səməd Vurğun bu səhnəni görsəydi yəqin ki 27 yaşında yazdığıKomsomolpoemasını yada salardı:

Mədəniyyət sarayının geniş səhnəsi.

Gül-çiçəklə bəzənmişdir, buyurun, baxın!

Dil açmışdır orkestrin ahəngdar səsi.

Böyük-kiçik, dalğa-dalğa hey axın-axın...

Atmosfer çox yaxşı idi. “Neftçinin 3 yerə bölünmüş, hətta çempionluğu belə bir yerdə qeyd etmək niyyətinin olmayan azarkeş qrupu da bakılılara mane olmamalı idi. Çünki doğma publika komandanı layiqincə qələbəyə səsləyirdi. Amma həmin gün Rasim Ramaldanovun başçılıq etdiyi müdafiə xətti, irəlidə isə Rəşad Eyyubov kimi vunderkindi olanSimurqrəqibə asan təslim olmaq fikrində deyildi. Bu azmış kimi Eyyubovun hesabı açması bakılı fanatların başına sanki soyuq duş oldu. Düzdü, Vobay oyunun gedişində bərabərliyi bərpa etdi. Amma bu qol qarşılaşmada sonuncu oldu. Baxmayaraq ki, hələ fasiləyə kimiSimurqdaha bir qol vurdu, lakin hakimlər oyundankənar vəziyyət qərarı ilə Rəşadın dubluna imkan vermədilər. Bundan əlavə qarşıda II hissə oldu, sair, ilaxır. Heç fasilədən sonra daNeftçiçempionluğa bir yana, qələbəyə yetəcək qol vəziyyəti yarada bilmədi. Odur ki, 1-1 hesablı bərabərliyi bu matç üçün yetərli saymaq olar.

BeləlikləNeftçinin çempionluğu ən azı 1 turluq təxirə düşdü. Növbəti həftə QəbələdəQəbələ uduzmasa, “Neftçiazarkeşləri çempionluğu bayram edəcək. Düzdü, bu oyunun nəticəsi mənasız da ola bilər. Bir şərtlə XXXI turdaQarabağ” “Bakı məğlub edə bilməsin. Amma bu az inandırıcı görünür. Baxmayaraq ki, top girdə, meydança düzdür.

Bu materialı da belə başa vurdum. Ad tapa bilmədim. Yazını mən yazdım, adını özünüz qoyun.

Asif BAĞIROV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail