PFL-in Aslanı YAZI

03.06.2013 | 7373 dəfə oxunub

Həftənin, ayın, hətta mövsümün ən maraqlı hadisəsi çərşənbə axşamı baş verdi. Gec oldu, GÜC oldu. Sözün həqiqi mənasında. Kubokun finalını nəzərdə tuturam. Nə “Neftçi”nin Avrokuboklardakı çıxışı, nə Azərbaycan futbolunun qarayarası olan “altılıq sistemi”nin ləğvi bu qədər müzakirə olunmamışdı. Mən hələ nə hakimliyimizin üzqarası Elçin Məmmədovun hakimlikdən getməsini, nə də onun bəzi həmkarlarının çıxardığı hoqqaları demirəm. Demək olar ki, hər turdan sonra “Xəqani Məmmədov və 11 dostu”ndan (lap Corc Kluninin baş rolda çəkildiyi “Ouşenin 11 dostu” filmindəki kimi) narazı qalan klublar mətbuata gözəl mövzu verirdilər. Mətləbdən uzaqlaşmayım, kuboku finalını hamı kimi olmasa da, səbirsizliklə gözləyirdim. Mənim üçün kubokun kimə qismət olması maraqlı deyildi. Kim güclü olacaqdısa, o da qalib gələcəkdi. Bu yazılmamış qanundu. İstər “Neftçi”, istərsə də “Xəzər Lənkəran” – hər ikisi mənim üçün eynidi. Hər ikisi Azərbaycanı təmsil edir və heç birinə də Avropa səhnəsindən fərqli olaraq daxili yarışlarda azarkeşlik etmirəm və gələcəkdə də etmək fikrim yoxdu. Azarkeşlik etdiyim yeganə komanda “Turan”dı ki, bunun da səbəbini məni tanıyanlara yaxşı bəllidi. Mənim üçün maraqlı olan yeganə məqam oyundan əvvəl lənkəranlıların avrokuboklara “Neftçi”nin hesabına getmələri ilə bağlı səsləndirilən fikirlər idi. Absurd fikirlər. Soruşan lazım idi, finala kimi “Xəzər-Lənkəran” kimin hesabına gəlmişdi? “Bakı”nı yarımfinalda məğlub edəndə meydanda “Neftçi”nin futbolçuları oynayırdı? Yaxud, Lənkəran stadionunda “Xəzər-Lənkəran”ı dəstəkləyənlər “Neftçi” azarkeşləri idi? Bəlkə, “Xəzər-Lənkəran”a kubokda qalib gəldiyi oyunların taktikasını Böyükağa Hacıyev “şaprqalka” vasitəsilə Toşaka ötürmüşdü? Mövsümboyu göstərdiyi oyunla kuboku “Neftçi”nin qazanmasını ədalətli saydığım qədər cənubluların da avrokuboklara onların hesabına yollanması fikrini yaxına buraxmaq istəmirdim. Kiminsə haqqını yemək günahdı. Qalibin penaltilər seriyasından sonra məlum olması lap yerinə düşmüşdü – kuboku daha hazırlıqlı “Neftçi” götürdü. “Xəzər Lənkəran” isə sübut etdi ki, bakılıların hesabına “dolanmırlar”. Bununla da hər şey sülhlə başa çatmalı idi. Amma... Amması hamıya məlumdu. Oyundan sonra düşən dava-dalaş haqda yazmaq fikirndən uzağam. Çünki bu barədə çox yazılıb, yazılacaq da. Çox deyilib, deyiləcək də. Sadəcə çoxlarının yadından çıxdığı bir nüans haqda fikirlərimi bildirmək istəyirəm – finalın təşkil olunması barədə.

“Het-trik news” yaranandan PFL-in fəaliyyətində görünən çatışmazlıqları və haqsızlıqları çox tənqid etmişik. PFL prezidenti Ramin Musayevə, hətta mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevə də dəfələrlə “söz atmışıq”. Amma bu dəfə onları tərifləməkdən başqa çarəm qalmır. Çünki, bu dəfəki final oyununu möhtəşəm təşkil etmişdilər. İstər oyundan əvvəlki konsert proqramını, istər oyuna marağı artırmaq üçün apardıqları fəaliyyət, istərsə də digər təşkilati işləri. Hətta Azərbaycan himninin səsləndirilməsi zamanı göstərilən klipin hansısa rejissorun ideyası olduğunu düşünürdüm. Sonradan biləndə ki, bu fikir Aslana məxsusdu... təşəkkürlər Aslan. Həmin klipi görməyənlərə xatırladım ki, himnimizi Azərbaycanda müxtəlif komandalarında çıxış edən legionerlər ifa edirdilər. Çox istərdim ki, bu PFL-in ünvanına dediyim sonuncu “sağ ol” olmasın. Yaşayarıq, görərik.

Lap yadımdan çıxmışdı, oyundan əvvəl mətbuat üçün ayrılmış tribunada özümə yer eləmişdim. Hər iki komandanın mühafizə xidmətinin əməkdalarına baxanda yadıma “qara paltarlı adamlar” düşdü. Elə, Uill Smitin çəkilidiyi “Qara paltarlı adamlar” filmində olduğu kimi. Bunu yanımdakı həmkarlarıma deyəndə onlardan biri gülə-gülə köynəklərinə işarə edərək düzəliş etdi: “qara paltarlı yox, ağ-qara paltarlı adamlar”. Bilmirəm heç yeri var idi, ya yox. Sözü idi də, yadıma düşdü, yazdım.

P.S. Oyundan sonra mətbuat nümayəndələri üçün təşkil olunan lotoreyada qaliblərdən biri də mən oldum. Qismətimə mobil telefon düşmüşdü. Kaş ki, düşməyəydi, evdə uşaqlar dədə malını bölə bilmirlər. Birdə ki, bəziləri düşünə bilərlər ki, bu yazını yazmaqla, daha doğrusu Aslanı tərifləməklə telefonun və ya başqa olmayan nəyinsə qarşılığını vermək istəyirəm... Lap Xəqani Məmmədovun məşhur “kəlamı” yadıma düşdü...

İlqar TAĞIYEV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail