Anarı anaraq YAZI

21.05.2013 | 7909 dəfə oxunub

Cəlil Məmmədquluzadəni hələ məktəbdə oxuyan vaxtlardan çox sevmişəm. 10 il ayaq döydüyüm doğma 190 saylı orta məktəbdə xarici dil kimi fars dili keçdiyimdən bu dili həmin dövr özüm üçün kifayət qədər səlis bildiyimdən, ədibin yazısındakı ərəb-fars sözlərini qavramaq mənim üçün elə çətin olmurdu. “Qurbanəli bəyQoqol, Allah sənə rəhmət eləsin!” xitabının nəyə görə yazıldığını qeyd eləməyə ehtiyac yoxdu. Mirzə, Qoqolun yaradıcılığından ilhamlanaraq bu əsərini ərsəyə gətirib.

Azərbaycan idman yazarları arasında Anar Xanlarov adlı qələm sahibi var. Desəm ki, yaxşı münasibətim var, düz çıxmaz. Desəm ki, qan düşməniyik, o ümumiyyətlə kafirlik olar tərəfimdən. Sadəcə olaraq digər idman yazarlarından fərqli olaraq onunla heç vaxt telefonla zəngləşib hal-əhval tutmamışam, 1 stəkan çay içməmişəm. Amma hər hansı tədbirdə üz-üzə gələndə Allahın salamını bir-birimizdən əsirgəmirik. Bu yazımı ondan ilhamlandım. Elə yazının adınıAnarı anaraqqoymağım da məhz bununla bağlıdı.

Əslində ilham yaxşı şeydi. Daha doğrusu bu olmalıdı. Zəhrimara qalmış pəri gəlməsə, şəxsən mən 2 sözü dalbadal qoşa bilmərəm. Elə bu dəfə belə oldu. Çərşənbə günü Allahdan mənə bir ilham gəlmişdi ki, gəl görəsən. Həmişə yazmaq üçün 3-4 saat vaxt lazım olduğu halda, bu dəfə mətbəxə sığınıb 2 saat civarında yazımı bitirdim, üstəlik redaktə elədim. Qonaq otağında dostlarımızın inanılmaz səs-küylə kollektiv surətdəMuhteşem yüzyıla tamaşa eləməsi mənə mane olmadı. Amma səhər yazıya diqqətlə nəzər yetirəndə məlum oldu ki, “sarı simə çox toxunmuşam bu mənim prinsiplərmə ziddir. Bir adamı yamanbaltalamışam”. Onsuz da bu adamyıxılıbsa, onu niyə pis vəziyyətə salım. Odur ki, “olana güzəştdeyibən gözləmək qərarına gəldim.

Ertəsi gün qəzetin rəhbəri İlqarla (açığı mənim üçün onun bu qəzetdə hansı vəzifədə işləməsinin elə bil önəmi yoxdur, çünki mən onu elə İlqar kimi tanıyıram yazılarımı bura təmənnasız yerləşdirirəm) məsləhətləşib, vəziyyəti izah elədim. İlham pərisinin yenə məni tərk etdiyini bildirib ondan mövzu istədim. Bir mövzu dedi, nəsə beynimə batmadı. Məntiqlə səbəbini izah elədim. Halbuki, kifayət qədər samballı mövzu idi əla yazı alına bilərdi. Gəl ki, bu yazıda mənim əvvəlki fəaliyyətim ortada olduğundan yazım birmənalı qarşılanmayacaqdı. İkinci söhbət isə belə oldu. “Eddi İsrafilovdan yaz.” Soruşdum o kimdi? Cavab verdi ki, yığmaya cəlb olunan təzə azərbaycanlı. Soyadı Allahın dörd ən yaxın mələklərindən birinin adından götürüldüyündən, orada FİL olduğundan düşündüm ki, yəqin DƏVƏDƏN BÖYÜK olduğu üçün diqqət mərkəzinə düşüb maraqlanmamaq ən azı Allahsızlıq olardı. İlqar özü hələ istiqamət verdi. Sosial şəbəkədə yazışdığımız vaxtı mənə Anar Xanlarovun yazısının internet ünvanını göndərdi. Oxudum ilhamlandım. Buna görə Anar Xanlarova virtual təşəkkür.

UEFA Çempionlar Liqasında doqquz illik şərhçilik karyeramda mətbuat tərəfindən yetərincə tənqid olunmuşam. indinin özündə bunu normal sayıram. “Realın hücumçusu Raul, dəfələrləoyundankənar vəziyyətə düşməsini qeyd edən hakim köməkçisinə iradını bildirərkən referinin onubayrağına almaması”, “oyundankənar vəziyyəthamiləlik kimi şeydi. O ya olur, ya olmur. “oyundankənar vəziyyət hamiləlik kimibir azanlayışı yoxdurkimi ifadələrimə görəbaşım çox ağrayıb”. hər dəfə buna sakit yanaşaraq analoji sözlərin rusiyalı şərhçilər tərəfindən deyildiyi halda buna normal reaksiya verildiyini misal göstərmişəm.

Cənubi Amerikanın şimalında Surinam dövləti var. 2011-ci ilin siyahıyaalmasına görə əhalinin sayı yarım milyonu güclə aşır. Uzun müddət Hollandiyanın müstəmləkəsi olub. Dövlət dili holland dili sayılır. Əsəbləşərsiniz ki, sözününMustafası yaz. Yazım da. İş ondadır ki, bu ölkə Hollandiyanın müstəmləkəsi olduğu vaxt Avropaya axışmış surinamlılarınişinin bəhrəsiHollandiyada əla görünür. Daha doğrusu bu ölkənin futbolunda. İş ondadır ki, Hollandiya yığma komandasının qaradərili futbolçularının əksəriyytinin şəcərəsi gedib Surinama çıxır. Raykard, Qullit, Klayvert yüzlərlə başqasını buna misal çəkmək olar. Birdir, ikidir məgər? Bir dəfə bu barədə rusiyalı futbol şərhçisi Vladimir Pereturin bizim baxışlarımızca çox binamuscasına, onlar üçün adi sayılacaq tərzdəPobolğşe nam otüov iz Surinama” (Surinamdan belə atalarımız çox olsun) demişdi.

İsi MəlikzadəninQatardahekayəsi əsasında çəkilmiş eyniadlı televiziya tamaşası var. İnanmıram ki, kimsə bu tamaşaya baxmasın bir yana, ona biganə qalsın. Həmin tamaşada vaqonun sərnişinlərindən biriSabit Mirzə rolunu canlandıran Həsən Əbluc 1994- ildə rəhmətə gedərkən tamaşanın baş qəhrəmanı, Dadaşovun ifaçısı Yaşar Nuri çox gözəl söz demişdiKUPEDƏ TƏK QALDIM... Həqiqətən gözəl sözlər idi. Bax indi Yaşar Nuri özü haqq dünyasına qovuşduğunu nəzərə alsaq artıq qatarın necə soyuq, kimsəsiz olduğunu başa düşərik. Halbuki 32 il əvvəl Dadaşov vaqon bələdçisinə şəstləƏ, kişi şeir deyər, kişi samasval sürər, kişi ticarətlə məşqul olar. Ona-buna döşəküzü paylamaq kişi işi deyilsöyləmişdi.

Bütün bunları nahaqdan yazmadım. İndi AFFA Eddi İsrafilovu milliyə cəlb etmək istəyir. Burada dadaşovsayağı deyəsən ki, FoqtsNeftçidən seçər, məşqçiQarabağa baxar, çalışdırıcıİnterə göz gəzdirər, menecerXəzər Lənkəranı diqqətdə saxlayar, sair, ilaxır. “Mursiyada oynayan Eddi İsrafilova ümid etmək qədər yerinə düşür? Yenə atası Surinamdan ola, dərd yarıdır. Bəlkə vaxtsa yaradı. Eddinin qanı Toqoya gedib çıxır. O Toqoya ki, bir təmsilçisi, daha doğrusu yığma komandalarının vitse-kapitanı Dare NibombeBakıya gəlmişdi. O Nibombe ki 1,96 metr boyla mərkəz müdafiəçisi olduğu halda qapını hifz etməkdən avtoqola heç az meylli deyildi. Düzdü, iradlara cavab ola bilər ki, meşə çaqqaldan xali deyil, nəzərdə saxlamaq, hələ onu milliyə cəlb eləmək sayılmır başqa bu tipli sözlər. axırda da, etmək olar, olanımız göz qabağındadır... Bundan sonra oturub fikirləşəsən ki, bəlkə düz eləyirlər? Potensial yoxdu? Bu millətdə oynaya bilən futbolçu yoxdu. Olanlar da Berti Foqtsun oyun modelinə düz gəlmir.

deyim, Vallah... ANS- işlədiyim dövrlərdə öz dilimizə təbdil etdiyimiz bir məsəl yadıma düşdüAllah imkansızlığın üzünü Xose Bernardo (qara) eləsin. Yeri gəlmişkən, yaxşı yadıma düşdü, zarafat bir yana, bəlkə elə Xosenin özünü sınayaq? Azərbaycan vətəndaşıdı, şəxsiyyət vəsiqəsi var, Milli Ordumuzda hərbi xidmətdə olub. Ən azı futbol oynayıb. Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədarŞərqqəzetinin təşkil etdiyi media turnirində bir komandada olmuşuq, finalda AzTV-ninTelefortunakomandasına 2-1 hesabı ilə qalib gəlməyimizdə əvəzsiz xidməti ən əsası vurduğu bir qol var. Rəngi qara. Olmasın Toqo qanı, olsun Kuba qanı. Ay qardaş, doşab almışıq bal çıxıb.

Asif BAĞIROV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail