Qadınlar stadiona niyə getmir?

12.05.2011 | 25259 dəfə oxunub

Nəhayət, illər, aylar, həftələr və son saniyələr, bilmirəmrnhansı daha yaxındır. Budur  həmin an  yetişdi və o anı görmək nə qədər gözəl idisə,rntəsvir etmək də bir o qədər çətindir. Nəhayət, Tofiq Bəhrəmov adına stadionunrnhəyətində, elə onun heykəlinin qarşısındayam. Bir azdan «Qarabağ» və «Xəzər-Lənkəran» qarşılaşmasırnbaşlayacaq. İçimdə isə iki hiss bir-birinə qarşı sözün əsl mənasındarnqarşıdurmaya qalxıb. Bəlkə, düz etmirəm. Nəyi? Bəlkə, qayıdım. Niyə? Birdənrnoğlanlar pis baxar. Məgər onların fikri sənə çoxmu vacibdir? Birdən söyüşrnsöydülər. Onlar mədəniyyətlərini göstərəcəklər. Bundan sənə nə? Bəlkə, pis işrngörürəm. əgər futbola baxmaq pis  işdirsə...rnvə son sual qadınlar niyə stadionda futbol izləməkdən bu qədər ehtiyat edirlər?rnElə bu suala cavab tapmaq istəyirdim ki, artıq stadionda olduğumu anladım. Qarşımdarnyaşıl bir meydan və bura mənə tanış gəlir.. Çünki hər dəfə ekran başında oyunurnizləyəndə «görəsən, bura gələ bilərəmmi» xəyalını qururdum. Elə bil əvvəllər dərnburda addım atmışam. Budur ilk dəfə yaşıl meydanda futbol izləyəcəkdim. Həminrnan çox şeyi anladım. Ən əsası isə niyə fanatların çoxlu miqdarda pullarındanrnkeçib bu ölkədən o ölkəyə gedib futbolu canlı seyr etmələrini dərk etdim. Bu anrnmənim üçün heç nəyin fərqi yox idi, sadəcə qəlbimdə, ağlımda bir şey var idi «Xəzər-Lənkəran»,rn«Xəzər-Lənkəran», «Xəzər-Lənkəran» və yenə də «Xəzər-Lənkəran». Artıq bütünrnsuallar da geridə qalmışdı, indi nə onların özü, nə də cavabları mənə maraqlıydı.rnNə qədər yanlış düşündüyümü gördüm. Əslində, qadınların futbola getməsi,rnhamının böyük maraqla dediyi "qadın futbola gedər?" çərçivəsindən kənararnçıxmır. Qadın niyə futbola gedə bilməz? Təbii ki, qadınlar kütləvi şəkildərnfutbola meyl edir desəm, səhvə yol verərəm. Maraqlıdır, Azərbaycandarnqanunla qadınların bu cür tədbirlərdə iştirak etməsi qadağan olunmasa da , bizrnözümüzə yetərincə qadağa qoyuruq. Elə qonşu İrana nəzər salsaq görərik ki,rnqadınların istəyi olsa da, dövlət bunun əleyhinə qərar çıxarıb.

rnrn

Etiraf edək ki, futbolla nəbzi döyünən qadın azərkeşlərdə az deyil.rnAmma biz onlara sadəcə televiziyadan oyunu izləməklə şərait yaradırıq. Biz burnşəraitə görə, kişilərə hətta təşəkkür də etməliyik. Həmin məqamda onlar «getrnbozbaşını bişir» də deyə bilərlər, amma demirlər. Beləliklə xanımlarımız oyunurnyalnız ekrandan izləməklə kifayətlənirlər. Bunun bir çox səbəbi var. Ənrnönəmlisi qardaşım, qonşum, tanışım, qohumum, uzaq qohumum, qonşumun qohumu,rnuzaq qohumumun qonşusu (bu siyahını davam etmək də olar) nə düşünər? Axı burdarndüşünüləsi nə var? Məgər 22 nəfərin stadionda top uğrunda mücadilə etməsi burnqədər dəhşətlidir? Bəlkə ekrandan izləyəndə dəhşətin həcmi azalır, bəlkərnekrandan izləyəndə təhlükə az olur? Nəyi düşünək? Qadın futbol oynaya bilər,rnamma futbol izləyə bilməz. Necə də maraqlı təzaddır.

rnrn

Qadınların stadiona getməmələrinin əsas səbəbi söyüşdür. Deməli, belərnçıxır ki, kimlərsə ağzına sahib çıxa bilməyəcək və nəticədə qadınlar stadiondanrnuzaq duracaq. Əgər azərkeş stadiona söyüş söyməyə gedirsə və bununla öyünürsərnonu ifadə etməyə belə söz yoxdur. Özü özünü necə lazımdır ifadə edir. Hətta söyüşrnsöyüb özünü müdafiə edən azərkeşlər də var. Bunu bir neçə səbəbi var. Stadiondarnolan hakimlər, futbolçular, azərkeşlər, xülasə bütün canlı varlıqlar söyüşərnsəbəb ola bilər. Canlıların səbəb olduğu söyüş savaşında bütün günahlar cansızrnəşyaların başında çartlayır. Oturacaqları qıran kim, hakimə atan kim, rəqibirndaşlayan kim... Əsl savaş meydanına çevrilir tribunalar. Məlum oldu ki, qadınların stadionarngetməmələrinin əsas səbəbi elə bu gün onları stadionda görmək istəyənrnkişilərdir.

rnrn

Əlbəttə, burada qadının günahı da az deyil. Qadın bilməlidir ki, onarnhər şey birinci olmaz. O, özü bunu etməlidir. Yoxsa bu gün olduğu kimi ətrafınırndüşünüb stadiondan kənarda qalarsa, bu təkcə bu gün deyil, elə sabah da bu cürrndavam edəcək. Qadın anlamalıdır ki, özü də bilmədən stadionda söyüşlərinrnazalmasına səbəb olacaq. Qadınlar kütləvi şəkildə stadiona getməklərnrəngarəngliyə səbəb olacaqlar. Kütləvi şəkildə getməklə onlar köhnə düşüncəyərnyen nəfəs gətirəcəklər. Elə isə stadiona getməyə və komandanızın oyununu canlırnizləməyə dəyər, unutmayın, ilk edilən hər şeyi daşa basırlar.

rnrn

P.S: Stadionda canlı izlədiyimrnilk oyunda isə «Xəzər-Lənkəran» 1-0 hesabıyla «Qarabağ»ı məğlub etdi ( 30rnoktyabr 2010)

Günel Əbilova


  #4   Adınız: Amid "XÉ™zÉ™rLÉ™nkÉ™ran";   E-mail: [email protected]

14.05.2011 18:45

Super Günel. Yazdığın məqalədə həqiqətəndə böyük məna var.

  #3   Adınız: X_ELÇİN_M;   E-mail: [email protected]

14.05.2011 08:13

Çox sağ olun Günel xanım. Təbii bizdə istəyərik stadiona qadınlar gəlsin. Qadınların qarşısın təkcə söyüş almır. Sadəcə olaraq hələdə bizdə qadın meydandan oyuna baxa bilər fikri formalaşmayıb. Amma indiyə qədər bir dəfə İspaniya Azərbaycan oynunda meydançanın qadınlarla bol olduğun görmüşəm. Hətda məşqədə gəlmişdilər.(İspaniyanın). Liqada getdikcə meydana gələn qadınların sayı artır.( təbii söhbət meydanı dolan klublardan gedir. ancaq fanklubundan ibarət olan klublardan yox) Yaxın gələcəkdə bizdədə avropa sayağı oldu bəlkə.

  #2   Adınız: Xezer Lenkeran;   E-mail: [email protected]

14.05.2011 02:28

Men futbol fanatiyam. Ozu de xanimam. 8 yasimdan futbola baxiram. Azerbaycan cempionatina ise Xezer L. Yaranandan sonra baxmaqa baslamisam. Xezerin fanati yox, xestesiyem. Evde o qeder futboldan danisiram, bezibler menim elimden. Hetta ders vaxti (muellimeyem) ,, xeber,, evezine Xezer demisem, sagirdlerime defelerle casib Kamran ( Kamran Aqayevin fanatiyam) demisem. Amma stadiona getmek aqlima da gelmeyib.

  #1   Adınız: mehemmed Rzayev;   E-mail: [email protected]

13.05.2011 01:56

Ağlabatan fikirlərdi.məntiq var amma aydın ifadə olunmayıb ki, müəllifin istəyi nədi? Nə təklif edir? Həvəskar yazı kimi qaneedicidi. Amma deyildiyi kimi qadın ele qadın işi ilə məşğul olsa yaxşıdı. Ümid edirəm futbolun qadın işi olduğunu düşünmürsüz....

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail