Vandalizm, təpik, sillə, məscid və it... YAZI

30.05.2013 | 8597 dəfə oxunub

"Neftçi" - "Xəzər Lənkəran" oyunundan sonra baş verənlərdən yazmayan jurnalist (bəlkə də), yazılmayan da nüans qalmadı, bəlkə. Düzü, yazmağa maraq yox idi. Nə üçün? Axı niyə yazmalıyam ki? Guya jurnalistin yazdığına kim önəm verir ki? Azərbaycan reallığında jurnalistin yazdığına ancaq o zaman önəm verilir ki, yazılan yuxarıdan göstərişlə gəlir və kiminsə evini yıxmağa xidmət edir. Əks halda, nə qədər yazsanda, ortaya heç nə çıxmayacaq. Uzaq başı, hansısa oxucu oxuyub "sənöl buna halaldı, kiçi adamdı. Nəyi var yazıf, hamısın "kaznit"dəyifdi" deyəcək.

***

Amma haqqı görüb, deməyən də dilsiz şeytandı. Məhz bu səbəbdən yazmaq qərarına gəldim.

Oyundan sonra mükafatlandırma mərasimini daha yaxından izləmək üçün media trubunasın tərk edib meydana düşmək ustədim, amma polislər yolu bağlamışdı. Heç, Qubada, İsmayıllıda xalq üsyanı baş verəndə, polislər belə barikadalat təşkil etməmişdi. "Rəis, bu vəsiqəni bizə PFL verib, oyundan sonra aşağı düşə bilərik, jurnalistik" sözlərimə "mən PFL, MFL hərrəmirəm, dedim olmaz, demək, olmaz" cavabın verən polisə "Neftçi"nin mühafizəçisi yaxınlaşdı. İnsafən, bizim tərəfimizi saxladı, dedi, buraxsınlar bizi. Amma həmin polis "Neftçi"nin mühafizəçisibə birin elə ilişdirdi ki, cavan oğlan az qala yerlə bir olacaqdı.

***

Kəsəsi, bizi qapıdan buraxmadılar, amma bir yol tapıb meydana daxil ola bildim (məndən başqa ən azı 10 jurnalist də vardı). Bu zaman isə ara qarışıb, məzhəb itmişdi. Kimin nə üçün kimi vurduğunu ayırd etmək mümkün deyildi. Gördüklərimdən biri də PFL prezidenti Ramin Musayevə atılan və ona dəyməyən yumruq idi. Kimsə kiməsə mane olurdu, kiimsəni vurmasın deyə. Amma davanın nə üçün baş verdiyi tam olaraq məlum deyildi. Amma gördüyüm o idi ki, "Xəzər Lənkəran"ın gənc futbolçusu Kamran Abdullazadənin üzünün al qana boyanması idi. Oyundan sonra həmkarlarımızın çəkdiyi videolarda isə nəyin ağ, nəyin yaşıl olduğunu ayırd etmək çətin deyildi. Buna ad vermək çətin deyil, vandalizmdir. Bir sürü "Neftçi"li qoçu bir nəfərin üstünə düşərək onu təpikləyir. İş orasındadır ki, yazının əvvəlində sizə xatırlatdığım o polis sillələyən "Neftçi" axranası da təpik atanlar arasında idi. A kişi, qeyrətin çatmadı polisə bir söz deyəsən, nə oldu, indi arxadan daş atırsan?

***

"Neftçi" prezidenti Sadıq Sadıqovun son 3 ildə Azərbaycan futboluna verdiyi xeyir, tövhə göz qabağındadır. Sadıq müəllim, inanın ki, bunlar sizə baş ucalığı gətirmir. Sizin komandadakı insanların kimlərisə döyməyi, məhz sizin xarizmanızdan xərclənir. Olmaz bunlar, qətiyyən. Belə şeylərə yol vermək olmaz. Yumruğunuzu vurun stola, bu biabırçılıqlara son verin, yoxsa daha çox xərcələnəcək. İddia oluna bilər ki, "Neftçi"ni təxribata çəkiblər. Lap tutaq ki, belə olub. Bəs sizin ağlınız, uşaqsız, düşüncəniz yoxdur? Mən sizi təxribata çəkirəm, birinizə ağır söz deyib özümü qayadan aşağı atıram, hansınız məni tutub "çiləmək" üçün özünü qayadan aşağı atacaq? Heç biriniz, dəli deyilsiz ki, özünüzü qayadan atasız...

***

 Məsələnin digər tərəfi isə AFFA rəhbərliyi ilə bağlıdı. Bu mməqama toxunanda isə "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyevin sözlərinə yer vermək lazımdır: "Con Toşak oyundan sonra Stamenkoviçə yaxınlaşıb öz iradlarını bildiridi ki, düzgün hərəkət etməmisən. Bundan sonra münaqişə yarandı və “Neftçi”nin qoçuları iki futbolçumuzu vurdu. Onlarda əsasən Güloğlan Cabbarov ilk təpiyi atan oldu. Güloğlan vurduqdan sonra “Neftçi”nin qoçuları Kamran Abdullazadəni təpiyin altına saldılar. Hamı deyir, final görüşü möhtəşəmdi. Heçnə də möhtəşəm deyildi. Əgər bir qurum, söhbət PFL-dən gedir. Əgər bir qurum futbolçunun təhlükəsizliyini təmin edə bilmirsə, getsin, istefa versin. Ayıbdı!

Qardaşım, bu əvvəl “Bakı”nın da başına gəlib. Bu gün “Xəzər Lənkəran”ın başına gəldi. Və istisna deyil ki, sabah “Qarabağ”ın başına gəlsin, yaxud “İnter”in. Bu da ondan irəli gəlir ki, futbolumuzun vəzifəli şəxsləri öz vəzifələrini düzgün icra edə bilmirlər. Ramiz Mirzəyeivn, Fuad Musayevin dövrlərində belə şeylər olmamışdı. Bu nə dövrdü, hansı zamanədə yaşayırıq biz? Azərbaycan futbolunda dəyişikliklər olmasa, inkişaf heç vaxt olmayacaq. O təpik bizə atılmamışdı, o təpik AFFA-nın başda oturanlarına atılmışdı. Çünki Rövnəq Abdullayev stadionda ola-ola bizim futbolçuya təpik atılırsa, bu təpik “Xəzər Lənkəran”a yox, AFFA-ya atılmış bir təpikdi. Niyə “Xəzər Lənkəran”ı bu qədər əzirlər? Sual verirəm Ramin Musayevə: “Xəzər Lənkəran” olmasa çempionat nəyə lazımdı? Sənin özünlə bir yerdə? Hələ utanmaz-utanmaz “Neftçi” azarkeşləri bu olanlara əl çalırdılar. Nə olar? Onlar Lənkərana gəlməyəcəklər? Gələcəklər. Ondada biz əl çalıb onlara güləcəyik".

***

Babəkin son sözləri "bu günün sabahıda var" prinsipinə görədir, amma ...

...ammasını yazmayacam, qoy gülüb yola salsınlar, onda buna da toxunacam. Amma AFFA rəhbərliyi bilməlidir ki, daha bəsdi. Futbol milyonların sevdiyi, sevgisini sevgilisiylə paylaşmaq üçün stadiona gəldiyi yerdir. Döyüş meydanı deyil. Döyüş istəyən varsa, əlinə silah alıb özünü Ermənistanla sərhəddə verə bilər. O tərəfə keçmək üçün boş yol çoxdur.

***

Daha öncə həmkarlarım yazıb, sözlərinə qüvvət. Bu davanın yaranmasında əsas günahkar məh oyunun baş hakimi Əliyar Ağayevdir. Onu bu həddə çatdıran isə hakimbaşı Xaqani Məmmədovdur. Cənab Rövnıq Abdullayev, siz nə qədər ki, Xaqani Məmmədovu bu vəsifədə saxlamısız, onun hakimi şərait yaradacaq - səbəb olacaq ki, kiməsə atılan təpik məhz sizə atılan təpik kimi qiymətləndirilsin. Bu təpiklərdən xoşunuz gəlirsə, Xaqanini saxlayın yerində, yox, "ləzzət etmirsə" o zaman onu AFFA -dan qovun. Özüdə necə... it və məscid məsələsində olduğu kimi...

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail